Previous Next
Bağla

“Hər kəs üçün Ədalətli Rəqəmsal və Yaşıl Keçidlər” adlı forum keçirilib

03-04-2025 20:09
“Hər kəs üçün Ədalətli Rəqəmsal və Yaşıl Keçidlər” adlı forum keçirilib

Cenevrədə BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) regionu üzrə “Hər kəs üçün Ədalətli Rəqəmsal və Yaşıl Keçidlər” mövzusunda 2025-ci il üçün Dayanıqlı İnkişaf Regional Forumu keçirilib.

Xeberler.az bildirir ki, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı və BMT-nin Avropa İqtisadi Komissiyasının birgə təşkil etdiyi forumda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev təmsil edib.

Tədbirdə çıxış edən V.Quliyev Azərbaycanda son illər aparılan sosial islahatlara dair məlumat verib. O, ölkədə əmək qanunvericiliyinin mütərəqqi beynəlxalq yanaşmalar əsasında təkmilləşdirilməsi istiqamətində atılan addımları qeyd edib. Həmçinin dövlət sosial xidmətlərinin elektron qaydada təqdim edilməsi, proaktiv xidmət mexanizmlərinin yaradılması, əmək münasibətlərinin rəqəmsallaşdırılması, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sistemində innovativ həllərin geniş tətbiqi sahəsində əldə olunan nailiyyətləri, “e-sosial” portalının və “Əmək və Məşğulluq” altsisteminin üstünlüklərini diqqətə çatdırıb.

Ölkəmizdə işçi qüvvəsinin yaşıl iqtisadiyyata keçid üçün zəruri olan yeni bacarıqlara yiyələnməsi üçün aparılan işlər, yaşıl bacarıqların öyrədilməsinə hədəflənən peşə təlimləri və həssas əhali qruplarının əmək bazarına çıxışının, məşğulluğunun dəstəklənməsi üçün icra olunan proqramlar barədə məlumatlar verilib. Rəqəmsal və yaşıl keçidin inklüziv şəkildə həyata keçirilməsinin, xüsusilə həssas qruplar üçün bərabər imkanların yaradılmasının aparılan işlərdə prioritetlərdən olduğu qeyd edilib.

Habelə Azərbaycanın ötən dövrdə Beynəlxalq Əmək Təşkilatının 59 Konvensiyasını ratifikasiya etdiyi, ölkədə hökumət, həmkarlar ittifaqları və işəgötürənlərin təmsil olunduğu Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sosial dialoqun və inklüziv əmək bazarının inkişaf etdirilməsi istiqamətində fəaliyyəti qeyd edilib. Forumun gündəliyində ədalətli, yaşıl və rəqəmsal keçidlərin təmin olunması, rəqəmsal bacarıqların artırılması, əmək bazarının transformasiyası, məşğulluq və sosial müdafiə sistemlərinin müasir çağırışlara uyğunlaşdırılması ilə bağlı məsələlər əksini tapıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilib

31-10-2025

Əmək münasibətləri üzrə rəqəmsal həllərin tətbiqi genişlənir

06-03-2025

E-texnologiyaların tətbiqi daha da genişləndirilir

10-02-2024

Nazirlikdə BƏT nümayəndəsi ilə görüş olub

27-09-2024

Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini DOST mərkəzində olub

20-11-2024

“Əmək və Məşğulluq” elektron sistemində funksionallıqlar artırılacaq  

15-07-2022

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

04-12-2025

BƏT-in regional direktoru DOST xidmətləri ilə tanış olub

20-11-2024

“DOST to DOST” layihəsi üzrə keçirilən təlimlər yekunlaşıb

19-06-2025

Anar Əliyev:Nazirlik üzrə elektronlaşma 90 faizdən yüksəkdir

24-09-2025

Dünyanın tanınmış alimlərindən biri olan professor Klaus F.Zimmermanla görüş olub

13-11-2018

Dövlət Əmək Müfəttişliyi Xidməti üç beynəlxalq müsabiqədə uğur qazanıb

07-01-2025

Dövlət Əmək Müfəttişliyi Xidməti ali mükafatına layiq görülüb

07-11-2024

Rəqəmsal bacarıqlar tələb olunan işlər üzrə yeni təkliflər hazırlanır

12-12-2025

Dövlət Əmək Müfəttişliyi Xidməti 3 mükafata layiq görülüb

21-04-2025

"SOCGOV 2025" beynəlxalq konfransı başa çatıb

24-10-2025

Əmək müqaviləsinin e-qeydiyyatı ilə bağlı təqdimatı olub

04-12-2015

“E-sosial” portalının 1 476 800-dən çox aktiv istifadəçisi var

08-02-2024

“E-sosial” vasitəsilə 23 mindən çox əmək müqaviləsi imzalanıb

24-05-2025

“Əmək və sosial müdafiə: müasir çağırışlar və rəqəmsal həllər” adlı konfrans keçirilib

14-03-2025

“E-sosial” mobil tətbiqi vasitəsilə 14,2 min əmək müqaviləsi imzalanıb

07-05-2025

“DOST Müfəttiş” layihəsi və ƏMAS-a həsr olunmuş tədbir keçirilib

25-09-2024

11 mindən çox əmək müqaviləsi elektron qeydiyyatdan keçib

07-12-2015

“E-sosial” mobil tətbiqi ilə 49 min əmək müqaviləsi imzalanıb

12-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə