Previous Next
Bağla

İşğaldan azad edilmiş ərazilərin adları qlobal xəritələrdə necə qeyd olunur?

11-06-2021 11:00
İşğaldan azad edilmiş ərazilərin adları qlobal xəritələrdə necə qeyd olunur?
İşğaldan azad edilmiş rayonların adlarının qlobal xəritələrdə istifadəsi hansı vəziyyətdədir?
 
"Qlobal xəritələrdə işğaldan azad edilən rayonların adları, ərazidəki digər coğrafi adlar hələ də iki dildə-Azərbaycan və erməni dillərində verilir".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, ötən müddət ərzində qlobal xəritə xidmətləri göstərən şirkətlərin (Google, Apple, Yandex, OpenStreetMap və s.) söykənəcəyi və istifadə edəcəyi milli datalarla bağlı ölkə qanunvericiliyində müəyyən dəyişikliklər edilib, dövlət qurumları arasında səlahiyyət bölgüsü dəqiqləşib, kordinasiya məsələsi həll edilib.
 
Problemin həlli istiqamətində konkret hansı addılmar atılıb:
 
1. Nazirlər Kabinetinin 20 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edilən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı” da təsdiq edilib.
 
2. Ekologia və Təbii Sərvətlər Nazirliyinin “Geodeziya və Kartoqrafiya” dövlət şirkəti rəqəmsal xəritələri və datanı hazırlayıb.
 
3. Coğrafi adların elektron bazası, coğrafi adların transliterasiyası və düzgün yazılışı AMEA-nın Dilçilik və Coğrafiya üzrə qurumları tərəfindən hazırlanıb, Nazirlər Kabinetinin Qaydaları təsdiqlənib.
 
4. ETSN və NRYTN MHM coğrafi adlarla bağlı rəqəmsal datanı, 11 adda açıq coğrafi məlumatları NRYTN -nin Açıq Məlumat Portalına- OPENDATA.az-a yerləşdirib, maraqlı tərəflər və qlobal xəritə şirkətləri üçün APİ servislər hazırlanıb.
 
Görəsən Qlobal xəritə şirkətlərinin coğrafi adlarla bağlı milli datamıza istinad edilməsi necə təşkil olunub?
 
Ekspert bildirib ki, Nazirlər Kabinetinin yuxarıda adı çəkilən Sərəncamına uyğun olaraq qlobal resurslarda milli coğrafi adlarımızın təhrif olunmasının qarşısının alınması istiqamətində XİN əlaqəli qurumlarla birgə addımlar atmalıydı:
 
"Lakin göründüyü kimin bu istiqamətdə rəqəmsal milli data hazır olsa da onun tətbiqi istiqamətində atılan addımlar hələlik yetərli olmayıb.
 
Bildiyim qədər hazırda XİN bu istiqamətdə işləri davam etdirir. XİN qanunvericiliyə uyğun olaraq hazırlanmış milli xəritə datalarının əldə edilməsi üçün qlobal şirkətlərlə kommunikasiyaları gücləndirməlidir.
 
Bu məqsədlə internet ictimaiyyətinin, diasporanın potensialından effektiv istifadə edilməlidir.
 
Düşünürəm ki, internet ictimaiyyətinin, İnternet istifadəçilərinin də təhrif olunan coğrafi adlarla bağlı, adların iki dildə yazılmasının qarşının alınması ilə bağlı dövlət tərəfindən müəyyən olunun dəqiq coğrafi adlarımıza istinad etməklə qlobal xəritə şirkətlərinə müraciətlər etməsi faydalı olardı.
 
Düşünürəm ki, işğaldan azad edilən rayonlarımızın adlarının da azad edilməsi üçün, adların düzgün yazılışı üçün, Azərbaycan dilinin qlobal dünyada düzgün istifadəsi üçün dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin səylərinin gücləndirilməsinə ciddi ehtiyac var".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Qlobal xəritələrdə işğaldan azad olan ərazilərin adları necə yenilənməlidir ?

30-10-2020

Azad olunan ərazilərin rəsmi adları “Google”a təqdim edilib

23-12-2021

Səlahiyyətli qurumlarımız dünya xəritə servisləri ilə işləyə bilmir- ekspert

11-06-2018

Ekspert:Qarabağın işğaldan azad olunan ərazilərinin coğrafi məlumatlarını kim hazırlayıb?

17-08-2022

Açıq Məlumatlar Portalına 11 adda coğrafi xidmət əlavə edilib

29-12-2020

Milli məkan standartları qəbul edilib

20-08-2025

Azərbaycanın milli domen adlarının stop-vərəqəsi genişləndirilir

14-03-2013

Azərkosmosun xəritəsi “Esri Map Book” nəşrinə daxil edilib

18-07-2025

Google-də ermənilərin növbəti təxribatı (FOTO)

01-10-2010

Ekspert: “4MAPS Bilgi Teknolojileri” şirkəti Azərbaycandadırmı?

12-02-2025

Qarabağdakı rezidentlər 10 il müddətinə idxal gömrük rüsumundan azad edilib

26-01-2023

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar vergidən azad edildi

09-01-2023

“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir

10-06-2021

“Açıq məlumatlar” portalına neçə qurum inteqrasiya edib? – EKSPERT

22-04-2021

Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı təsdiqlənib

22-06-2022

Ermənilərin qoyub qaçdığı stansiyalar: “Milli operatorlar onlardan istifadə edə bilər”

22-10-2020

Nazirlər Kabinetində boyukqayidish.gov.az portalının icmal təqdimatı keçirilib

14-07-2023

Xocalı rayonu telekommunikasiya xidmətləri ilə təmin edilib

21-02-2025

"Azərkosmos" BƏƏ şirkəti ilə əməkdaşlığa başlayıb

11-10-2023

İİTKM ali mükafata layiq görülüb

17-06-2025

Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

29-12-2025

XRİTDX: İnternet trafikinin daşınmasında konkret bir ölkədən asılılığımız yoxdur

04-07-2025

Ambisiyalar milli domenin gələcəyini sual altında qoyur-EKSPERT

13-07-2018

İnternetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı problemlər müzakirə edilib

29-06-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə