Previous Next
Bağla

“Texnologiyalar inkişaf etdikcə neft hasilatı artacaq”

09-12-2015 23:02
“Texnologiyalar inkişaf etdikcə neft hasilatı artacaq”

Dünya bazarında neftin qiymətinin səviyyəsinə iqtisadi və geosiyasi amillər təsir edir.

Xeberler.az məlumat verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəis müavini Nuru Quliyev ANS telekanalında çıxış edərkən deyib.

"ABŞ artıq xam neftin idxalını azaldıb. Bu da onunla əlaqəlidir ki, ABŞ-da şist neft və qazın istehsalına başlanılıb və bu həcmlərin artırılacağı gözlənilir. Yeni texnologiya ilə istehsal edilən və hasil olunan xam neftin maya dəyəri hazırda bir qədər yüksəkdir. Əvvəlcə bu rəqəm 70-80 dollar olub, lakin tədricən aşağı düşməyə başlayıb. Hazırda bəzi yataqlar maya dəyərini 40 dollardan ödəmiş olur. Tendensiya ona doğru gedir ki, bu texnologiyalar inkişaf etdikcə hasilat da artacaq", - o bildirib.

İdarə rəsmisi qeyd edib ki, ümumilikdə OPEC-in tarixinə nəzər saldıqda ziddiyyətlərin həmişə mövcud olduğu, amma hər ölkənin öz maraqlarını güddüyü görünür: "Yəni bunlar kvotaları pozmağa çalışıblar ki, öz büdcələrini daha çox doldursunlar. Hazırda da həmin ziddiyyətlər mövcuddur. Yeni ildən İrana qarşı sanksiyaların aradan qaldırılacağı gözlənilir. İran öz nefti ilə dünya bazarına çıxmağa imkan qazanacaq".

Nuru Quliyevin fikrincə, buna görə də OPEC ölkələri öz bazarlarını itirməmək məqsədilə kvotalarını saxlamağı qərara alıb.

Rəis müavini həmçinin qeyd edib ki, xam neftin qiymətini daha çox iqtisadi amillər formalaşdırır: "Artıq uzun müddətdir ki, xam neftin qiymətini təkcə fiziki xam neft müəyyənləşdirmir. Birjalarda "fyuçers" deyilən alət var. Bu, kağız bazarıdır ki, bunun arxasında fiziki xam neft dayanmır. Bu birjalarda ticarətin həcmi fiziki xam neftin miqdarından qat-qat çoxdur".

"Birjalarda hec fondları, pensiya fondları, maliyyə-iqtisadi qurumlar iştirak edir. Onlar görəndə ki, gələcəkdə iqtisadiyyat artacaq, neftin bahalaşacağını düşünürlər və bu kağızları almağa başlayırlar. Spekulyativ olaraq neftin qiymətini artırır, amma görüntü dəyişəndə satmağa başlayırlar. Yəni neftin qiyməti iqtiadiyyatla bağlı olan məsələdir", - Nuru Quliyev bildirib.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Tunis "yaşıl enerji" ilə bağlı əməkdaşlığı müzakirə edib

17-01-2023

Texnologiyanın inkişafı çıxarılan nefti də artıra bilər

14-08-2009

“Qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olacaq”

10-01-2017

Venesuela OPEK-ə öz kriptovalyutasını təqdim edəcək

08-11-2018

“2016-cı il dərin iqtisadi islahatlar ilidir”

30-04-2016

2016-cı ilin büdcəsində rabitə xərcləri azalıb

17-09-2015

“Neftin ucuzlaşması İKT-yə sərmayə yatırmaq baxımından fürsət idi”

14-02-2016

“Forumun işində ölkəmizin iqtisadi nailiyyətlərinə maraq böyük olub”

12-09-2015

Nazirlər Kabineti: makroiqtisadi sabitlik qorunacaq

10-03-2020

Azərbaycan İnvestisiya Sammiti keçirilib

19-03-2015

“2016-cı il dərin iqtisadi islahatlar ili olacaq”

10-04-2016

Plastik tullantılardan neft əldə etməyə imkan verən zavod tikilib

06-02-2017

Alman faşizmi üzərində qələbədən 72 il ötür

09-05-2017

“Lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır”

18-01-2016

Fatih Birol: Qlobal sənayedə yeni, təmiz texnologiyalar dövrü başlayır

30-10-2023

Bakcell Delta Telecom-un mobil bazara gəlişindən təşvişə düşüb

08-10-2015

İnformasiya əldə etmək getdikcə məhdudlaşır

06-07-2009

Yeni texnologiyanın tətbiqi neft tələbatını ödəyə bilər

04-11-2015

“Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb”

10-10-2017

Dövlət büdcəsindən maliyyələşən təşkilatlar üçün seminar keçiriləcək

25-01-2016

“Referendumdan sonra ölkədə ciddi islahatlar gözlənilir”

26-09-2016

Azərbaycan İKT sahəsində 143 ölkə arasında 9-cu oldu

02-11-2015

Kriptovalyuta bazarında "Bitcoin"in kəskin bahalaşmasının səbəbləri nədir?

26-10-2023

Nazirdən genişzolaqlı internet şəbəkəsi ilə bağlı açıqlama

17-03-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə