Previous Next
Bağla

“Elektron hökumət və gənclər” seminarı keçirilib

29-09-2015 18:19
“Elektron hökumət və gənclər” seminarı keçirilib

Bu gün “Elektron Hökumət” portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən Sumqayıt Dövlət Universitetində  tələbələr üçün "Elektron Hökumət" mövzusunda seminar təşkil olunub.

MHM-dən Xeberler.az-a verilən məlumata görə, seminarda MHM-in şöbə müdiri İlqar Abdullayev, MHM-in baş mütəxəssisi Nadir Rəsulov mühazirəçi qismində çıxış ediblər.

Seminar  İlqar Abdullayevin çıxışı ilə açıq elan edilib. O, “Elektron Hökumət”in infrastrukturu, əsas komponentləri, e-xidmətlər, dövlət reyestrləri və açıq hökumət məlumatları üzrə prezentasiya üzrə geniş məlumat verdi. Şöbə müdiri "Elektron Hökumət"in yaradılmasını zəruri edən amillərdən, onun hüquqi əsasından bəhs etdi, “Elektron Hökumət”in infrastrukturu,  portal üzərindən təqdim olunan e-xidmətlər barədə ətraflı məlumat verib. Məruzəçi  “Elektron Hökumət” quruculuğunun ictimai mahiyyətini və üstünlüklərini açıqlayıb və  qeyd edib ki, portal üzərindən təqdim olunan bir çox elektron xidmətlər məhz gənclər üçün nəzərdə tutulub. Vurğulanıb ki, Azərbaycan gəncliyi gələcəyimizin təminatçılarıdır, biz onlara inanırıq və həyatlarının hər bir pilləsində onlara mümkün qədər dəstək olmağa çalışırıq.

Sonra, MHM-nin baş mütəxəssisi Nadir Rəsulov öz çıxışında e-imzanın mahiyyəti və əhəmiyyəti, e-imza sertifikatlarının e-sənəd mübadiləsində rolundan bəhs etdi. O, MHM-nin Milli Sertifikat Xidməti Mərkəzi tərəfindən verilən e-imza sertifikatlarının iqtisadiyyatda tətbiq olunduğu sahələr və cari istifadə statistikası haqqında danışdı. Məruzəçi yeni nəsil şəxsiyyət vəsiqələrinin mahiyyəti və əhəmiyyəti, eləcə də e-xidmətlərin və e-imzanın kütləviləşməsində yeni nəsil şəxsiyyət vəsiqələrinin mühüm rol oynayacağını xüsusilə vurğuladı.

Daha sonra “Elektron Hökumət” portalının əməkdaşı Günay Hüseynova  portalda tələbələr üçün maraqlı olan və daha çox istifadə olunan e-xidmətləri (elektron arayışlar, elektron ödənişlər və s.)  real rejimdə test edərək nümayiş etdirdi.

Seminar tələbələrlə sual-cavab və müzakirələrlə davam edib. Seminarda aktiv iştirak edən tələbələr hədiyyələrlə mükafatlandırılıb. Həmçinin, seminar iştirakçılarına portaldan istifadə üçün kod/parollar verilib.

Qeyd edək ki, belə seminarların keçirilməsində məqsəd gənclərə "Elektron Hökumət", elektron xidmətlər, elektron imza, e-sənəd və sair barədə ətraflı informasiya vermək və onlara praktiki biliklərin aşılanmasıdır.

 

Mirvari Nəcəf

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Elektron hökumət və gənclər” mövzusunda seminar keçirildi

“Elektron hökumət və gənclər” mövzusunda seminar keçirildi

07-04-2015
 “Elektron hökumət” mövzusunda seminar keçirilib

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017
Elektron Hökumət portalının operatoru tələbələrlə görüşdü

Elektron Hökumət portalının operatoru tələbələrlə görüşdü

05-05-2015
“Elektron Hökumət və gənclər” seminarı keçirilib

“Elektron Hökumət və gənclər” seminarı keçirilib

01-12-2015
Tələbələrə portalın xidmətləri barədə məlumat verilib

Tələbələrə portalın xidmətləri barədə məlumat verilib

16-12-2015
Gənclərin Elektron Hökumət  portalından istifadəsi mövzusunda təlim keçirilib

Gənclərin Elektron Hökumət portalından istifadəsi mövzusunda təlim keçirilib

26-06-2015
“Elektron Hökumət” bülleteni təqdim olunacaq

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015
Azərbaycanda elektron hökümətlə bağlı təlimlərə başlanılır

Azərbaycanda elektron hökümətlə bağlı təlimlərə başlanılır

29-01-2015
“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

08-04-2015
“Elektron Hökumət” üzrə ixtisasartırma kursları təşkil olunub

“Elektron Hökumət” üzrə ixtisasartırma kursları təşkil olunub

20-02-2015
Tələbələrə portal barədə məlumat verilib

Tələbələrə portal barədə məlumat verilib

29-03-2017
Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

03-07-2017
“Elektron Hökumət” bülleteninin avqust sayı işıq üzü görüb

“Elektron Hökumət” bülleteninin avqust sayı işıq üzü görüb

10-08-2015
E-imza ilə bağlı növbəti seminar keçirilib

E-imza ilə bağlı növbəti seminar keçirilib

06-05-2017
Elektron hökumət üzrə iki günlük kurs başladı

Elektron hökumət üzrə iki günlük kurs başladı

17-03-2015
Mingəçevirdə e-xidmətlərlə bağlı seminar keçirilib

Mingəçevirdə e-xidmətlərlə bağlı seminar keçirilib

01-04-2017
Nazirliyin daha bir vəzifəli şəxsi işdən çıxarıldı

Nazirliyin daha bir vəzifəli şəxsi işdən çıxarıldı

22-01-2016
“Elektron hökumət” bülleteni üzrə brifinq keçirilir

“Elektron hökumət” bülleteni üzrə brifinq keçirilir

10-04-2015
Elektron hökumət modeli diplom işi mövzusu olub

Elektron hökumət modeli diplom işi mövzusu olub

07-08-2015
Tələbələrə “Elektron hökumət” portalı barədə məlumat verilib

Tələbələrə “Elektron hökumət” portalı barədə məlumat verilib

09-04-2015
Daha bir bank “Elektron Hökumət” portalına qoşuldu

Daha bir bank “Elektron Hökumət” portalına qoşuldu

10-09-2015
E-hökumət mövzusunda növbəti  seminar keçirilib

E-hökumət mövzusunda növbəti seminar keçirilib

06-07-2017
“Elektron hökumət” bülleteninin növbəti sayı dərc edilib

“Elektron hökumət” bülleteninin növbəti sayı dərc edilib

18-07-2017
Bankların elektron xidmətlərdən istifadəsi müzakirə olunub

Bankların elektron xidmətlərdən istifadəsi müzakirə olunub

29-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə