“3G və 4G şəbəkəmizi əhəmiyyətli dərəcədə genişləndirdik”

03-05-2018 / 13:02

Azerfon MMC (Nar ticarət nişanı) cari ilin ilk rübünün nəticələrini açıqlayıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, nəticələrə əsasən, bu dövr ərzində şirkət bir çox göstəricilər üzrə yüksək artım dinamikası nümayiş etdirib.

Bu göstərici üzrə təkcə paytaxt ərazisində deyil, həmçinin bölgələrdə də yüksək nəticə əldə edilmişdir ki, bu da mobil operatorun regionlardakı şəbəkəsini gücləndirməsi sayəsində mümkün olmuşdur. Belə ki, Nar-ın sərfəli internet paketləri sayəsində ilin ilk rübündə mobil internetdən istifadədə 68% artım olmuşdur. Dünya təcrübəsində mobil zənglərə tələbatın azalma trendinə baxmayaraq, Nar-da səsli zənglərin həcmi keçən ilə nisbətdə dəyişməz olaraq qalmışdır.

Cari ilin ilk üç ayı ərzində mobil operator ölkə ərazisində 156 yeni baza stansiyası quraşdırmışdır. Mobil operator Bakı şəhəri və Abşeron yarımadasında 84, Gəncə, Göyçay, Quba, Cəlilabad, Mingəçevir, Salyan, Şəki, Şəmkir, Tovuz, Zaqatala və respublikanın digər bölgələrində isə 63 yeni LTE baza stansiyasını istifadəyə vermişdir. Artıq bölgələrdəki Nar abunəçiləri də mobil operatorun LTE texnologiyası ilə təmin etdiyi 225 Mbit/s çatan sürət sayəsində internet resurslarından daha səmərəli şəkildə istifadə edirlər.

“Cari ilin ilk rübündə göstərdyimiz nəticələri çox müsbət qiymətləndirirəm. Bu nəticələr Nar-ın sərfəli qiymətləri və abunəçi yönümlü strategiyası sayəsində mümkün olmuşdur. Şəbəkə infrastrukturuna yatırdığımız sərmayələr nəticəsində 3G və 4G şəbəkəmizi əhəmiyyətli dərəcədə genişləndirdik”, - deyə Azerfon MMC-nin baş icraçı direktoru Qunnar Panke nəticələri şərh edərkən bildirib.

 Hazırda genişləndirilmiş Nar şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən Nar şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdur. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan P3 Communications keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə