Previous Next
Bağla

“ADY”nin fəaliyyəti rəqəmsal alətlər vasitəsilə yenidən formalaşdırılır

05-12-2025 11:19
“ADY”nin fəaliyyəti rəqəmsal alətlər vasitəsilə yenidən formalaşdırılır

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tədricən təbii qazdan imtina etmək fikrindədir. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi deyə bilərəm ki, 2024-cü ildə ADY təbii qaz istehlakını təxminən 50 faiz azaldıb və proses davam edir.

Xeberler.az məlumat verir ki, bu sözləri ADY-nin sədri Rövşən Rüstəmov qurumun Asiya İnkişaf Bankı ilə birlikdə dekarbonizasiya üzrə layihəsinin təqdimat mərasimində deyib. O bildirib ki, dekarbonizasiya sahəsi Asiya İnkişaf Bakı (ADB) ilə tərəfdaşlıqda mərkəzi rol oynayır: “ADB bir çox sahələrdə etibarlı tərəfdaş olub və bu gün əməkdaşlığımızı yeni, transformativ istiqamətə aparırıq. ADY ADB ilə hərtərəfli dekarbonizasiya proqramı üzərində işləyən Qafqaz və Mərkəzi Asiyanın ilk dövlət dəmir yolu şirkəti olmaqdan qürur duyur. Birlikdə, biz artıq ADY-nin Dekarbonizasiya Siyasəti və Çərçivəsini hazırlamışıq, bununla da Azərbaycanın Milli İnkişaf Strategiyaları, ADY-nin 2030 Strateji İstiqamətləri, “Paris Sazişi” və qlobal dayanıqlılıq standartları ilə güclü uyğunluğu təmin edirik. İndi isə bu layihə vasitəsilə biz həmin strateji çərçivəni praktikaya çevirməyə başlayırıq”.

O qeyd edib ki, bu gün təqdim olunan layihə Azərbaycanın dəmir yolu infrastrukturu boyunca bərpaolunan enerjinin inkişafına yönəlmiş tam strukturlaşdırılmış investisiya proqramını hazırlamağa kömək edəcək: “Texniki aspektlərdən əlavə, araşdırma layihənin həm təsirli, həm də dayanıqlı olmasını təmin etmək üçün maliyyə, iqtisadi, ekoloji və sosial ölçüləri nəzərdən keçirəcək. Bu layihə Azərbaycanın Şərqlə Qərb, Şimalla Cənub arasında getdikcə daha mühüm nəqliyyat mərkəzi kimi ortaya çıxdığı zamanda həyata keçirilir. Orta Dəhliz və Şimal-Cənub marşrutu boyunca yük həcmləri artdıqca, dəmir yolu sistemimizin rəqabət qabiliyyəti onun səmərəli, etibarlı və daha kiçik ekoloji izlə işləmək qabiliyyətindən asılıdır. Dekarbonizasiya hər üçünü gücləndirir”.

R.Rüstəmov həmçinin vurğulayıb ki, bu təşəbbüs ADY-də artıq yaratdığı təməl üzərində qurulub: “Ötən il ərzində təbii qaz istehlakımızı təxminən 50 faiz azaltmışıq. Dəmir yolu şəbəkəmizin təxminən 63 faizi artıq elektrikləşdirilib. Biləcəri və Gəncədəki depolarımızda 650-dən çox günəş paneli quraşdırmışıq. Bununla illik 132 min kilovat/saatdan çox təmiz elektrik enerjisi istehsal olunur. Qeyd edək ki, bu, 2023-cü illə müqayisədə təxminən 70 faiz çoxdur”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ADY: Rəqəmsallaşma sərnişin təcrübəsini dəyişdirir

05-12-2025

Asiya İnkişaf Bankı dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana kredit ayırıb

01-10-2024

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötüb

03-04-2026

ADY-nin rəqəmsallaşdırılması istiqamətində irəliləyişə nail olunub

03-06-2025

ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib

23-10-2024

ADY İT akademiyası yaradacaq

03-02-2025

“Stadler” Azərbaycanda Regional Servis Mərkəzinin yaradılmasına investisiya yatıracaq

24-10-2023

ADY: Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür

24-02-2026

"ADY" süni intellektin tətbiqinə hazırlaşır

03-06-2025

“ADY Mobile” tətbiqinin yüklənmə sayı 180 minə çatıb

22-01-2025

Sosial mediada ADY adından saxta səhifələr açılır

02-11-2024

Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

10-02-2026

ADY "SİMA Pay" – üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlayıb

15-05-2026

Qatarlarda ödənişsiz “Wi-Fi” xidmətinin tətbiqinə başlanılır

29-10-2024

ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzalayıb

09-07-2025

"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verib

20-10-2023

ADY sədrinə yeni müavin təyin edilib

15-11-2024

Ayrı-ayrı dəmir yolu marşrutları xarici şirkətlərə icarəyə verilsin - Təklif

04-04-2024

ADY ilk dəfə elektron imza ilə rəsmiləşdirilmiş qaimə əsasında yük göndərib

07-01-2025

ADY ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi sertifikatını əldə edib

14-12-2024

Ekspert: Rəqəmsal transformasiya layihəsində nəzərdə tutulanlar reallaşsa ADY tam fərqli, modern quruma çevriləcək

02-10-2024

ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib

16-05-2025

“ADY hansısa bir istiqamətdən qatarı çıxarıb, digərinə calayır”

07-03-2023

“Azərbaycan Dəmir Yolları”nın vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi qurulur

23-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə