Previous Next
Bağla

“Yaşıl enerji məkanı” üzrə İşçi qrup 2023-cü ilin yekun hesabatını müzakirə edib

19-02-2024 13:03
“Yaşıl enerji məkanı” üzrə İşçi qrup 2023-cü ilin yekun hesabatını müzakirə edib

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üzrə icrasına dair hazırlanmış illik hesabat layihəsinin müzakirəsi ilə bağlı “Yaşıl enerji məkanı” İşçi qrupunun hibrid formada növbəti iclası keçirilib.

İclasda İşçi qrupun sədri, energetika nazirinin müavini Elnur Soltanov İşçi qrupun fəaliyyəti üzrə ümumi məlumat verib və iclasın gündəliyində duran məsələləri diqqətə çatdırıb.

İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn hesabatı təqdim edib, fəaliyyət çərçivəsində əldə edilmiş nailiyyətləri və çağırışları qeyd edib.

İclasda Strategiya sənədində “Yaşıl enerji məkanı” məqsədi üzrə fəaliyyət istiqamətləri, indikatorlar və nəzərdə tutulmuş hədəflər çərçivəsində müvafiq tədbirlərin icra vəziyyəti nəzərdən keçirilib. Təbii qaz və elektrik enerjisi təchizatı, energetika sahəsində tənzimləyici mühitin formalaşdırılması, istilik təchizatı sahəsində dövlət‒özəl tərəfdaşlığının inkişafı, dənizdə külək enerjisi potensialının araşdırılması, geotermal və bioenerjidən istifadə imkanlarının genişləndirilməsi, yaşıl enerji mənbələri üzrə informasiya sisteminin yaradılması, yeni generasiya güclərinin enerji sistemə inteqrasiyası, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə, hidrogenin istehsalı, enerji səmərəliliyinin təmin edilməsi və digər istiqamətlərdə yerinə yetirilmiş tədbirlər müzakirə edilib.

İşçi qrupu üzvlərinin hesabatla bağlı rəyləri dinlənib, növbəti hesabatların hazırlanması zamanı nəzərə alınması üçün tövsiyələr formalaşdırılıb. Strategiya sənədi üzrə cari ildə icra ediləcək tədbirlər və onların effektiv həlli üçün tapşırıqlar müəyyənləşdirilib.

“Yaşıl enerji məkanı” İşçi qrupunda Energetika Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı”, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri təmsil olunurlar.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb. “Yaşıl enerji məkanı” İşçi qrupu da bu çərçivədə “Yaşıl enerji məkanı” məqsədinin yerinə yetirilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Ekoloji məsələlər” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

20-02-2024

“İnnovasiya” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

21-02-2024

“İnnovasiya” İşçi qrupunda 2024-cü ilin nəticələri müzakirə edilib

04-02-2025

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

13-09-2024

Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

13-01-2023

"İqtisadi artım üzrə işçi qrupu"nun iclası keçirilib

04-02-2026

Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı təsdiqlənib

22-06-2022

“İnnovasiya” işçi qrupunun növbəti iclası keçirilib

05-09-2025

"Sosial-iqtisadi inkişaf Strategiyası” üzrə işçi qrupların görüşlərinə başlanıb

23-01-2025

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

11-02-2026

Qarabağda "yaşıl" texnologiya və enerji səmərəliliyinə əməl edilməsi monitorinq olunacaq

23-05-2023

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

30-05-2024

Azərbaycanda alternativ enerji sahəsinə diqqət artırılır

12-04-2017

Azərbaycan BMT ilə “yaşıl enerji” layihələri işləyəcək

11-11-2022

“Elektromobillik üzrə Milli Plan”ın hazırlanması müzakirə edilib

23-06-2023

“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə müqavilələr imzalanıb

04-06-2024

Rəqəmsal inkişaf planı üzrə görüş keçirilib

19-05-2026

İİTKM-də Asiya İnkişaf Bankı nümayəndələri ilə görüş keçirilib

03-09-2025

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair İşçi qrupu yaradıldı

13-01-2024

SOCAR "Baykar" şirkətini "yaşıl enerji" ilə təmin edib

30-08-2023

"Süni intellekt Strategiyası” çərçivəsində görüş keçirilib

24-10-2025

“Qlobal İnnovasiya İndeksi - 2023” hesabatı qurumlarla müzakirə olunub

19-10-2023

COP30 çərçivəsində “Yaşıl artım portalı”nın təqdimatı keçirilib

15-11-2025

Prezident elektromobillərdən istifadənin təşviqi ilə bağlı Sərəncam verib

07-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə