Previous Next
Bağla

“BİRlink” mobil tətbiqi abunəçilərin istifadəsinə verildi

21-04-2020 17:48
“BİRlink” mobil tətbiqi abunəçilərin istifadəsinə verildi

Xeberler.az bildirir ki, Telekommunikasiya xidmətlərinin təminatçısı “ENGİNET” şirkəti fəaliyyət göstərdiyi sahədə daim innovativ və texnoloji yenilikləri tətbiq etməklə seçilir. İnsanların mobil texnologiya və online aplikasiyalara üstünlük verdiyi bir dövrdə, ölkəmizin internet xidmət təminatçılarının arasında ilk dəfə olaraq “ENGİNET” şirkəti özünə məxsus olan “BİRlink” brendinin mobil tətbiqini abunəçilərin istifadəsinə verdi. Xidmətlərin istifadəsində abunəçilərin rahatlığını təmin edəcək bu tətbiq Şəxsi Kabinetdən çevikliyi ilə fərqlənərək abunəçilərə XX1 əsrin tələblərinə uyğun olaraq mobil telefon üzərindən bütün lazımi əməliyyatların tətbiq imkanlarını verir.

Artıq abunəçi istədiyi vaxt və yerdə “BİRLink” mobil aplikasiyasından bir kliklə istifadəçi məlumatlarını əldə edə bilər. Belə ki, mobil tətbiq abunəçinin şəxsi kabinetin və www.birlink.az saytından icra edə biləcək bütün funksionalı özündə ehtiva edib. Burada bir toxunuşla abunəçi istifadə etdiyi tarifi, balansı və son ödənişləri haqqında məlumatları görə bilər. Yeni qoşulmaq istəyən abunəçiləri də nəzərə alaraq, mobil əlavədə qonaq girişi də mövcuddur. Artıq sayta daxil olmadan, qonaq girişini seçərək, “BİRLink” şəbəkəsinin mövcud olduğu ərazilər üzrə axtarış vermək mümkündür.www.birlink.az

Əlavə olaraq, “BİRlink” mobil əlavəsi evi tərk etmədən bank kartı vasitəsilə onlayn ödəniş etmək, hətta kredit almaq üçün müraciət etmək kimi xidmətləri özündə birləşdirib.

Həmçinin, abunəçini maraqlandıran yeni kampaniyalar və mövcud əlavə xidmətlər və tariflər haqqında məlumatları əlçatanlığını da diqqətdən kənarda qalmadı. Bu tətbiqin daha bir çevikliyi ondan ibarətdir ki, “BİRLink”-in digər tarif planları barədə məlumat əldə etmək və seçilən tarifə qoşulmaq üçün sorğu göndərmək olar. Daha sonra mövcud tarifə rəqəmsal yayım, filtrasiya xidməti, şəhər telefon nömrəsi, Statik İP və Frozen (Dondur) kimi xidmətləri əlavə etmək imkanları da mövcuddur.

İnnovativ, keyfiyyətli və müştəri yönümlü yanaşma ilə inkişaf edən ENGİNET şirkəti hər bir abunəçiyə fərdi yanaşaraq, hər bir müraciəti və istəyi nəzərə almağa can atır. Məhz bu səbəbdən, “BİRLink” mobil aplikasiyasında ayrıca əlaqə və müraciət göndərmək xanaları öz əksini tapmışdır. Bu o deməkdir ki, artıq Çağrı Mərkəzi ilə əlaqə saxlamadan və ya www.birlink.az saytına daxil olmadan abunəçinin olduğu yerdən bir kliklə zəng sifarişi etmək, bununla da operatorların geri dönüşünü təmin etmək mümkündür.

Qeyd edək ki, “BİRlink” mobil aplikasıyasını Android və iOS sistemləri ilə çalışan cihazlar üçün “Google Play” və “Appstore” portallarından yükləmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BİRLink geniş çeşidli TV paketinin pulsuz yayımı müddətini artırıb

31-03-2020

«BİRLink» karantina müddətində gücləndirilmiş rejimdə fəaliyyət göstərir

24-04-2020

“Nar+” tətbiqi ilə abunəçilər balanslarını avtomatik artıra biləcəklər

26-07-2021

Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

28-12-2018

BirLink - Köhnə problemlərin yeni həlli

28-11-2016

Azərbaycanda populyar kompüter oyunları üzrə onlayn çempionat keçiriləcək

12-08-2020

BİRLink yeni “Təhsil” tarifini təqdim edir

09-06-2020

Mənim Bakcellim mobil applikasiyasında yenilik

29-11-2018

Nar+ ilə 5 hesabı birdən idarə etmək mümkündür

30-09-2019

“Nar+” tətbiqinin yüklənmə sayı yarım milyonu ötdü

26-05-2021

"Bakcell”dən rəqəmsal yeniliklər!

17-03-2023

“Nar+” tətbiqi ilə müştəri xidməti cibinizdə

26-12-2020

Nar+ tətbiqindən istifadə edənlərin sayı 100 mini ötüb

29-01-2020

Azercell “Telegram Bot” xidmətini təqdim edir

04-06-2020

Nar+ ilə hesabınızı daha asan idarə edin

23-08-2019

“Nar+” tətbiqi yeniləndi!

14-01-2022

Azercell yeni xidmət istifadəyə verdi

13-02-2017

“Bakcell”dən müəllimlər üçün xüsusi tarif

06-11-2020

Azercell abunəçilərinin ünvanına özü gedəcək

15-09-2015

“Kabinetim” ilə yeniliklərdən ilk sən xəbərdar ol

11-08-2021

“Nar”dan yeni abunəçilər üçün xüsusi endirim: FULL 6 yarı qiymətə

16-10-2023

Mobil Ödəmə xidməti indi Azercell Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu

20-11-2020

CityNet-in yenilənmiş məhsulları ilə daha sürətli internet

15-11-2022

Azercell-lə Mobil Musiqi limitsiz oldu

11-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə