Previous Next
Bağla

“İCANN” insanların İnternet trendləri ilə bağlı biliklərini yoxlayıb

03-06-2015 17:25
“İCANN” insanların İnternet trendləri ilə bağlı biliklərini yoxlayıb

İnternetdə domen adların və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned Names and Numbers” (ICANN) qeyri-kommersiya təşkilatı bu yaxınlarda internet istifadəçilərinin yeni yüksəksəviyyəli domenlər haqqında məlumatlı olub-olmamasını müəyyənləşdirmək məqsədilə sorğu keçirib. Ümumilikdə 24 ölkəni və 18 dili təmsil edən 6 min nəfərin rəyi öyrənilib.

Xəbərlər-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, respondentlərin 46 faizi yeni yüksəksəviyyəli domenlərin istifadəyə verilməsi proqramı (gTLD) barədə məlumatlı olub. Onlardan həmçinin “.email”, “.photography”, “.link”, “.guru”, “.realtor”, “.club” və “.xyz” domenlərinin daxil olduğu siyahıdan yeni domen zonalarını sadalamaq xahiş olunub. Daha çox “.email” (28 faiz) və “.link” (24 faiz) domenlərinin adı çəkilib. Ən çox qeydiyyatın aparıldığı “.xyz” domeni sonuncu yeri tutub (5 faiz). Çoxları sualı düzgün başa düşməyib və internet sahəsindən onlara məlum anlayışların (link, elektron poçt) adını çəkib.

“ICANN” bəyan edib ki, 46 faiz müsbət nəticədir, çünki sorğu məlumatlarına görə, rəyi soruşulanların yalnız 50 faizi 15 il əvvəl istifadəyə verilən ".biz” və “.info” domenlərinin mövcudluğu barədə məlumatlıdır. 2004-2008-ci illərdə istifadəyə verilən “.mobi.” “.pro”, “.tel” və “.asia” domenləri haqqında respondentlərin 37 faizi məlumatlıdır. Yeni domen zonaların istifadəyə verilməsi barədə informasiya 2012-ci ilin sonunda aktiv yayılmağa başlayıb.

Yeni zonaların mövcudluğunu bilən istifadəçilərin 38 faizi son ildə ".email” zonasına, 28 faizi ".link” zonasına daxil olub. Ümumilikdə yeni zonalarda saytlara onların 65 faizi daxil olub.

Respondentlərin 52 faizi bildirib ki, onlar yeni "gTLD” zonalarında öz saytlarını qeydiyyatdan keçirməyi düşünür. Onların 40 faizi bu məqsədlə “.email” zonasını seçməyə üstünlük verdiyini vurğulayıb. “.xyz” domeni yenə də sonuncu yerdə olub (22 faiz). Yeni domenlərin müsbət cəhətləri kimi məlumatlılıq, praktiklik, rahatlıq, yenilik, faydalılıq, maraqlılıq qeyd olunub.

“.COM” domen zonası haqqında rəyi soruşulanların 92 faizi məlumatlıdır.

Tədqiqatdan həmçinin məlum olub ki, internetdə ən populyar iş üsulu axtarış sistemidir (64 faiz).

Domenlərin qeydiyyat prosedurunu respondentlərin 53 faizi mürəkkəb hesab etmir, qalanları prosesin sadələşdirilməsini (50 faiz), sürətləndirilməsini (49 faiz) və ya ucuzlaşdırılmasını (55 faiz) arzulayır.

Xeberler.az  

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İstifadəçilər smartfonların təhlükəsizliyindən narahatdır

İstifadəçilər smartfonların təhlükəsizliyindən narahatdır

19-11-2015
Televiziya gənclər arasında mövqeyini itirir

Televiziya gənclər arasında mövqeyini itirir

25-05-2015
Piyadalar yolu telefondan ayrılmadan keçirlər- Araşdırma

Piyadalar yolu telefondan ayrılmadan keçirlər- Araşdırma

16-11-2015
Alternativ autentifikasiya üsulları populyarlaşır

Alternativ autentifikasiya üsulları populyarlaşır

22-07-2015
Azərbaycanda internet istifadəçilərinin sayı 2,5 faiz artıb

Azərbaycanda internet istifadəçilərinin sayı 2,5 faiz artıb

26-04-2021
ICANN yeni domen zonasını təsdiqləyib

ICANN yeni domen zonasını təsdiqləyib

28-11-2013
Qeydiyyatdan keçən domenlərin sayı 300 milyona yaxınlaşır

Qeydiyyatdan keçən domenlərin sayı 300 milyona yaxınlaşır

06-06-2015
“.az” domen zonasında 17705 domen adı qeydiyyatdan keçib

“.az” domen zonasında 17705 domen adı qeydiyyatdan keçib

01-03-2013
Amerikalılar telefonla edilən ödənişləri perspektivsiz adlandırıb

Amerikalılar telefonla edilən ödənişləri perspektivsiz adlandırıb

15-07-2015
Facebook-dan statistika

Facebook-dan statistika

19-11-2011
 “İnformasiya təhlükəsizliyi sahəsində təhdidlərin qarşısını almaq çətinləşir”

“İnformasiya təhlükəsizliyi sahəsində təhdidlərin qarşısını almaq çətinləşir”

08-05-2015
İş prosesinin avtomatlaşdırılması ştatı azaldılacaq

İş prosesinin avtomatlaşdırılması ştatı azaldılacaq

19-10-2015
ICANN informasiya sızması hallarının təhqiqini başa çatdırıb

ICANN informasiya sızması hallarının təhqiqini başa çatdırıb

25-11-2015
Dünyada milli domenlər arasında hansı ölkə liderdir?

Dünyada milli domenlər arasında hansı ölkə liderdir?

08-01-2016
Azərbaycanda sənaye istehsalı 40 mlrd. manata yaxınlaşıb

Azərbaycanda sənaye istehsalı 40 mlrd. manata yaxınlaşıb

15-08-2023
Ölkəmizdə nə qədər domen qeydiyyatdan keçib ?

Ölkəmizdə nə qədər domen qeydiyyatdan keçib ?

31-08-2015
“ICANN” prezidenti istefa verəcək

“ICANN” prezidenti istefa verəcək

22-05-2015
İstifadəçilərin yeni domenlərə marağı artıb

İstifadəçilərin yeni domenlərə marağı artıb

14-07-2015
Mobil telefonlarla bağlı vərdişlər tədqiq edilib

Mobil telefonlarla bağlı vərdişlər tədqiq edilib

07-07-2015
iPhone istifadəçilərinin yarısı yeni iPhone 7 alacaq

iPhone istifadəçilərinin yarısı yeni iPhone 7 alacaq

06-09-2016
Şirkətlər onlayn fırıldaqçılığı ən böyük problem hesab edir

Şirkətlər onlayn fırıldaqçılığı ən böyük problem hesab edir

23-07-2015
Təhlükəsizlik üzrə mütəxəssislər ən çox vaxtı problemlərin həllinə sərf edirlər

Təhlükəsizlik üzrə mütəxəssislər ən çox vaxtı problemlərin həllinə sərf edirlər

23-07-2015
Onlayn bankçılıqdan sadə əməliyyatlar üçün istifadə edilir

Onlayn bankçılıqdan sadə əməliyyatlar üçün istifadə edilir

02-05-2015
Hansı region mobil maliyyə sahəsində liderdir?

Hansı region mobil maliyyə sahəsində liderdir?

06-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə