“Open Handset Alliance Project” işçilər konsorsiumu
“Google Android” əməliyyat sistemi əsasında olan yeni G1 smartfonları ilə yanaşı, telefon üçün proqram təminatı dəsti ilə internet resursu buraxdı. Ilin sonuna kimi əlavələr istifadəçilərə pulsuz təqdim olunacaq. Bu haqda “Android” işçilər qrupunun bloqunda xəbər verilir. Resursda öz əlavələrini yerləşdirmək istəyən proqram təminatının yaradıcıları gərək birdəfəlik 25$ ödəniş etsinlər. Belə ki, pullu proqram təminatını 2009-cu ilin birinci rübündən resursa qoymaq mümkün olacaq. Resursun şərtlərinə görə, satışdan 70% gəlir işçiyə, 30% isə “Google” şirkətinə getməlidir. Hazırda resursda 50 əlavə var. Onlara həm oyunlar, həm də xüsusi proqramlar daxildir.
Xatırladaq ki, G1 smartfonlarının satışı ABŞ-da 22 oktyabr 2008-ci ildən başlayıb. Qiyməti “T-Mobile” operatoru ilə 2 illik müqavilə əsasında 180 $ təşkil edir. Müqaviləsiz aparat 400 dollardır. G1smartfonu 3,2 düymlük sensor ekran, QWERTY-klaviatura və GPS moduluna malikdir. Qurğu GSM diapazonu ilə yanaşı, üçüncü nəslin şəbəkələri ilə də işləyir (UMTS).