“OpenAI” və Avropanın ən iri proqram təminatı istehsalçısı SAP şirkətləri Almaniyada dövlət idarələrinin, məktəblərin, universitetlərin və digər ictimai qurumların süni intellekt texnologiyaları ilə təmin olunmasında əməkdaşlıq barədə razılığa gəlib.
Xeberler.az Azərtaca istinadən məlumat verir ki, Almaniya ən müasir texnologiyalara milli şərtlər əsasında çıxış əldə etməsini nəzərdə tutan bu layihənin icrasına 2026-cı ildə başlanılacaq.
Layihə çərçivəsində milyonlarla dövlət qulluqçusu, elmi-tədqiqat müəssisələrinin əməkdaşları və ictimai sektor işçiləri süni intellektdən təhlükəsiz və məsuliyyətli şəkildə istifadə edə biləcəklər. Bu, gündəlik işin sürətləndirilməsinə, sənədləşmənin avtomatlaşdırılmasına, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsinə və nəticədə insana yönəlik fəaliyyətə daha çox vaxtın ayrılmasına imkan verəcək.
Hər iki şirkət süni intellekt həllərinin Almaniyanın məlumat suverenliyi, şəxsi məlumatların qorunması və hüquqi çərçivələr üzrə standartlarına tam uyğun şəkildə tətbiq olunacağını bəyan edib. Texnologiyanın əsas komponentləri ABŞ-dan gətirilsə də, məlumatlar yalnız Almaniya ərazisində yerləşən data mərkəzlərdə saxlanılacaq və üçüncü tərəflərin onlara çıxışı olmayacaq.
Qeyd edək ki, “OpenAI” şirkətinin təsisçisi Sam Altman bu gün Berlində keçiriləcək mərasimdə nüfuzlu “Axel Springer” mükafatı ilə təltif olunacaq. Dünyada innovasiya, liderlik və ictimai təsir sahələrində fərqlənmiş şəxslərə təqdim edilən bu mükafata əvvəlki illərdə Mark Zukerberq, Ceff Bezos, Elon Mask, Volodimir Zelenski və digər şəxslər layiq görülüb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları