Previous Next
Bağla

“Akademik İbrahim İbrahimov Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə yüksəldən alimlərimizdəndir”

30-06-2022 00:02
“Akademik İbrahim İbrahimov Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə yüksəldən alimlərimizdəndir”

Bu fikirləri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev görkəmli alim, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik İbrahim İbrahimovun anadan olmasının 110 illik yubileyinə həsr edilmiş “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

Xeberler.az bildirir ki, akademik Rasim Əliquliyev çıxışında Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbinin yaradıcısı, akademik İbrahim İbrahimovun riyaziyyat elminin inkişafındakı xüsusi rolundan söz açıb. Qeyd edib ki, Azərbaycan milli riyaziyyatçılar elitasının ən görkəmli nümayəndələrindən biri olan İbrahim İbrahimov adını ölkəmizdə riyaziyyat elminin inkişafı tarixinə qızıl hərflərlə yazmışdır. Böyük alim Azərbaycanda elmi təfəkkürün formalaşması, orta və ali təhsil müəssisələrində riyaziyyat elminin tədrisi, inkişafı və praktikada tətbiqi istiqamətində, müvafiq sahədə pedaqoji sistemin qurulması, elmi tədqiqatların səmərəliliyinin artırılması, peşəkar kadrların yetişdirilməsində misilsiz xidmətlər göstərmişdir.

Onun sözlərinə görə, akademik İbrahim İbrahimov M.V.Keldış, A.O.Qelfond, S.N.Bernşteyn kimi sovet dövrünün riyaziyyat məktəbinin ən yüksək zirvəsinə yüksəlmiş alimlərlə birgə fəaliyyət göstərmiş, onların bilik və təcrübəsindən bəhrələnərək riyaziyyat elminin dahilərindən biri kimi formalaşmış, Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə yüksəldən alimlərdən olmuşdur.

“2010-cu ildən bu günədək olan dövr ərzində “Google Scholar” beynəlxalq elmi bazasında İbrahim İbrahimovun elmi əsərlərinə çoxsaylı istinadlar edilmişdir. Bu da görkəmli alimin tədqiq etdiyi ciddi elmi problemlərin indiki dövrdə də böyük aktuallığa malik olduğunu bir daha sübut edir”, – deyə vitse-prezident bildirib. Akademik Rasim Əliquliyev əlavə edib ki, hazırda müstəqil Azərbaycan dövlətinin maraqlarının təmin olunması kontekstində İbrahim İbrahimovun tükənməz enerji və gərgin əməyinin, yeni elmi axtarışlarının məhsulu olan mühüm elmi nəticələrə əsaslanan fundamental elmi tədqiqatların aparılması olduqca zəruridir.

Rasim Əliquliyev ən mürəkkəb tarixi proseslərin baş verdiyi dövrdə yaşamış alimin həyatını elmə, təhsilə, maarifçiliyə həsr etdiyini vurğulayıb. O, akademik İbrahim İbrahimovun fitri istedadı, tükənməz enerjisi və gərgin axtarışlarının gələcək nəsillər üçün böyük bir məktəb olduğunu və bu məktəbin davamçılarının görkəmli elm fədaisinin zəngin elmi irsini daha dərindən tədqiq etmələrinin önəmini qeyd edib.

science.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı  ciddi problemlər var”

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

16-03-2018
NRYTN Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirib

NRYTN Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirib

25-06-2021
Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026
Rasim Əliquliyev: “Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”

Rasim Əliquliyev: “Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”

03-02-2022
Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

28-09-2024
FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

26-07-2022
Azərbaycanı İT sahəsində dünyada tanıdan alim - Rasim Əliquliyev

Azərbaycanı İT sahəsində dünyada tanıdan alim - Rasim Əliquliyev

19-01-2023
İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025
İnformasiya Texnologiyaları İnstitutunda elmi konfrans keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda elmi konfrans keçirilib

22-12-2023
AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022
“Ağıllı qurğuların əsasında Lütfi Zadə nəzəriyyəsi dayanır”

“Ağıllı qurğuların əsasında Lütfi Zadə nəzəriyyəsi dayanır”

03-10-2017
İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025
Rəqəmsal dövlətin kibersuverenliyinə dair elmi-tədqiqat müzakirə edilib

Rəqəmsal dövlətin kibersuverenliyinə dair elmi-tədqiqat müzakirə edilib

20-10-2025
Rasim Əliquliyev: "Şuşada şəhərsalma üçün elektron xəritələr hazırlanacaq"

Rasim Əliquliyev: "Şuşada şəhərsalma üçün elektron xəritələr hazırlanacaq"

28-02-2022
“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

11-10-2016
Elektron Kitabxana və Elmi Tədqiqatlar Mərkəzlərinin açılışı oldu

Elektron Kitabxana və Elmi Tədqiqatlar Mərkəzlərinin açılışı oldu

04-12-2014
AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015
Azərbaycanın ilk informatik aliminə “Şərəf” ordeni təqdim olundu

Azərbaycanın ilk informatik aliminə “Şərəf” ordeni təqdim olundu

20-11-2015
Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019
NRYTN-nin beynəlxalq jurnalı təsir əmsalı indeksinə görə dünyada 10-cu yerə yüksəlib

NRYTN-nin beynəlxalq jurnalı təsir əmsalı indeksinə görə dünyada 10-cu yerə yüksəlib

02-07-2021
AMEA-da yeni informasiya sistemləri yaradılır

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017
“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

13-01-2016
“Elmi problemlər reyestri”  informasiya sistemi yaradılır

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016
Rasim Əliquliyev: Ölkəmizdə İKT sahəsində insan resurslarının əsasını gənclər təşkil edir

Rasim Əliquliyev: Ölkəmizdə İKT sahəsində insan resurslarının əsasını gənclər təşkil edir

24-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə