Previous Next
Bağla

AİF prezidentinin “Azadlıq” radiosuna müsahibəsi

25-12-2008 14:34
AİF prezidentinin “Azadlıq” radiosuna müsahibəsi

Sabahınız xeyir, Osman bəy. Həmkarım sizin nədən narazı olmağınız barədə ümumi məlumat verib. Mən isə sizin İnternetin tarif qiymətinin düşməsindən sonra sürətin nə səbəbdən aşağı düşməsini  izah etmənizi istərdim.

Sözün doğrusu, mən İnternet qiymətlərində xüsusi enmə hiss etməmişəm.

Nəzərə çarpacaq dərəcədə olmasa da, qiymət düşüb axı?

Biz dəfələrlə demişik ki, Azərbaycanda qonşu ölkələrlə müqayisədə İnternetin qiyməti 20-30 dəfə bahadır, Avropa ölkələrindən heç danışmırıq. Bu bahalıq içərisində keyfiyyətin də aşağı olması bizi narahat edir.

Artıq uzun müddətdir ki, Azərbaycan bazarında dözülməz vəziyyət hökmranlıq edir. Bu da Azərbaycana şöhrət gətirməyəcək problemə gətirib çıxarır. Sürətlə inkişaf edən ölkədə istifadəçilərin 70 faizi İnternetə qoşulmaq üçün Dial-Up-dan istifadə edir. Bu da bizim Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova müraciətimizin əsas səbəblərindən biridir. Burada normal infrastruktura və ab-havaya nail olmaq üçün köklü islahatlar aparılmalıdır. Indiyədək bizdə azad  rəqabət mühiti yaranmayıb. Dövlətin ifrat inhisarlaşdırması hələ də davam edir. Məsələn, İnternet provayderlər dövlət resurslarından istifadə edir və buna görə, qanuni və qeyri-qanuni ödəmələr etməyə məcbur olur. Bu da nəticədə xidmət qiymətində öz əksini tapır. Qlobal şəbəkəyə qoşulmada inhisarlaşma da müşahidə olunur, bu da qiymətə təsir edən amillərdən biri də budur. Bir sözlə, söylədiyim kimi, nazirliyə müraciətimizin səbəbi İnternet bazarında olan dözülməz vəziyyətdir. 

Ikinci səbəb RİTN-dən informasiya almağın çətinliyi və vətəndaş cəmiyyəti ilə nazirlik arasındakı qarşılıqlı münasibətlərdir. Belə demək mümkünsə, son vaxtlar konservatizm elementləri qarşılıqlı münasibətlərdə hədsiz dərəcədə artıb. Ümumiyyətlə, məktubumuzun əsasında nazirliklə vətəndaş cəmiyyəti arasında münasibətin normallaşdırılması, qanuna müvafiq olaraq nazirlikdən informasiyanın alınmasını təmin etməkdir.

Necə fikirləşirsiniz, nazir və ya müavinləri sizin məktubunuza operativ cavab verəcəklər?

Qeyd etməliyəm ki, 2004-cü ildən nazirliyin yaranmasından və hazırkı nazirin təyin olunduğu gündən etibarən nazirliyin fəaliyyəti, nazirin fərdi keyfiyyətləri bizi tam qane edirdi və münasibətlərimiz normal idi. Bizi hətta hakimiyyətlə vətəndaş cəmiyyəti arasında olan qarşılıqlı münasibətlərə nümanə kimi təqdim edirdilər. Deməliyəm ki, bu müddət ərzində kadr islahatları keçirildi və islahatlar nəticəsində konservativ tendensiyalar əmələ gəldi. Təsəvvür edin ki, Azərbaycan internet cəmiyyəti uzun müddət milli İnternet ünvanları ilə əlaqələrdə normal, internet cəmiyyəti mühitinin maraqlarına uyğun mühit yaranması üçün mübarizə aparıb.
Nazir də fəaliyyətinin başlanğıcında bu istiqamətdə iş görəcəyini söz vermişdi. Lakin bu gün qapalı rejimdə hansısa qanun və qaydaların qəbul olunduğunu görürük. Dünyanın heç bir yerində dövlətin milli İnternet-ünvanlarla, onların qeydiyyatı ilə məşğul olduğu  təcrübəyə rast gəlinmir. Indi isə mən nazir müavini Elmir Vəlizadənin müsahibəsini oxuyanda görürəm ki, hökumət artıq milli İnternet-ünvanlar, onların qeydiyyatı ilə məşğul olur və bu barədə bəyanat yayır. Bu İnternet cəmiyyəti üçün ağlasığmazdır, biz neçə il mübarizə aparmışıq və demokratik imicli nazir gələn zaman cəmiyyət İnternetin inkişafı ilə bağlı suallarla kənarda qalır, hökumət strukturları isə bunu öz nəzarəti altına alır.

Bunun səbəbləri nədir, iki versiya var, islahatlar  inhisarlaşma ilə bağlıdır yoxsa dinləyicilərdən birinin yazdığına görə, Azərbaycan totalitar ölkədir və onun İnternet sürəti onu nəzarət altında saxlamaq üçün aşağıdır?


Bizə tez-tez bu tipli suallar verilir. Deyə bilərəm ki, burada iqtisadi maraqlar, siyasi və ideoloji maraqlardan üstündür. Məncə, böyük gəlir əldə etmək üstünlük təşkil edir. Hələ ki, Azərbaycan İnternetində dövlət səviyyəsində siyasi və ideoloji  senzura yoxdur.

Burada çox ehtimal ki, tərəflərin iqtisadi, inhisarlaşma maraqlarına toxunulub. Özünüz mühakimə edin, əgər İnternet qonşu ölkələrdən 20-30 dəfə bahadırsa, burada söhbət böyük iqtisadi maraqlardan gedə bilər.
Birbaşa deyək ki, mənim müşahidələrimə görə, nazir normal mühit yaratmaq istədi, amma alınmadı.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AİF Rabitə Nazirliyi qarşısında etiraz aksiyası keçirməyə hazırdır - Osman Gündüz

25-12-2008

İnternet qiymətləri kəskin düşərsə AİF, RİTN qarşısında piket keçirməkdən imtina edə bilər

22-01-2009

“Ölkəmizdə internetin sürəti, keyfiyyəti ilə bağlı problemlər var”

25-11-2009

“Rabitə nazirliyi digər xərcləri aşağı salmasa, biz qiyməti saxlamalıyıq”

01-09-2009

Milli internet ünvanların qeydiyyatının dövlət qurumunun nəzarətinə keçməsi yerli və beynəlxalq normalara ziddir

30-01-2009

Günahkar Nazirliyin özü və onun nəzarətində olan üç provayderdir...

16-05-2020

Azərbaycan İnternet Forumunun məlumatı

19-12-2008

“Provayderlər öz aralarında gizli sövdələşmə aparırlar” - MÜSAHİBƏ

19-12-2008

Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

09-10-2018

İnternet qiymətləri 3 dəfəyədək endiriləcək

29-08-2009

Osman Gündüz: \"İnternet istifadəçiləri aldadılır \"

02-04-2014

Yaxın günlərdə internetin qiyməti azı iki dəfə aşağı salına bilər

21-01-2009

Ekspert: Dövlət məmuru bilərəkdən “yuxarıları” aldatmaq üçün yalan danışır

08-11-2019

Ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün ciddi islahatlar aparılmalıdır

18-06-2020

İnternet qiymətlərinin ucuzlaşması niyə hiss olunmur?

15-09-2009

RYTN daha keyfiyyətli internet üçün səylərini gücləndirir

01-12-2015

Azərbaycanda internet baha və keyfiyyətsizdir

02-07-2018

Çəkidə aldadan internet şirkətləri

10-07-2019

Vətəndaş Cəmiyyəti və İnternet İdarəçiliyi məsələsi müzakirə edilib

09-11-2012

Azərbaycanda internet qiymətlərindəki dəyişiklik hiss olunmayacaq dərəcədə cüzidir

08-12-2008

Milli domenlərin qeydiyyatı sahəsində dözülməz vəziyyət hələ də qalmaqdadır

20-09-2012

İnternet tarifləri aşağı salınacaqmı?

05-07-2019

Osman Gündüz: Mobil nömrə daşınmasından gözləntilər özünü doğrultmayıb

19-04-2014

Nazir müavini internetin sürətinin aşağı olmasına münasibət bildirib

06-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə