Previous Next
Bağla

“Qaz abunəçiləri üzrə informasiya ehtiyatı”nın inteqrasiyası müzakirə olunub

29-04-2015 12:23
“Qaz abunəçiləri üzrə informasiya ehtiyatı”nın inteqrasiyası müzakirə olunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  Məlumat Hesablama Mərkəzində (MHM) SOCAR İTRİ-nin və "Azəriqaz" İB-nin müvafiq sahə üzrə əməkdaşları ilə görüş keçirilib.
 
Xəbərlər-in verdiyi məlumata görə, toplantı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarının icrası ilə bağlı "Azəriqaz" İB-ə məxsus "Qaz abunəçiləri üzrə informasiya ehtiyatı"nın  "Elektron hökumət" portalına inteqrasiyası, müvafiq elektron xidmətlərin təşkili, servislərin hazırlanması ilə bağlı təşkil olunub.
 
Toplantı çərçivəsində zəruri sosial xidmətlərin  elektronlaşdırılması, həmçinin, məlumat bazasının FİN-ə uyğunlaşdırılması məsələlərinin müzakirəsi aparılıb. Bu istiqamətdə portalın mövcud  potensialı barədə ətraflı məlumat verilib. 
 
Müzakirələrin sonunda müvafiq informasiya sisteminin portala inteqrasiya edilməsi üçün alınacaq serverlər və digər avadanlıqların texniki parametrləri MHM-in mütəxəssisləri tərəfindən SOCAR-ın əməkdaşlarına təqdim edilib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azəriqaz-ın xidmətləri portala inteqrasiya olunur

13-08-2015

Daha bir Dövlət Agentliyinin xidməti Portala qoşulacaq

14-08-2015

“Azərişıq ASC” “Elektron hökumət” portalına inteqrasiya olunur

06-05-2015

Nazirlik yeni elektron xidmətlərini “Elektron Hökumət” portalına inteqrasiya edir

10-06-2015

Daha bir qurum “Elektron Hökumət” portalına qoşulur

21-10-2015

Daha bir qurum xidmətini “Elektron hökumət” portalına inteqrasiya edib

16-06-2015

Azərbaycanda informasiya sistemlərinin texniki tələblərə uyğunluğu yoxlanılır

21-02-2015

E-xidmətlərin 75 faizi portala inteqrasiya edilib

14-12-2015

“Vahid Miqrasiya Məlumat Sistemi” müzakirə edildi

29-10-2015

Mobil nömrələrin satışı və aktivləşdirilməsi qaydaları dəyişdirilir

13-08-2015

Mobil nömrələrin satışı portal üzərindən aparılacaq

11-12-2015

DİN-in məlumat axtarış sistemindən KTN-ə servis ötürüləcək

30-04-2015

Daha bir bank “Elektron Hökumət” portalına qoşuldu

10-09-2015

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013

Rabitə vasitələrinin satışı və istifadəsi ilə bağlı yenilik

31-10-2015

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırılıb

10-07-2023

Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

03-07-2017

Ünvanlı dövlət sosial yardım sistemi təkmilləşdirilir

26-08-2015

Hansı dövlət qurumları FİN-ə uyğunlaşmayıb ?

11-02-2015

"Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi təsdiq edilib

05-12-2023

Yeni nəsil şəxsiyyət vəsiqəsi sınaqdan keçirilir

11-05-2015

Dövlət qurumlarında informasiya ehtiyatlarının və sistemlərinin monitorinqi keçiriləcək

25-05-2015

Portalda elektron xidmətlərin sayı 433-ə çatdı

04-04-2017

Ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçilir

30-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə