İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilir

02-05-2015 / 10:03

Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” keçirilib.

Qeyd edək ki, bu il  10-cu dəfədir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə belə olimpida baş tutur.

Olimpiadanın aprelin 5-də  Qafqaz Universitetində keçirilmiş ilk mərhələsində respublikanın 16 ali təhsil müəssisəsindən 55 komanda iştirak edib.

Qaydalara əsasən, Olimpiadada 12 ali təhsil müəssisəsindən ən yaxşı nəticə göstərən 12 komanda Olimpiadanın final mərhələsinə vəsiqə qazanmışdır. Bu komandalarla “Finalçılar” bölməsindən tanış ola bilərsiniz.

Olimpiadanın final mərhələsi isə hazırda  AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilir.  

Finalda ilk 4 yerə layiq görülən komandalar sponsorlar tərəfindən təqdim edilən hədiyyələr, habelə RYTN tərəfindən Fəxri Fərman, Diplom və sahə üzrə müxtəlif kitablarla mükafatlandırılacaqlar.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə