Previous Next
Bağla

“A-dan Z-yə internet: media üçün praktik təlim” təşkil olunub

25-02-2026 18:44
“A-dan Z-yə internet: media üçün praktik təlim” təşkil olunub

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) və Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə media nümayəndələri üçün “A-dan Z-yə internet: media üçün praktik təlim” təşkil olunub.

Xeberler.az bildirir ki, tədbirin açılışında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov ölkədə rəqəmsallaşmaya və rəqəmsal savadlılığın artırılmasına xüsusi önəm verildiyini bildirib. O qeyd edib ki, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin bütün ərazilərində sabit genişzolaqlı internetə çıxış imkanı yaradılıb.

Bildirilib ki, 2020-ci ilin sonunda ölkə üzrə median yükləmə sürəti təxminən 10 Mbit/s olduğu halda, 2025-ci ilin sonunda bu göstərici 90 Mbit/s-yə yüksəlib. Bu artım son illərdə internet infrastrukturunun modernləşdirilməsi istiqamətində atılan addımların nəticəsidir.

İKTA-nın İdarə Heyətinin sədri Nail Mərdanov çıxışında telekommunikasiya sahəsində aparılan islahatların əsas prioritetlərindən birinin xidmət keyfiyyətinin yüksəldilməsi olduğunu vurğulayıb.

O bildirib ki, dayanıqlı infrastrukturun formalaşdırılması, şəffaf bazar mühitinin təmin olunması və vətəndaş məmnunluğunun artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Sədr qeyd edib ki, jurnalistlər üçün təşkil olunan təlimin əsas məqsədi internetlə bağlı mövzularda ictimaiyyətin daha düzgün və obyektiv məlumatlandırılmasına töhfə vermək, texniki anlayışların sadə və dəqiq formada izahını təşviq etməkdir.

Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli isə sahəvi jurnalistikanın inkişafının əhəmiyyətini vurğulayaraq bildirib ki, ixtisaslaşmış və peşəkar yanaşma media məzmununun keyfiyyətini artırır və cəmiyyətin düzgün məlumatlandırılmasına xidmət edir. Onun sözlərinə görə, müasir texnologiyalar sahəsində biliklərin artırılması jurnalistlərin peşəkar inkişafında mühüm rol oynayır.

Təlim çərçivəsində iştirakçılara internetin işləmə prinsipləri, sürət və keyfiyyət anlayışları, “Wi-Fi” texnologiyaları, modem və digər avadanlıqların rolu, ölçmə metodları, eləcə də internet problemlərinin düzgün diaqnostikası ilə bağlı praktik və tətbiqyönümlü məlumatlar təqdim olunub. İnteraktiv sessiyalar zamanı jurnalistlərin tez-tez qarşılaşdığı suallar real nümunələr əsasında müzakirə edilib, internet sürətinə təsir edən faktorlar sistemli şəkildə izah olunub və media üçün düzgün terminologiya və yanaşmalar açıqlanıb. Təlim İKTA-nın sahə üzrə ixtisaslaşmış mütəxəssisləri tərəfindən aparılıb. Həmçinin telekommunikasiya xidmətlərinin tənzimlənməsi, mövcud beynəlxalq trendlər və tənzimləyici mexanizmlər barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Bu cür maarifləndirici təşəbbüslər ictimaiyyətin internet və rəqəmsal xidmətlər barədə düzgün məlumatlandırılmasına, mediada yanlış anlayışların qarşısının alınmasına və tənzimləyici qurumlara ictimai etimadın artırılmasına xidmət edir.

Qeyd edək ki, bu təşəbbüs İKTA və MEDİA arasında tərəfdaşlıq çərçivəsində həyata keçirilən ilk tədbirdir. Gələcəkdə jurnalistlər və müxtəlif hədəf qrupları üçün analoji maarifləndirici təlimlərin keçirilməsi nəzərdə tutulur.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA-da jurnalistlərə təlim keçirilib

19-07-2025

“Rəqəmsal Savadlılıq” təliminin bağlanış mərasimi keçirilib

24-10-2024

İKTA-da media nümayəndələri ilə görüş keçirilib

01-10-2024

Jurnalıstlərə “Rəqəmsal Savadlılıq” təliminin sertifikatları təqdim olunub

03-08-2023

İKTA yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb

03-06-2025

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

İnternet xidməti təchizatçılarının nümayəndələri üçün təlim təşkil olunub

14-05-2025

MEDİA-da Monqolustanın nümayəndə heyəti ilə görüş keçirilib

14-04-2026

İKTA-da İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib

23-12-2025

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

01-05-2024

Media nümayəndələri üçün “Data Jurnalistikası” təliminə başlanılıb

06-05-2025

Azərbaycanın internet provayderləri İKTA-ya Dünya Bankının tələblərinə uyğun hesabat verəcək

30-08-2023

Media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi keçirilib

18-12-2025

Azərbaycan və Türkiyənin tənzimləyici qurumları birgə layihə icra edəcək

20-11-2025

Medianın İnkişafı Agentliyinin sədri: Medianın yeni formalaşan trendləri texnoloji təhdidlərə də səbəb olur

11-10-2024

Böhran kommunikasiyası təlimləri başa çatıb

13-12-2023

İKTA nümayəndələri Budapeştdə işçi qruplarının iclasında iştirak ediblər

01-05-2026

“Euronews Academy” beynəlxalq tədris proqramı başlayıb

23-06-2025

İKTA yazı müsabiqəsi elan edir

23-12-2024

Azərbaycanla Özbəkistanın media nümayəndələri görüşüb

06-05-2025

Media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi keçirilib

14-07-2025

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil edib

07-12-2024

MEDİA Milli mətbuatın yubileyi çərçivəsində seminarlara başlayıb

19-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə