Previous Next
Bağla

“Mobil rabitə istifadəçilərinin sayı 7 milyardı ötəcək”

19-09-2015 10:57
“Mobil rabitə istifadəçilərinin sayı 7 milyardı ötəcək”

2015-ci ilin sonunadək dünyada mobil rabitə istifadəçilərinin sayı 7 milyard nəfəri ötəcək. Bu isə planet əhalisinin təxminən hamısının mobil rabitə şəbəkələri ilə əhatə olunması deməkdir.

Xeberler.az-ın məlumatına görə, bu barədə BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olunmasında tərəqqinin qiymətləndirilməsi üzrə məqsədli qrupun hesabatında deyilir.

 “Məqsədli qrupun qiymətləndirilməsinə görə, 2015-ci ilin sonunadək dünyada mobil rabitə istifadəçilərinin sayı 7 milyard nəfəri ötəcək və planet əhalisinin 95 faizindən çoxu mobil rabitə şəbəkələri ilə əhatə olunacaq”, - BMT-nin yaydığı pres-relizdə deyilir. BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin 2015-ci ilin iyuluna olan məlumata görə, Yer kürəsi əhalisinin ümumi sayı 7,3 milyard nəfərə yaxındır.

Məqsədli qrupun hesabatında internetdən ümumi istifadənin təminində irəliləyişin olması qeyd olunur. Tədqiqatçıların məlumatına görə, hazırda planet əhalisinin 43 faizi internet istifadəçisidir. Həmçinin internet istifadəçilərinin sayında kəskin artım daha çox inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur.

“İnformasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə inkişafın elektron dövlət xidmətləri kimi böyük məqsədlərinə nail olmaq üçün mühüm alət ola bilər”, - BMT bildirir. Təşkilat müasir texnologiyaların tətbiqi üzrə daha çox səy göstərməyə çağırış edərək xüsusilə daha çox ehtiyac duyan, lakin tariflərin yüksək olmasına görə ondan istifadə imkanından məhrum olan ölkələrə diqqət yetirir.

İKT-nin tətbiqi inkişaf naminə qlobal tərəfdaşlığın formalaşdırılması üçün nəzərdə tutulan səkkizinci MİM-in tərkib hissəsidir. Məqsədli qrup son hesabatını məhz bu vəzifəyə nail olmağa həsr edib. Mütəxəssislər qeyd edirlər ki, bu istiqamətdə çoxlu problemlər qalmaqdadır. Məsələn, sosial rifahı yüksək olan ölkələr maddi rifahı zəif inkişaf etmiş ölkələrin inkişafının maliyyələşdirilməsi üçün vəsaitlərin ayrılması ilə bağlı öhdəlikləri yerinə yetirə bilməyiblər.

“Sənaye baxımdan inkişaf etmiş ölkələr öhdəliklərini yerinə yetirsəydi, 2014-cü ildə inkişaf məqsədləri üçün rəsmi yardımın məbləği 135 milyard dollar deyil, 326 milyard dollar təşkil edərdi”, - BMT-nin İnkişaf Proqramının inzibatçısı Helen Klark məqsədli qrupun hesabatını təqdim edən zaman bildirib.

Sentyabrın 25-27-də BMT-də yoxsulluğun, aclığın və cinslər arasında qeyri-bərabərliyin aradan qaldırılmasını nəzərdə tutan inkişafın yeni məqsədlərinin təsdiq ediləcəyi sammit keçiriləcək. BMT baş katibi Pan Gi Mun ümidvar olduğunu bildirib ki, qlobal inkişaf sahəsində yeni məqsədlərin həyata keçirilməsi zamanı məqsədli qrupun bu sahədə beynəlxalq tərəfdaşlığın inkişafı ilə bağlı tövsiyələri nəzərə alınacaq.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dünya əhalisinin yarısından çoxu internetdən istifadə edə bilmir

Dünya əhalisinin yarısından çoxu internetdən istifadə edə bilmir

22-09-2015
Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

27-05-2015
Azərbaycan İKT reytinqində 9 pillə irəlidə

Azərbaycan İKT reytinqində 9 pillə irəlidə

01-12-2015
BMT: Dünyada 2,6 milyard insan hələ də internetə qoşulmayıb

BMT: Dünyada 2,6 milyard insan hələ də internetə qoşulmayıb

13-09-2023
Facebook reklam bazarında üstünlüyü ələ alıb

Facebook reklam bazarında üstünlüyü ələ alıb

03-04-2015
Azərbaycanda internetdən istifadə edənlərin sayı artıb

Azərbaycanda internetdən istifadə edənlərin sayı artıb

22-09-2015
Qadınların əksəriyyəti mobildən istifadə edə bilmir

Qadınların əksəriyyəti mobildən istifadə edə bilmir

09-06-2015
Dünyada mobil telefon istifadəçilərinin sayı 4 milyard nəfərə çatıb – BTİ

Dünyada mobil telefon istifadəçilərinin sayı 4 milyard nəfərə çatıb – BTİ

10-10-2008
SİM kartların sayı Yer kürəsi əhalisinin sayına yaxınlaşıb

SİM kartların sayı Yer kürəsi əhalisinin sayına yaxınlaşıb

04-06-2015
Dünyada 3,9 milyard nəfərin interneti yoxdur

Dünyada 3,9 milyard nəfərin interneti yoxdur

20-09-2016
2 milyard insanın maliyyə xidmətlərindən istifadəsi təmin ediləcək

2 milyard insanın maliyyə xidmətlərindən istifadəsi təmin ediləcək

17-09-2015
“Dünyada 4.2 milyard nəfər  hələ də internetsiz yaşayır”

“Dünyada 4.2 milyard nəfər hələ də internetsiz yaşayır”

23-01-2016
Facebook istifadəçilərinin sayı Çinin əhalisinin sayını ötüb

Facebook istifadəçilərinin sayı Çinin əhalisinin sayını ötüb

24-04-2015
Dünyada əməkçi miqrantların pulköçürmələrinin artımı zəifləyəcək

Dünyada əməkçi miqrantların pulköçürmələrinin artımı zəifləyəcək

15-04-2015
Çin internetin sürətləndirilməsinə 182 milyard dollar xərcləyəcək

Çin internetin sürətləndirilməsinə 182 milyard dollar xərcləyəcək

21-05-2015
"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026
İnternet istifadə etməyən gənclər hansı regionda yaşayır?-Hesabat

İnternet istifadə etməyən gənclər hansı regionda yaşayır?-Hesabat

23-11-2017
LTE abunəçilərinin sayı 1 milyarda çata bilər

LTE abunəçilərinin sayı 1 milyarda çata bilər

17-11-2015
“Elm və texnologiyalar davamlı inkişafın aparıcı qüvvəsidir”

“Elm və texnologiyalar davamlı inkişafın aparıcı qüvvəsidir”

07-06-2016
İKT istehsalında liderlik edən ölkənin adı açıqlanıb

İKT istehsalında liderlik edən ölkənin adı açıqlanıb

04-02-2011
BMT: “Ötən əsrdə repressiv dövlətlər çap maşını olanları izləyirdi, bu gün interneti bağlayırlar”

BMT: “Ötən əsrdə repressiv dövlətlər çap maşını olanları izləyirdi, bu gün interneti bağlayırlar”

21-05-2015
Azərbaycan BMT-nin illik iclasında təmsil olunub

Azərbaycan BMT-nin illik iclasında təmsil olunub

23-09-2019
Ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq

Ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq

16-06-2017
BMT-nin nümayəndəsi: Azərbaycan İKT sahəsində öz sözünü deyir

BMT-nin nümayəndəsi: Azərbaycan İKT sahəsində öz sözünü deyir

03-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə