Previous Next
Bağla

“Azexport” portalı Asiyada 15 ən yaxşı nümunədən biri seçilib

29-10-2025 10:08
“Azexport” portalı Asiyada 15 ən yaxşı nümunədən biri seçilib

Asiya İnkişaf Bankı (ADB), Asiya İnkişaf Bankı İnstitutu (ADBI) və BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) birgə əməkdaşlığı ilə Yaponiyanın paytaxtı Tokioda “Asiya Beyin Mərkəzləri Şəbəkə Forumu 2025” (Asian Think Tank Network Forum 2025) keçirilir. "Rəqəmsal və elektron ticarət vasitəsilə əlçatanlığın və inklüzivliyin təmin edilməsi" mövzusunda təşkil edilən Forumda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn “Azexport” portalının fəaliyyəti barədə təqdimatla çıxış edib.

Xeberler.az bildirir ki, Ramil Hüseynin və portalın rəhbəri Ayxan Qədəşovun hazırladığı “Hökumət iqtisadi artımı sürətləndirmək üçün rəqəmsal və elektron ticarətdən necə istifadə edir: Azərbaycan nümunəsində” (How Government Leverages Digital Trade and E- Commerce to Boost Economic Growth: A Case Study from Azerbaijan) mövzusundakı təqdimat “Asiya Beyin Mərkəzləri Şəbəkə Forumu 2025” təşkilatçıları tərəfindən Asiya regionu üzrə 15 ən yaxşı nümunədən biri seçilib.

Qitənin ən böyük beyin mərkəzləri platformasında müxtəlif ölkələri təmsil edən tədqiqatçıların qarşısında çıxış edən Ramil Hüseyn bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2016-cı ildə yaradılan “Azexport” portalı indiyədək dünyanın 150-dən artıq ölkəsindən müxtəlif kateqoriyalar üzrə ixrac sifarişi qəbul edərək yerli sahibkarlara yönləndirib. O, portalın “Mtradeverse” şirkəti ilə birgə həyata keçirdiyi Rəqəmsal Sərgi Zalı layihəsi barədə də məlumat verib və bu layihənin Azərbaycan məhsullarının beynəlxalq bazarlarda təqdimatını asanlaşdırdığını vurğulayıb.

Sessiyanın sual-cavab mərhələsində “Azexport” modelinin digər ölkələrdə tətbiqi imkanları ilə bağlı təklif və təşəbbüslər irəli sürülüb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BMT-nin hesabatı: Azexport və Rəqəmsal Ticarət Qovşağı ən yaxşı təcrübədir

15-10-2020

Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək

04-11-2024

İİTKM-in əməkdaşı Çində beyin mərkəzləri forumunda iştirak edib

16-08-2023

"Azexport" "Hannover Impuls"la beynəlxalq ticarət imkanlarını müzakirə edib

10-10-2025

“Azexport” Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib

27-01-2026

Vüsal Qasımlı UNESCAP-ın koordinatoru təyin olundu

30-06-2021

İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

16-11-2024

“Azexport.az” portalı Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

19-11-2021

“Azexport”un dəstəyi ilə Azərbaycandan Efiopiyaya un məmulatları ixrac olunacaq

16-09-2024

“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

30-10-2025

İİTKM-də Asiya İnkişaf Bankı nümayəndələri ilə görüş keçirilib

03-09-2025

“Azexport” portalının dəstəyi ilə Efiopiyaya məhsul ixrac ediləcək

22-11-2024

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025

“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub

17-02-2026

"Azexport" daha bir məhsula Sərbəst Satış Sertifikatı verib

09-10-2025

“Azexport” Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib

17-06-2025

EnterpriseAzerbaijan.com portalı beynəlxalq görüşdə təmsil olunub

01-07-2022

“Rəqəmsal CAREC: Regional rəqəmsal fərq” mövzusunda görüş keçirilib

25-02-2022

“Azexport” portalının Pakistan və Türkiyə şirkətləri ilə əməkdaşlığı müzakirə olunub

01-03-2025

Rəqəmsal transformasiya və e-ticarət forumu keçirilib

21-06-2023

Azexport.az portalının rəqəmsal inzibati binası-Foto

05-01-2023

“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

05-01-2026

Vüsal Qasımlı: "Azərbaycan rəqəmsal ticarətin asanlaşması üzrə ilk pillədədir"

14-04-2021

Azexport.az 2 qlobal portala inteqrasiya olunub

15-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə