Previous Next
Bağla

“Asan İmza” Londonda təqdim ediləcək

03-05-2016 13:49
“Asan İmza”  Londonda təqdim ediləcək

Mayın 10-12-də Londonda (Böyük Britaniya) nüfuzlu beynəlxalq "SDW 2016" konfrans və sərgisi keçiriləcək. Tədbirdə rəqəmsal təhlükəsizlik, smart-kart və elektron çiplərin istehsalı, biometrik məlumatlar, rəqəmsal identitet üzrə infrastruktur həllər və s. mövzular ətrafında müzakirələrin aparılması gözlənilir. 

Bu barədə Xeberler.az-a B.EST Solutions şirkətindən məlumat verilib: 

"Konfransa qatılacaq iştirakçıların coğrafiyası olduqca genişdir: tədbirdə ümumilikdə 76 ölkədən 1 500-dək nümayəndə iştirak edəcək. İştirakçıların sırasında rəqəmsal identitet, biometrik texnologiyalar və kibertəhlükəsizlik məsələləri ilə məşğul olan aparıcı ekspert və alimlər, qeyd edilən sahələrdə fəaliyyət göstərən iri təchizatçı şirkətlərin nümayəndələri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri, eləcə də müxtəlif ölkələrin dövlət xadimləri yer alacaq".

Konfransda məruzə ilə B.EST Solutions şirkətinin təsisçisi və rəhbəri Yana Krimpe de çıxış edəcək. Y.Krimpe öz çıxışını mobil identitetin elektron dövlət idarəetmə modelində rəqəmsal pasport aləti kimi istifadəsi mövzusuna həsr edəcək. Konfrans iştirakçılarına həmçinin Azərbaycanın mobil identitet və elektron imza texnologiyası olan “Asan İmza” barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki,  cəlbedici ixrac potensialına malik olan  “Asan İmza” texnologiyası mütəmadi olaraq bu kimi müxtəlif beynəlxalq sahəvi tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təqdim olunur. B.EST Solutions şirkəti “Asan İmza” mobil imza xidmətinin yaradıcısı və operatorudur. “Asan İmza” istifadəçiləri dövlət və özəl sektorun təqdim etdiyi elektron xidmətlərə yalnız mobil telefon vasitəsilə asanlıqla və istənilən yerdən daxil ola, eləcə də sənədlərə elektron imza ata bilər.

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Asan İmza” Londonda nüfuzlu tədbirdə təqdim edilib

14-05-2016

“Asan İmza” Romada təqdim edildi

06-05-2015

“Asan İmza” Rusiyada təqdim ediləcək

14-09-2016

“Asan İmza” Parisdə təqdim edilib

16-11-2016

İT şirkətimiz beynəlxalq assosiasiyaya üzv seçilib

21-07-2016

“Asan İmza” Daşkənddə təqdim edilib

22-09-2016

Azərbaycanla Ukrayna ilk dəfə “Asan İmza” ilə sənəd imzaladı

07-10-2016

“Asan İmza” Polşada təqdim ediləcək

02-06-2016

“Asan İmza” Haaqada təqdim ediləcək

13-06-2016

“Asan İmza” Fransa ağıllı texnologiyalar həftəsində

28-09-2016

Azərbaycan innovasiyaları Belçikada təqdim edilib

15-11-2017

B.EST Solutions Azərbaycanı Avropada tanıdacaq- Yeni layihə

26-07-2016

Koreya Azərbaycanın “Asan İmza” təcrübəsini öyrənəcək

23-08-2016

Asan imza ağıllı texnologiyalar həftəsində təqdim edilib

17-09-2015

Xarici mütəxəssislər “Asan İmza” texnologiyası ilə tanış olub

14-11-2016

Asan İmza ödənişsiz oldu

22-05-2020

“Asan İmza” Avropanın nüfuzlu müsabiqəsinin finalında

14-06-2016

“Asan İmza” Rusiyada keçirilən müsabiqədə qalib oldu-Foto

15-09-2016

Asan İmza İdentitet üzrə seminarda müzakirə olunub

14-06-2019

“Asan İmza” Kann şəhərində təqdim olunub

01-12-2016

Əfqanıstan nümayəndə heyəti “Asan İmza” ilə tanış olub

06-12-2016

İKT şirkətlərimiz beynəlxalq tenderdə iştirak edir

24-05-2016

Tanınmış İT şirkətinin məlumatları onlayn təqdim ediləcək

09-10-2015

“B.EST Solutions” şirkəti Estoniyada keçirilən İKT həftəsində

13-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə