Previous Next
Bağla

“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi olub

09-10-2024 20:45
“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi olub

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-ın “Coursera” şirkəti tərəfindən birgə həyata keçirilən “4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin başa çatması ilə əlaqədar tədbir keçirilib.

Xeberler.az məlumat verir ki, 4SİM-in icraçı direktoru Fariz Cəfərov akademiyanın ölkədə dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına töhfə verdiyini vurğulayıb. Layihə müddətində, yəni bir il ərzində 10 min nəfər “Coursera” onlayn təhsil platformasında 4Sİ texnologiyaları, süni intellekt, data analitikası, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, liderlik, kommunikasiya bacarıqları daxil olmaqla ümumilikdə 800-ə yaxın kursdan ödənişsiz yararlanıb. İştirakçılar 32 min saatdan çox videomühazirələrə qatılıblar, təlimləri uğurla başa vuraraq ümumilikdə 4300 beynəlxalq sertifikat əldə ediblər.

Bildirilib ki, “4Sİ Akademiyası” layihəsi “Milli Proqram” şəklində davam etdiriləcək. Bu dəfə proqram 200 min vətəndaşı, o cümlədən “Coursera” platformasında təqdim olunan 8 min kursun hamısını əhatə edəcək. Yalnız ingilis dilində kursların təqdim olunduğu pilot layihədən fərqli olaraq, “Milli Proqram” çərçivəsində bütün kurslar Azərbaycan dilində altyazı ilə müşayiət olunacaq. Daha çox tələbatın olduğu 20 kurs isə süni intellekt vasitəsilə Azərbaycan dilində səsləndiriləcək.

Təhsil platformasında bu ildən süni intellekt əsaslı “Coursera Coach” fərdiləşdirilmiş bələdçi funksiyası istifadəyə veriləcək. Bu bələdçi vasitəsilə istifadəçi öz təhsilinə və karyera hədəflərinə uyğun kurslar haqqında məlumat alacaq. Həmçinin platformada “Hiring Solutions” (İşəgötürmə həlləri) aləti Azərbaycandakı işəgötürənlər üçün əlçatan olacaq. Müəssisələr bu alət vasitəsilə istədikləri bilik və bacarıqlara uyğun kursları bitirmiş şəxslər haqqında məlumat alacaq və onları işə dəvət edə biləcəklər.

Təhsilin İnkişafı Fondunun İdarə heyətinin sədri Elnur Nəsibov istifadəçilərin “4Sİ Akademiyası” çərçivəsində dünyanın nüfuzlu universitet və şirkətlərinin təqdim etdiyi tədris proqramlarından yararlandığını bildirib. Təklif edilən kursların istifadəçilərin texniki bacarıqlarla yanaşı, liderlik və ünsiyyət bacarıqlarını da inkişaf etdirdiyi qeyd olunub.

“Coursera” şirkətinin Avropa, Orta Şərq və Afrika regionu üzrə icraçı direktoru Nikolaz Fuko 148 milyondan çox istifadəçisi olan “Coursera” platformasında dünyanın aparıcı universitetləri və qabaqcıl texnologiya şirkətlərinin onlayn kurs və təlimlərinin təklif edildiyini vurğulayıb. Azərbaycanlı istifadəçilərin layihə çərçivəsində aktiv şəkildə kurslara qatıldığını, əsasən rəqəmsal texnologiyalar, süni intellekt və biznesyönümlü təlimlərə maraq göstərdiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, “4Sİ Akademiyası” cari ilin sentyabr ayında “Coursera” şirkəti tərəfindən keçirilən müsabiqədə 42 ölkə tərəfindən təqdim olunan 180 layihə arasından seçilərək “Süni intellekt” nominasiyası üzrə “Üstün nailiyyət mükafatı”na layiq görülüb.

Tədbir çərçivəsində “4Sİ Akademiyası”nın məzunları uğur hekayələrini iştirakçılarla paylaşıblar. Yüksək nailiyyət qazanmış məzunlara sertifikatlar təqdim olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

02-04-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

15-03-2025

Milli Proqram” çərçivəsində 7500 nəfər təlimlərdən yararlanıb

26-04-2025

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024”ün qalibi seçilib

18-09-2024

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb

16-09-2024

“Milli Proqram” çərçivəsində daha 7500 nəfər təlimlərə başlayıb

14-05-2025

“Milli Proqram”ın ikinci mərhələsi üçün qeydiyyat başlayıb

11-04-2025

“Milli Proqram” istifadəçilərinin sayı 60 min nəfərə çatıb

26-01-2026

“Milli Proqram”da daha çox süni intellekt və data elminə üstünlük verilib

07-05-2025

"Milli Proqram"a qeydiyyat davam edir

20-08-2025

“Coursera”da bir sıra kurslar ana dilinə dublyaj olunub

01-08-2025

“Milli Proqram”a qeydiyyat davam edir

26-08-2025

Azərbaycanda 10 minə yaxın şəxs ödənişsiz 4Sİ texnologiyaları üzrə kursa qoşula biləcək

30-08-2023

“Milli Proqram” çərçivəsində 15000 nəfər 27000 təlimi uğurla tamamlayıb

01-07-2025

“Milli Proqram” çərçivəsində 22 500 nəfər təlimləri tamamlayıb

07-08-2025

Fariz Cəfərov: İşğaldan azad edilmiş ərazilərə köç etmiş vətəndaşlar üçün kurslar təşkil olunacaq

09-10-2024

“Milli Proqram” istifadəçiləri 13 mindən çox kursdan yararlana bilər

08-10-2025

“Milli Proqram”a qeydiyyat davam edir

13-08-2025

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18-09-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın açılış proqramı keçirilir

30-05-2025

Nazir "Coursera" şirkətinin baş icraçı direktoru ilə görüşüb

19-01-2024

"Milli Proqram” çərçivəsində 75 mindən çox kurs tamamlanıb

02-12-2025

“Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat verilib

27-10-2025

4SİM-də təcrübə keçən tələbə və könüllülərlə görüş keçirilib

13-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə