Previous Next
Bağla

“Google” yeni təhlükəsizlik qaydalarını təqdim edib

01-10-2024 12:00
“Google” yeni təhlükəsizlik qaydalarını təqdim edib

“Google” şirkəti sentyabrın 30-dan etibarən hesabların təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi ilə “Gmail” poçtu üçün yeni qaydaları təqdim edib. Milyonlarla istifadəçi daha az etibarlı sayılan proqramlardan, eləcə də müasir təhlükəsizlik protokollarını dəstəkləməyən cihazlardan istifadə etməklə yalnız istifadəçi adı və parol vasitəsilə öz məlumatlarına daxil ola bilməyəcək.

Xeberler.az “Forbes” nəşrinə istinadən məlumat verir ki, bu qərar “Google” şirkətinin öz xidmətlərinin təhlükəsizlik səviyyəsinin yaxşılaşdırılması üzrə bir il əvvəl elan etdiyi genişmiqyaslı kampaniyasının bir hissəsidir və istifadəçilərə, habelə proqram tərtibatçılarına yeni qaydalara uyğunlaşmaq üçün vaxt verir. Son bir ay ərzində şirkət bütün populyar platformalarda (“Windows”, “macOS”, “Linux”, “Android”) özünün “Chrome” brauzeri üçün giriş düymələri də daxil olmaqla yeni təhlükəsizlik texnologiyasını fəal şəkildə tətbiq edir.

Yeni təhlükəsizlik sistemi məlumatların daha etibarlı mühafizəsini təmin edən “OAuth” avtorizasiyası protokoluna keçidi nəzərdə tutur. Siz daha “CalDAV”, “CardDAV”, IMAP, POP və “Google Sync” şəbəkə protokolları vasitəsilə yalnız istifadəçi adınızı və şifrənizi istifadə edərək “Gmail”ə daxil ola bilməyəcəksiniz.

Qeyd etmək vacibdir ki, dəyişikliklər yalnız “Google Workspace” istifadəçilərinə təsir edəcək. Şəxsi “Gmail” hesablarının sahibləri poçtlarına daxil olmaqdan narahat deyillər, lakin onlar bilməlidirlər ki, elektron poçt müştərisindən istifadə edərək IMAP girişi indi yalnız istifadəçi adı və şifrənizi ötürmədən üçüncü tərəfin tətbiqinə imkan verən “OAuth” (Açıq avtorizasiya) protokolu vasitəsilə həyata keçiriləcək.

“Google” yeni qaydalar qüvvəyə mindikdən sonra elektor poçta daxil olmaqda problemlərin qarşısını almaq üçün bir sıra addımlar atmağı tövsiyə edir. Xüsusilə, “Outlook 2016” və əvvəlki elektron poçt müştərisinin istifadəçiləri Microsoft 365-ə və ya “Windows” və “Mac” üçün “Outlook”un cari versiyalarına girişi təkmilləşdirməli olacaqlar.

Həmçinin “Thunderbird” və digər elektron poçt istifadəçisi öz “Google” hesabını yenidən əlavə etməli və “OAuth” vasitəsilə IMAP ilə işləmək üçün onun konfiqurasiyasını həyata keçirməlidir. Nəhayət, “iOS” və “macOS”da Mail tətbiqi istifadəçiləri “OAuth”u aktivləşdirmək üçün “Google” hesabına daxil olma seçimindən istifadə etməli olacaqlar ki, bu da hesabın silinməsi və yenidən əlavə edilməsini tələb edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Google Chrome” brauzerində iki təhlükəsizlik boşluğu aşkar edilib

01-10-2021

Çində Gmail-ə giriş əngəllənib

30-12-2014

Artıq Google+-dan dəvət gözləməyin

01-07-2011

Gmail Yahoo və Microsoft hesablarını da dəstəkləyəcək

12-06-2015

Google istifadəçilərə ünvanlarını dəyişmək imkanı verib

25-12-2025

Google Chrome kanalını Android-ə təqdim etdi

03-05-2015

Gmail – offline-da

28-01-2009

Google Gmail vasitəsilə pul transferi xüsusiyyətini başlatdı

30-01-2015

Göndərdiyiniz maili geri qaytara biləcəksiniz

01-07-2015

Google, Chrom 67-ni istifadəyə verdi

30-05-2018

Chrome istifadəçilərin razılığı olmadan onları avtorizasiya edir

25-09-2018

“Google”-nin Gmail davası qələbə ilə nəticələndi

11-03-2009

Google xəbərdarlıq etdi- Hesabınızı yoxlayın

16-02-2018

İstifadəçilərin dörddə üçü “Gmail” poçtuna mobil qurğulardan daxil olur

03-06-2015

İPhone-lara Google təqvim gəldi

16-03-2015

DİN-in elektron səhifəsində problem yaranıb

03-05-2018

Google-dan yeni tətbiq

16-04-2015

Google şirkəti Explorer-in qatilini yaratdı

03-09-2008

Mobil telefonları viruslardan necə qorumaq olar?

06-02-2017

Google Docs-da DOCX fayllarını oxumaq mümkün olacaq

07-11-2008

Google istifadəçilərini təhlükəli saytlar haqqında məlumatlandıracaq

23-10-2015

Google Gmail üçün süni intellekt funksiyalarını əlçatan edib

10-01-2026

Google ağıllı təqvim tətbiqi Timeful-u satın aldığını açıqladı

06-05-2015

Süni intellekt spam və fişinq məktubları blok edir

07-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə