«LG»-nin müsəlmanlara Ramazan ayı surprizi

26-08-2009 / 14:20

Cənubi Koreyanın «LG Electronics» şirkəti Müqəddəs Ramazan ayının başlaması münasibəti ilə xüsusilə müsəlmanlar üçün yaradılmış iki yeni mobil telefon modelinin satışına başlayıb.

«LG GD335» və «KP500N» adlanan yeni modellər əvvəlki «LG GD330» və «LG Cookie» modellərinin optimallaşdırılmış versiyalarıdır.

Hər iki telefonda öncədən yüklənmiş Məkkə istiqamətini göstərən «Qiblə» əlavəsi və namazın vaxtlarını xatırladan əlavələr var. Bundan başqa, telefonlarda qəməri təqvimi və ehtiyacı olanlar və dinin və biliklərin yayılması üçün nəzərdə tutulmuş mütləq sədəqənin illik məbləğini hesablamaq zəkat kalkulyatoru var.

Ramazan ayında kütləvi satışa çıxarılacaq hər iki telefon modelini ilkin mərhələdə yalnız ərəb ölkələrində almaq mümkün olacaq, gələcəkdə isə əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır. Telefonların satış qiyməti isə hələ müəyyənləşdirilməyib.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.