İtaliyada “DeepSeek” tətbiqi ilə bağlı araşdırmalara başlanılıb

29-01-2025 / 18:45

İtaliyada Çinin “DeepSeek” süni intellekt tətbiqi ilə bağlı araşdırmaya başlanıb.

Xeberler.az Azərtaca istinadən məlumat verir ki, İtaliyanın Fərdi Məlumatların Mühafizəsi Təşkilatı araşdırma çərçivəsində “DeepSeek” çatbot xidmətini təqdim edən şirkətlərdən şəxsi məlumatların toplandığı mənbələr haqqında ətraflı məlumat tələb edib. Eyni zamanda, tətbiq vasitəsilə şəxsi məlumatların hansı mənbələrdən, hansı məqsədlə və qanun çərçivəsində toplandığı yoxlanılacaq, həmçinin bunun aydınlaşdırılması üçün 20 gün vaxt verilib.

Vurğulanıb ki, toplanan məlumatların Çindəki serverlərdə saxlanıb-saxlanmadığı aydınlaşdırılmalıdır. Çünki İtaliyada milyonlarla insanın məlumatları risk altında ola bilər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə