Previous Next
Bağla

“Məhkəmə qərarı olmadan dinləmələr hələ də problemdir”- Ekspert

19-08-2016 17:15
“Məhkəmə qərarı olmadan dinləmələr hələ də problemdir”- Ekspert

Məlumat verdiyimiz kimi, bir neçə gün əvvəl Türkiyədə Telekommunikasiya və Rabitə İdarəsi (TİB) bağlandı.

Belə ki, Türkiyə hökumətinin qərarı ilə qurumun bütün səlahiyyətləri İnformasiya Texnologiyaları və Rabitə Şurasına (BTK) verilib.

Qeyd edək ki, İnformasiya Texnologiyaları və Rabitə Şurasının tərkibində olan Telekommunikasiya və Rabitə İdarəsi ölkə daxilində və xaricində fəaliyyət göstərən müxtəlif məzmunlu saytlara girişin inzibati qərarla qarşısının alınmasına sahibdir. Hazırda TİB Türkiyədə girişinə məhdudiyyət qoyulmuş 112 mindən çox saytın 94 faizi ilə bağlı qərarı verən qurumdur. Bu saytlara girişin sadəcə 2,6 faizi məhkəmə qərarı ilə məhdudlaşdırılıb.

Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Şurası isə bizdəki Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin funksiyasını həyata keçirir.

Türkiyədəki bu dəyişikliyin rabitə sektoruna təsirləri barədə ekspert Ələsgər Məmmədli ətraflı şərh verib.

O, Xeberler.az-a bildirib ki, Türkiyədə Telekommunikasiya və Rabitə İdarəsi (TİB)  məhkəmənin qərarından sonra dinləmə funksiyasını həyata keçirirdi.

Ekspert Əlsəgər Məmmədli deyib ki, TİB əvvələr əvvəl siyasi qurum deyildi.

Onun sözlərinə görə, indi bu birləşdirilmədən sonra qurum üzərində siyasi nəzarət güclənəcək:

“TİB məhkəmənin qərarı ilə  özündə olan xüsusi avadanlıqlar vasitəsi ilə şəxsləri dinləyirdi. Quruma bununla geniş səlahiyyətlər verilmişdi. Belə ki, TİB yüksək vəzifəli şəxsləri  də dinləyə bilirdi. Son vaxtlar onların da qeyri-qanuni işləri olduğu üçün hökumət belə addım atdı və qurumu nəzarətə götürdü. Artıq qurum BTK tabeliyində fəaliyyət göstərəcək. Bu da o deməkdir ki, əvvəlki kimi azad ola bilməyəcək. Qurumun üzərində siyasi nəzarət güclü olacaq”.

Ələsgər Məmmədli Azərbaycanda bu sahədəki vəziyyətə də toxunub.

O xatırladıb ki, hazırda bizdə dinləməni XDMX  Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan hissədə DİN-lə, Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətinə aid olan hissədə DTX ilə razılaşdırmaqla  həyata keçirilir. Amma buna baxmayaraq məhkəmə qərarı olmadan dinləmənin mümkünlüyü hələ də problem olaraq qalır:

“Bir müddət əvvəl, MTN ətrafındakı  hadisələrdən  iki həftə öncə -2 oktyabr 2015-ci il tarixdə  Prezidentin Fərmanı ilə  MTN-in həyata keçirdiyi dinləmə səaliyyətlərini bu iki qurumla razılaşdırmaqla XDMX -ə tapşırdı. Amma bizdə  hələ də məhkəmənin icazəsi olmadan dinləmə aparılır. Hüquqi dövlətdə məhkəmə qərarı olmadan dinlənmə və izlənmənin aparılması legitim hesab edilmir.  Bizdə  də məhkəmə nəzarəti güclənsə, məhkəmə qərarı  olmadan dinlənmə və izlənmə məhdudlaşsa, qeyri-qanuni dinləmələr azalacaq”.

Ekspert Azərbaycandakı  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən  rabitə müəssislərinin  özəlləşidirlməsi məsələsinə də aydınlıq gətirib:

“Hazırda RYTN-in tərkibində fəaliyyət göstərən rabitə müəssislərinin funksionallığı əslində dövlət idarəetmə funksiyası deyil, kommersiya fəaliyyətidir.  Buna baxmayaraq, bu müəssisələr özəl kommersiya qurumları olmadığından, sahiblik, gəlirlilik qayğısı yoxdur, xərcləmələri çox və nəzarətsizdir. Bu səbəbdən həmin qrumlar rentabelli işləmir. Qurumların özəlləşidirilməsi, qeyri-dövlət kommersiya qurumları halına gətirilməsi iki istiqamətdə faydalı olar. Bir tərəfdən dövlət investisiya yatırma öhdəliyindən azad olaraq, büdcə yükünü azaldar, digər tərəfdən daha rentabelli fəaliyyət göstərərək vergi öhdəliyi artar və büdcəyə ödənişləri artar. Beləliklə,  dövlətin gəlirlərinə xeyli müsbət təsirləri olar”.

 

 Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Məhkəmə qərarı olmadan internet resursları bloklanmaya bilər

13-03-2019

«Aztelekom» ilə «AzEuroTel» arasında məhkəmə prosesi ləngiyir

13-03-2009

Bəzi saytlara qoyulan blok ləğv edilib

27-09-2019

Azərbaycanda bəzi porno saytlara giriş məhdudlaşdırıldı

15-08-2018

Qeyri-dövlət qurumlarının informasiya təhlükəsizliyi iləi RİTN nəzdində yaradılacaq Elektron Təhlükəsizlik Mərkəzi məşğul olacaq

27-09-2012

Özəl provayderlərə qarşı “İnnovativ müharibə“ elan edilib

15-10-2019

“Belə görünür ki, BTRİB MTN -nin tam nəzarətində olub”

13-11-2015

Məhkəmə qərarlarının bir hissəsini robotlar verməyə başlayıb

06-05-2019

Məhkəmə“Avirtel” MMC-nin iddiasını rədd edib

18-03-2020

Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

23-08-2019

Azərbaycanda 11 dövlət qurumu vətəndaşın ölkədən çıxışına qadağa qoya bilər

11-03-2021

"Dövlət provayderləri internet xidmətlərini 4 dəfə baha satıb"

18-01-2024

Azərbaycanda elektron məhkəmə yaradıla bilərmi?

21-08-2017

Türkiyədə “Rutube” bloklanıb

29-03-2025

Saytların bağlanması necə həyata keçiriləcək?

09-03-2017

Ölkəyə DRON gətirilməsi prosesi daha da sərtləşdirilib

08-07-2019

Xəbər saytlarının bloklanması haqqında

09-08-2018

Fimbank-ın Azərbaycan dövlətinə qarşı iddiası ilə əlaqədar növbəti məhkəmə iclası olacaq

05-10-2009

MTRŞ səlahiyyətlərinin artırılmasını istəyir

06-06-2009

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

04-06-2023

Məhkəmə qərarı olmadan rəqəmsal axtarış: dəyişikliklər və risklər

30-01-2026

İlk İnternet-məhkəmə açılıb

18-08-2017

Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

28-02-2019

Rəqəmsal yayıma tam keçid niyə başa çatmayıb?

11-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə