Previous Next
Bağla

“Aerokosmik Modelçilik Festivalı 2025” keçirilib

01-07-2025 18:58
 “Aerokosmik Modelçilik Festivalı 2025” keçirilib

Bakının Hövsan qəsəbəsində “Aerokosmik Modelçilik Festivalı 2025” keçirilib.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir agentliyin “İnnovasiyalar Mərkəzi”nin və “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə gerçəkləşdirilib.

Əsas məqsəd ölkəmizdə raket və peyk modelçiliyinin inkişafına, gənclərin innovativ düşüncə tərzinin formalaşmasına, sağlam həyat tərzinin təşviqinə və texniki yaradıcılığın kütləviləşməsinə dəstəkdir.

Təmiz havada intellektual aktivliklə fiziki fəaliyyəti birləşdirən bu idman növü iştirakçıların fərdi və komanda şəklində yarışmasına şərait yaradır. Qiymətləndirmə zamanı uçuşun hündürlüyü və müddəti, enişin dəqiqliyi, modellərin texniki səviyyəsi və uçuş reallığı əsas götürülür. Üçüncü dəfədir təşkil olunan festival iki mərhələdə, 10 növ yarış (“S-3-B Paraşüt”, “S-3-C Paraşüt”, “S-4-D Raketaplan”, “S-6-A Streamer”, “S-6-B Streamer”, “S-6-C Streamer” və ilk dəfə olaraq “Peyk (CubeSat)”, “Startap” (aerokosmik sahədə), dron və təyyarə modelləri) üzrə təşkil olunub. Həmçinin intellektual müsabiqə və aviaşou xarakterli helikopter və təyyarə modellərinin nümayişi də gerçəkləşib. İştirakçılara bu çərçivədə aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahəsində biliklərini praktik formada tətbiq üçün də geniş imkanlar yaradılıb.

Builki festivala “YAŞAT” Fondunun dəstəyi ilə 5 şəhid övladı da qatılıb. Raket modelçiliyi yarışının “S-6-A Streamer” kateqoriyasında bir araya gələn komanda üzvləri öncəki müddətdə festivala hazırlıq məqsədilə fond tərəfindən raket, paraşüt, dron, təyyarə və digər modellərin təlim məşqlərinə cəlb olunublar.

Festivalda bu il ilk dəfə raket modelçiliyi üzrə beynəlxalq FAI standartlarına uyğun S-4-D Raketaplan kateqoriyasında və peyk modelçiliyi (CubeSat) sahəsində yarışlar keçirilib. Həmçinin startaplar bu sahədə ideyalarını inkişaf və kommersiyalaşdırmaq məqsədilə yarışda iştirak ediblər.

Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Hava Nəqliyyatı Baş Gömrük İdarəsi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərkosmos, Milli Aviasiya Akademiyası, Hədəf STEAM Liseyi, “IT INNOVATIONS computer academy”, Nərgiz klinikası, “AzST”, “OUTSITE” və “RC CARTING” tədbirin tərəfdaşlarıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Aerokosmik Modelçilik Festivalı"nın mükafatlandırma mərasimi keçirilib

08-07-2025

Bakıda “Aerokosmik Modelçilik Festivalı” keçiriləcək

04-04-2024

Azərbaycanda ilk dəfə raket modelçiliyi festivalı keçirilib

13-04-2019

Müsabiqə qalibi: Hazırladığımız model peyk raketi uğurla səmaya buraxıldı

05-07-2023

Qarabağ IV Aerokosmik Modelçilik Festivalına ev sahibliyi edəcək

14-04-2026

Azərbaycan Türkiyədə keçiriləcək Aerokosmik və Texnologiya Festivalına 11 startapla qatılacaq

27-08-2021

Ölkəmiz beynəlxalq peyk müsabiqəsində uğur qazanıb

17-06-2016

Azərkosmos və “STEAM Azerbaijan” tərəfindən keçiriləcək “CubeSAT” kateqoriyası üzrə müsabiqə elan edilib

12-08-2024

AzMİU-nun iki komandası “Teknofest Azərbaycan” festivalının birinci mərhələsində uğur qazanıb

07-04-2022

“TEKNOFEST Azərbaycan” festivalı üçün təyyarə və vertolyatların sınaq uçuşları keçirilir  

23-05-2022

İnnovasiya həftəsi çərçivəsində Roboday festivalı təşkil olunub

19-10-2019

Tələbələrimiz model peyki səmaya buraxmaq hüququ qazanıb

16-06-2017

"TEKNOFEST" tədbirinin detalları açıqlanıb

07-02-2022

\"CanSat Azərbaycan 2019\" tələbə model peyk müsabiqəsinin final mərhələsi olub

29-06-2019

“CanSat Azərbaycan 2020” müsabiqəsinin qalibləri mükafatlandırılıb

01-02-2022

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

27-06-2019

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də olub

22-09-2025

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13-10-2025

"CanSat Azərbaycan 2020" model peyk müsabiqəsi təxirə salınıb

28-12-2020

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

06-02-2026

“TEKNOFEST” çərçivəsində “Baku Skills” müsabiqəsinə start verilib

02-02-2022

Selçuk Bayraktar "TEKNOFEST Azərbaycan"la bağlı mətbuat konfransına qatılıb

07-02-2022

"Aqrar texnologiyalar" müsabiqəsinə qeydiyyat aparılır

11-02-2022

Model peyk müsabiqəsinin final mərhələsi baş tutub

04-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə