Previous Next
Bağla

AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

17-11-2015 13:06
AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

Azərbaycan İnternet Forumu dünən ölkə internetində yaranan problemlə bağlı açıqlama yayıb.

Azərbaycan İnternet Forumundan Xeberler.az-a bildirilib ki, ötən gün, 16 noyabr tarixdə bütün ölkə ərazisində internet təchizatı sahəsində ciddi problem yaranıb. Ölkə ərazisinin böyük bir hissəsində 6 saat müddətində internet olmayıb. Bu müddət ərzində daimi onlayn əlaqə tələb olunan müəssisə və təşkilatların, dövlət və özəl sektorun, xüsusi əhəmiyyətli qurumların, internet media qurumlarının, bank sektorunun fəaliyyətində ciddi problemlər yaşanıb.

AİF bildirir ki, internet bağlantısının kəsilməsi ölkənin internet təchizatının 90 faizini təmin edən Delta Telecom şirkətində baş verən yanğınla bağlı olub.  Belə ki, yanğın nəticəsində şirkətin texniki sistemində, serverlərində ciddi problemlər yaranıb və internet təchizatı mümkünsüz olub. Yanğının səbəbləri haqqında hələlik şirkət tərəfindən rəsmi açıqlama verilməyib. Hazırda hüquq mühafizə orqanlarının bununla bağlı tədqiqat apardığı bildirilir.

AİF  qeyd edir ki, baş verən hadisə, uzun müddət ölkənin qlobal dünyadan ayrılması, informasiya münasibətlərinin mümkün olmaması, xüsusilə də daimi onlayn əlaqənin vacib olduğu sahələrdə internet problemlərinin yaşanması ölkənin informasiya təhlükəsizliyi üçün ciddi təhlükədir.

AİF-in məlumatına görə, son illərdə ölkənin milli informasiya bazasının formalaşması istiqamətində, informasiya təhlükəsizliyinin qorunması istiqamətində müəyyən işlər görülüb. Dövlət və özəl sektorda informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi üçün müəyyən addımlar atılıb.

AİF Delta Telecom tərəfindən Azərbaycan İnternetinin qlobal dünyaya bir neçə fərqli magistral kanallar üzərindən bağlantısının qurulması istiqamətində son illərdə atdığı addımları da müsbət dəyərləndirir. Bununla belə AİF bildirir ki, baş verən hadisə onu göstərir ki, atılan addımlar yetərli deyil və ölkənin informasiya təhlükəsizliyi məsələsinə daha konseptual yanaşmaq vacibdir. Hökumət baş verənlərin təkrarlanmaması üçün dərhal ciddi tədbirlər görməli, bu sahədə rəqabətli mühitin, alternativlər üzərində infrastrukturun formalaşması üçün tədbirlər görməlidir. Müasir dövrdə informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin əsas tərkib hissəsi olmasını nəzərə alaraq AİF ölkənin dayanıqlı informasiya təhlükəsizliyi sisteminin, informasiya infrastrukturunun alternativ təchizatlar və alternativ informasiya şəbəkələri üzərində qurulmasını zəruri hesab edir.

AİF dövlət və ictimai sektorda bir müddət müzakirə olunan yeni milli informasiya təhlükəsizliyi konsepsiyasının hazırlanması məsələsinin yenidən gündəmə gətirilməsini vacib hesab edir.

AİF bu kimi halların bir daha təkrarlanmaması üçün, ən qısa 2-ci səviyyəli provayderlərin, daimi onlayn əlaqənin əhəmiyyətli olduğu qurumların da informasiya şəbəkəsinin alternativlər üzərində qurulmasının vacib olduğunu diqqətə çatdırır. AİF baş verən hadisənin səbəbləri haqqında ictimaiyyətə rəsmi açıqlamanın verilməsini vacib hesab edir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Balakəndə 7 saat müddətində internet olmayıb

29-07-2019

Delta Telecom-da baş verən yanğın təxribatdırmı ?

17-11-2015

Beynəlxalq İnternet İdarəçiliyi Forumunun toplantısı ilə bağlı AİF Müraciət qəbul edib

20-07-2012

Azərbaycan İnternet tarixində ən “qara gün”dür

16-11-2016

AIF Bakı şəhərində keçirilməsi nəzərdə tutulan beynəlxalq İnternet İdarəçiliyi Forumunun (IGF) 7-ci toplantısı ilə bağlı məsələ müzakirə edib

17-07-2012

AİF internetdə yaranan problemə münasibət bildirib

17-04-2017

AİF “Eurovision 2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə Təkliflər göndərib

11-07-2011

Azərbaycan İnternet Forumunun açıqlaması

04-08-2014

AIF Azərbaycan Internet idarəçiliyi ilə bağlı Milli Konfrans təşkil edəcək

10-10-2012

AIF bəzi internet resurslara girişin məhdudlaşmasına münasibət bildirdi

11-03-2010

AIF Azərbaycan İnternetinin inkişaf istiqamətlərinin müzakirəsini keçirir

29-10-2012

Azərbaycan İnternet Forumunun www.eqreb.com bloqu ilə bağlı açıqlaması

16-10-2010

Azərbaycanın ikinci backbone provayderi Azərtelekom alternativlər təklif edir

16-11-2015

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

30-01-2014

Azərbaycan yenidən internet kəsintisi ilə üzləşə bilərmi? - VİDEO

18-11-2015

Delta Telecomda nə baş verir?

21-04-2020

Osman Gündüz : Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması ilə bağlı ciddi problemlər var

14-01-2015

AİF üzvləri ICANN rəhbərliyi ilə görüşüb

08-11-2012

Azərbaycan İnternet Forumunun Day.az-ın fəaliyyətinin dayandırması ilə bağlı açıqlaması

19-02-2009

AİF Azərbaycan İnternetinin “Eurovision–2012” mahnı müsabiqəsinə hazırlığını müzakirə edəcək.

23-06-2011

AİF İT mütəxəssislərə və internet istifadəçilərinə müraciət edib

05-04-2016

AİF Kosmik Məsələlər üzrə Şuranın sədri , akademik Arif Paşayevə müraciət edib

02-04-2012

Azərbaycan internetində nə baş verib?

04-08-2016

AİF .az domeninin qeydiyyat məsələsini yenidən gündəmə çıxardı

08-04-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə