Previous Next
Bağla

“Milli Proqram” çərçivəsində 15000 nəfər 27000 təlimi uğurla tamamlayıb

01-07-2025 16:08
“Milli Proqram” çərçivəsində 15000 nəfər 27000 təlimi uğurla tamamlayıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “Milli Proqram” çərçivəsində növbəti 7500 nəfər “Coursera” onlayn təhsil platformasındakı təlimlərə qoşulub. 

Xeberler.az bildirir ki, aprelin 1-dən başlayan “Milli Proqram” çərçivəsində indiyədək 15000 nəfər onlayn təhsil platformasından ödənişsiz yararlanıb. Vətəndaşlar 80 minə yaxın təlimə müraciət ediblər, 27000 təlimi müvəffəqiyyətlə başa vuraraq beynəlxalq dərəcəli sertifikatlar əldə ediblər. İstifadəçilərin 30%-i platformada təqdim olunan süni intellekt və data elmi sahəsinə aid təlimlərə üstünlük verib. Bununla yanaşı, kommunikasiya bacarıqları, layihə və risklərin idarə olunması, eləcə də biznes sahəsi üzrə təlimlərə də böyük maraq müşahidə olunur.

“Milli Proqram” çərçivəsində istifadəçilərin ən çox müraciət etdiyi 10 təlim aşağıdakılardır: 

  • Süni intellekt hamı üçün (AI For Everyone);
  • Layihələrin idarəolunmasının əsasları (Foundations of Project Managements)
  • Süni intellektə giriş (Introduction to Artificial Intelligence);
  • Liderlik bacarıqları (Leadership skills);
  • Data elminin əsasları, data hər yerdə (Foundations: Data, data, everywhere); 
  • Layihələrin idarəolunmasının əsasları (Project Management Fundamentals); 
  • Data elmi nədir? (What is Data Science?); 
  • İngilis dilində peşəkar email yazışmaları (Write Professional Emails in English); 
  • Sİ, biznes və gələcəyin peşələri (AI, Business & the Future of Work); 
  • Layihələrin idarəolunmasına giriş (Introduction to Project Management).

Onlayn platformada Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 12000-dən çox sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır. 

Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq bu imkandan yararlana bilərlər. Qoşulmaq istəyən vətəndaşlar https://form.4sim.gov.az/ linkindən keçid edərək qeydiyyatdan keçə bilərlər. 

Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub.

SOCAR, “PASHA Holding”, bp, JOCAP və “Azerconnect Group” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilən “Milli Proqram” çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 2500 kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunur. 

Qeyd edək ki, ötən il “4Sİ Akademiyası”nın ilkin mərhələsində 10 000 nəfər 1 il ərzində növbəli şəkildə “Coursera” platformasında ödənişsiz kurslardan faydalanıb. İştirakçılar 32 min saatdan çox kurs dinləyiblər, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4200 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Milli Proqram” çərçivəsində 22 500 nəfər təlimləri tamamlayıb

07-08-2025

“Milli Proqram” çərçivəsində daha 7500 nəfər təlimlərə başlayıb

14-05-2025

“Milli Proqram”da daha çox süni intellekt və data elminə üstünlük verilib

07-05-2025

Milli Proqram” çərçivəsində 7500 nəfər təlimlərdən yararlanıb

26-04-2025

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18-09-2025

“Milli Proqram” istifadəçiləri 13 mindən çox kursdan yararlana bilər

08-10-2025

“Milli Proqram”ın ikinci mərhələsi üçün qeydiyyat başlayıb

11-04-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

02-04-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

15-03-2025

“Milli Proqram”a qeydiyyat davam edir

26-08-2025

“Milli Proqram” istifadəçilərinin sayı 60 min nəfərə çatıb

26-01-2026

“Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat verilib

27-10-2025

"Milli Proqram"a qeydiyyat davam edir

20-08-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın açılış proqramı keçirilir

30-05-2025

“Coursera”da bir sıra kurslar ana dilinə dublyaj olunub

01-08-2025

“Milli Proqram”a qeydiyyat davam edir

13-08-2025

“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi olub

09-10-2024

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb

16-09-2024

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024”ün qalibi seçilib

18-09-2024

Fariz Cəfərov: İşğaldan azad edilmiş ərazilərə köç etmiş vətəndaşlar üçün kurslar təşkil olunacaq

09-10-2024

“Course Builder” aləti ilə bağlı vebinar keçirilib

22-05-2026

4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

18-02-2026

Azərbaycanda 10 minə yaxın şəxs ödənişsiz 4Sİ texnologiyaları üzrə kursa qoşula biləcək

30-08-2023

"Milli Proqram” çərçivəsində 75 mindən çox kurs tamamlanıb

02-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə