Previous Next
Bağla

“Sosial şəbəkələr təhsilə təsir göstərmir”

12-10-2015 16:08
“Sosial şəbəkələr təhsilə təsir göstərmir”

Videooyunlara aludəçilik sosial şəbəkələrdən aktiv istifadədən fərqli olaraq orta məktəblərdə buraxılış imtahanlarının nəticələrini pisləşdirə bilər.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Böyük Britaniyada keçirilən tədqiqatın nəticələrindən məlum olub.

Nadir hallarda videooyun oynayan yeniyetmələrin təxminən 77 faizi beş imtahanda A, B və ya C qiymət alıb. Gündə ən azı iki dəfə videooyun oynayanların yalnız 41 faizi beş imtahanda uğurlu nəticə qazanıb. Tədqiqat müəllifləri sosial şəbəkələrə videooyunlardan fərqli olaraq daha çox diqqət yetirsələr də, aktiv sosial şəbəkə istifadəçilərinin imtahan nəticələrində əhəmiyyətli fərq qeydə alınmayıb.

Tədqiqat Milli Uşaq Bürosu (National Children’s Bureau) tərəfindən Şimali İrlandiya məktəblərində keçirilib. Həmçinin məlum olub ki, on şagirddən dördü buraxılış ilində internetdə 4 saat və ya daha çox vaxt keçirir. Bununla yanaşı, imtahanlarda ən yaxşı nəticəni kompüterdən hər gün iş üçün 3 saat istifadə edərək ev tapşırıqlarını hazırlayan şagirdlər göstərib.

Evdə internetə çıxış imkanı olmayan şagirdlər imtahanlara bu imkandan yararlana bilən həmkarlarından daha pis hazırlaşıb. Onların yalnız 29 faizi beş imtahanda C qiymət alıb. Evdə Wi-Fi çıxışı olanların 68 faizi isə imtahanı uğurla verib.  

Tədqiqatçıların qənaətinə görə, müəllimlər evə tapşırıq verən zaman daha çox hazırlaşmaq üçün fərdi kompüter və internetdən istifadəni tələb edən çalışmalara üstünlük verməlidirlər. Qeyd olunur ki, yeniyetmələr bəzən müasir texnologiyalarda özlərini “ekspert” hesab etsələr də, valideynlər və müəllimlərin vəzifəsi onlara düzgün “rəqəmli vərdişlər” formalaşdırmağa kömək etməkdən ibarətdir.

 

Xeberler.az 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkə istifadəçilərinin sayı 10 dəfə artıb

14-10-2015

Azərbaycanda internet istifadəçilərinin sayı 2,5 faiz artıb

26-04-2021

Televiziya gənclər arasında mövqeyini itirir

25-05-2015

Sosial şəbəkə həvəskarları Böyük Britaniyaya baha başa gəlir

06-08-2010

İşəgötürənlərin əksəriyyəti sosial şəbəkələrdə namizədlərin profilinə baxır

15-11-2013

iPhone tələbələrin təhsilinə mane olur

13-07-2015

Məktəblərdə telefondan istifadə məhdudlaşdırıla bilər

20-08-2019

Aparıcı sosial şəbəkələrin adı açıqlandı

24-08-2015

Smartfon internetə daxil olmaq üçün əsas vasitədir

20-08-2015

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019

Piyadalar yolu telefondan ayrılmadan keçirlər- Araşdırma

16-11-2015

İlk peşə-ixtisas təhsilli şagirdlər üçün keçirilən buraxılış imtahanları başa çatıb

18-02-2019

Facebook-dan statistika

19-11-2011

56 rayonda buraxılış imtahanı keçirilib

12-03-2017

ABŞ sakinləri arasında smartfon və planşet sahiblərinin sayı məlum olub

31-10-2015

“Məktəblərin kompüterlərlə təchiz edilməsi müvəffəqiyyət dərəcəsini artırmır”

22-09-2015

“Mobil qurğular istifadəçilərin sənəd çapına olan münasibətlərini dəyişir”

22-07-2015

Uşaqlar elektron qurğuları gəzməyə və danışmağa başlamadan öyrənir

28-04-2015

Uşaqları internetdəki təhlükələrdən necə qorumalı?

01-02-2017

Azərbaycanda kişilər internetdən daha çox istifadə edir

01-09-2016

Sosial şəbəkələr elektron poçtdan güclü çıxdı

10-03-2009

Şirkətlər onlayn fırıldaqçılığı ən böyük problem hesab edir

23-07-2015

ABŞ-da sosial şəbəkələrdən kim istifadə edir?

08-06-2015

Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək

02-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə