Previous Next
Bağla

“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir  

26-05-2022 17:49
“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir   

Regionun enerji və nəqliyyat mərkəzi olan Azərbaycanın həmçinin rəqəmsal mərkəzə çevrilməsi istiqamətində infrastruktur layihələri icra olunur. Bu məqsədlə “NEQSOL Holding”in tərkibində olan “AzerTelecom” şirkəti tərəfindən Avropa ilə Asiyanı Azərbaycan vasitəsilə birləşdirən “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) fiber-optik infrastruktur layihəsi həyata keçirilir. Layihənin məqsədi beynəlxalq internet marşrutlarının Azərbaycandan keçməsi, ölkədə və regionda informasiya texnologiyalarının və rəqəmsal ekosistemin inkişafıdır.

Xeberler.az bildirir ki, layihənin Azərbaycan seqmentində dəmir yolları boyunca Cənub, Şimal və Qərb istiqamətlərində beynəlxalq standartlara uyğun yeni fiber-optik kabel xəttinin tikintisi başlanılıb və sürətlə davam edir. Tikintinin ilk ayında 10%-dən çox hissəsi tamamlanıb, bu da 110 km-dən çox olan seqmenti təşkil edir. İnfrastruktur fazası üzrə tikintinin tamamlanması 2023-cü ilin ortasına planlaşdırılır. Layihənin müxtəlif mərhələlərinə beynəlxalq konsaltinq şirkətləri (“Detecon Consulting”, “DLA Piper” və s.) cəlb olunub. Bu infrastrukturun qurulması regionda multiterabitli magistral marşrutun yaradılmasına imkan verəcək, ölkənin rəqəmsal infrastrukturunu gücləndirəcək.

“Rəqəmsal İpək Yolu” layihəsinin Asiya hissəsində Azərbaycan və Qazaxıstan arasında imzalanmış dövlətlərarası sazişə əsasən, Xəzərin dibi ilə Transxəzər Fiber Optik Kabel sisteminin reallaşdırılması istiqamətində proses davam edir. Kabel sisteminin dənizin dibi ilə uzunluğu 380 km, məlumat ötürmə gücü ilk mərhələdə 4-6 terabit/s, növbəti dövrdə isə 16 terabit/s-dən çox olacaq. “Axiom”, “PwC” və digər beynəlxalq konsaltinq şirkətləri tərəfindən dəniz dibinin ilkin texniki araşdırması aparılıb, layihənin texniki tələbləri tərtib olunub. Həmçinin, kabel marşrutların sxemi, kabel stansiyalarının Azərbaycan və Qazaxıstan sahillərində qurulacaq torpaq yerləri müəyyən olunub, layihəyə tələb olunan vəsaitlər ayrılıb. Azərbaycan və Qazaxıstan şirkətlərinin Konsorsiumu formalaşıb və onun çərçivəsində birgə müəssisə yaradılması prosesi növbəti həftə tamamlanacaq. Həmçinin, təchizatçı seçimi üzrə tender prosesi yekunlaşıb, tikintinin başlanması üçün hüquqi və texniki işlər tamamlanır. Tikintinin iki ilə tamamlanması planlaşdırılır. Transxəzər Fiber Optik Kabel Xətti layihəsinin icrasını sürətləndirmək üçün “AzerTelecom” şirkəti ilə Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənayesi Nazirliyi arasında müvafiq danışıqlar və razılıqlar əldə olunub, müştərək yol xəritəsi qəbul olunub və imzalanıb.

“Rəqəmsal İpək Yolu” layihəsi 2020-ci ildə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihəsindən biri seçilib.

“NEQSOL Holding”in tərkibində olan “AzerTelecom” şirkəti Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və ölkəni beynəlxalq internet şəbəkəsi ilə bağlayır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023

"AzerTelecom" və "Kazakhtelecom" birgə müəssisə yaradıb

22-08-2023

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

“Rəqəmsal İpək Yolu” layihəsi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT qurumlarının iştirakı ilə müzakirə olunub

17-04-2023

“Rəqəmsal İpək Yolu” layihəsi Almatıda "GCCM 2023" tədbirində təqdim edilib

11-09-2023

Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu”nun yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək

14-03-2025

Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

18-06-2024

"Euronews"da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında veriliş yayımlanıb

18-12-2025

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020

Transxəzər Fiber-Optik Kabel Xətti üzrə dəniz marşrutu tədqiqatına başlanılıb

06-08-2025

Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb

04-03-2025

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq konfransda təqdim edilib

14-11-2022

Transxəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlanıb

09-04-2026

“Rəqəmsal İpək Yolu” layihəsi “Submarine Networks World 2021” konfransında təqdim edilib

08-10-2021

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020

Dörd ölkənin telekommunikasiya operatorları Əməkdaşlıq Memorandumu imzalayıb

13-10-2021

NEQSOL Holding Caucasus Online şirkətinin alınmasını şərh edib

25-03-2021

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq diqqət mərkəzində

30-03-2022

Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

02-09-2024

Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

10-01-2023

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə