Çin internet nəhəngi “Alibaba Group Holding” öz süni intellekt modeli “Qwen”in yeni versiyasını təqdim edib. Bu modelin “DeepSeek” də daxil olmaqla, bazardakı bir sıra aparıcı məhsullardan üstün olduğunu iddia edib.
Xeberler.az "Reuters"ə istinadən məlumat verir ki, bu ayın əvvəlində “V3” modelinə əsaslanan Çin süni intellekt köməkçisi “DeepSeek” və “R1” modelinin buraxılışı İT investorlarını şoka salıb. Bütün dünyada texnologiya şirkətlərinin səhmlərinin kəskin düşməsinə səbəb olub.
“DeepSeek” iddia edib ki, öz məhsulları daha ucuzdur. Bu isə investorları ABŞ-nin aparıcı süni intellekt şirkətlərinin böyük xərclərinin əsaslı olmasına şübhə ilə yanaşmağa vadar edib.
“Alibaba Cloud”un məlumatına görə, “Qwen2.5 Max” böyük dil modelinin (LLM) son versiyası bəzi parametrlər üzrə “DeepSeek V3” modelini üstələyir. Digər xüsusiyyətlər üzrə rəqabətli nəticələr göstərir.
“Alibaba” bildirib ki, “Qwen2.5 Max” “DeepSeek V3”, “OpenAI”nin “GPT-4o” və “Claude-3.5-Sonnet” də daxil olmaqla digər qabaqcıl LLM-lərlə müqayisədə rəqabətli performans göstərir.
“DeepSeek” süni intellekt köməkçisi bu həftə ABŞ də daxil olmaqla bir sıra ölkələrdə “App Store”da yükləmələrin sayına görə birinci yeri tutub. “Android” əsaslı cihazlar üçün “Play Store” tətbiq mağazasında yükləmələrə görə liderlər sırasına daxil olub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri