Alman alimlərin yeni kəşfi sayəsində damara iynə vurmaq daha ağrısız və asan olacaq.
Xeberler.az xarici mətbuata istinadən xəbər verir ki, yeni texnologiya sayəsində xəstənin damarını çox asanlıqla tapmaq mümkün olacaq.
Damar axtarıb tapan “Veinviewer” adlı cihaz tibb bacılarına bu sahədə kömək edərək asanlıqla damarı aşkarlayır. Beləliklə, iynə vurmaq daha ağrısız başa gəlir. Cihaz insan vücudundakı damarların yerlərini asanlıqla müəyyən edir və həmin hissəyə işıq salır. Veinviewer cihazı 1 santimetr dərinlikdə olan damarları da aşkara çıxarmağa qadirdir.
Alman səlahiyyətliləri hazırda cihazın sınaq mərhələsində olduğunu bildirib.
Alimlərin araşdırmasına görə, dünyada həkimlər iynə vurmaq üçün orta hesabla hər dəfə damarı 2.5 dəfə yaralayırlar. Hətta bəzi xəstələrdə 10 cəhddən sonra belə, damarı tapmaq mümkün olmur.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri