Previous Next
Bağla

“İnnovasiya” işçi qrupunun növbəti iclası keçirilib

05-09-2025 20:48
“İnnovasiya” işçi qrupunun növbəti iclası keçirilib

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.2-ci Məqsədi: “Yaradıcı və İnnovativ Cəmiyyət” üzrə tədbirlərinin 2025-ci ilin I yarımili üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən aparılmış monitorinq və qiymətləndirmə nəticələri müzakirə olunub.

Xeberler.az bildirir ki, onlayn iclasda qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək keyfiyyətli icrası istiqamətində təklif və tövsiyələr səsləndirilib.  Eyni zamanda, icrası tamamlanmamış tədbirlərlə bağlı qarşıya çıxan çətinliklər nəzərdən keçirilib və onların cari ilin sonunadək yekunlaşdırılmasına dair müvafiq təkliflər və tapşırıqlar verilib.

İİTKM tərəfindən aparılmış monitorinq və qiymətləndirmənin ilkin nəticələrinə əsasən, 2025-ci ildə müəyyən edilmiş hədəflər üzrə işlərin aralıq nəticə indikatoru üzrə icra faizi 65% təşkil edib.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tədbirlərinin tam və vaxtında icrasını təmin etmək və aidiyyəti dövlət qurumların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin 2022-ci il 12 iyun tarixli 487s nömrəli Sərəncamı ilə müxtəlif işçi qrupları, o cümlədən Strategiyanın 3.2-ci Məqsədinin yerinə yetirilməsi istiqamətində “İnnovasiya” işçi qrupu yaradılıb. “İnnovasiya” işçi qrupuna Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov sədrlik edir və işçi qrupda İİTKM, İqtisadiyyat, Elm və Təhsil, Xarici İşlər, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Müdafiə Sənayesi, Kənd Təsərrüfatı, Mədəniyyət və Energetika nazirlikləri, həmçinin Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əqli Mülkiyyət Agentliyi və AMEA-nın rəhbər şəxsləri təmsil olunurlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

11-02-2026

“İnnovasiya” İşçi qrupunda 2024-cü ilin nəticələri müzakirə edilib

04-02-2025

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

13-09-2024

“İnnovasiya” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

21-02-2024

“Ekoloji məsələlər” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

20-02-2024

"İqtisadi artım üzrə işçi qrupu"nun iclası keçirilib

04-02-2026

“Yaşıl enerji məkanı” üzrə İşçi qrup 2023-cü ilin yekun hesabatını müzakirə edib

19-02-2024

Rəqəmsal inkişaf planı üzrə görüş keçirilib

19-05-2026

İİTKM-də süni intellekt strategiyası ilə bağlı indikativ planlaşma aparılıb

14-05-2025

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair İşçi qrupu yaradıldı

13-01-2024

İİTKM-də rəqəmsal ödənişlərə dair proqramın ilkin nəticəsi müzakirə edilib

12-10-2021

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair iclas keçirilib

21-02-2025

Qeyri-iş günləri bu qurumlara şamil edilmir

26-03-2020

İİTKM-də Asiya İnkişaf Bankı nümayəndələri ilə görüş keçirilib

03-09-2025

Nazirlər Kabinetində boyukqayidish.gov.az portalının icmal təqdimatı keçirilib

14-07-2023

"Süni intellekt Strategiyası” çərçivəsində görüş keçirilib

24-10-2025

"Sosial-iqtisadi inkişaf Strategiyası” üzrə işçi qrupların görüşlərinə başlanıb

23-01-2025

Naxçıvanla bağlı monitorinq və hesabatlıq portalı yaradılıb

10-10-2023

“Vahid Elektron Hesabatlılıq Portalı” üzrə təlimlərə start verilib

10-12-2025

Hansı dövlət qurumları “Elektron hökumət” portalına qoşulmayıb?

19-01-2015

“Texnologiya və innovasiyalar” işçi qrupunun birinci yarımil üzrə fəaliyyətə dair növbəti iclası keçirilib

21-07-2024

Çağrı mərkəzləri "ASAN xidmət" modeli əsasında təkmilləşdiriləcək

24-04-2026

“Texnologiya və innovasiyalar” İşçi qrupunun iclası keçirilib

10-06-2025

İİTKM-də Strateji Yol Xəritələri üzrə işçi qrupların müzakirələri keçirilib

06-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə