17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

16-05-2011 / 01:16

2006-cı ilin mart ayının 26-da BMT Baş Assambleyası 17 may tarixini Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü elan edən qətnamə qəbul etmişdir. Bayramın tarixi 17 may 1865-ci ildə sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının yaradılması günü ilə bağlıdır.

17 may tarixinin qeyd olunmasının əsas məqsədi internetdən və informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar barədə məlumat səviyyəsinin artırılmasına kömək etməkdən ibarətdir.

Bu il Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü 2009-cu ildə BTİ Şurası tərəfindən qəbul edilmiş və ötən ilin “Daha yaxşı şəhərlər, daha yaxşı həyat İKT ilə” mövzusunun inkişafının davamı sayılan “Kənd yerlərində İKT ilə daha yaxşı həyat” şüarı altında qeyd olunur. Builki mövzu kənd əhalisinin gələcəyini yaxşılaşdırmaq üçün İKT imkanlarından istifadə məqsədinə xidmət edir. Kənd yerlərində informasiya-kommunikasiya texnologiyaları gəlirlərin formalaşdırılması, eləcə də yoxsulluq, aclıq, sağlamsızlıq və savadsızlıqla mübarizə üçün daha geniş imkanlar təqdim edir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilmiş təntənəli mərasim keçirməyi planlaşdırır.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.