Previous Next
Bağla

Hökumətin Antiinhisar qurumu varmı ?

22-07-2019 15:34
Hökumətin Antiinhisar qurumu varmı ?

Antiinhisar Dövlət Agentliyi nə üçün yenidən İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidmətinə çevrilib ?

Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli sərəncamı ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də bu agentliyə birləşdirilib.
Bir ildən çoxdur ki  bu yeni yaradılan qurum ortada yoxdur. Nə rəhbəri təyin edilib, nə strukturu var nə də Əsasnaməsi var.
Prezident adı çəkilən fərmanı dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, daha çevik və effektiv idarəetmənin tətbiqi  məqsədilə imzalayıb.

Bəs nə üçün sərəncamı icra olunmur ?
Düşünürəm ki bu müəyyən dairələrin maraqları ilə bağlı ola bilər.
Bunun üçün bu qurumun səlahiyyət dairəsinə nəzər salmaq yetərlidir. 
Dövlət satınalmalarının təşkili, rəqabətli mühitin formalaşması, haqsız rəqabətin qarşısının alınması, istehlakçıların və eləcə də sahibkarların hüquqlarının qorunması, stardartlaşma, qeyri-neft sektorunun inkişafı üçün normal mühitin formalaşması və s. bu qurumun səalhiyyətindədir

Qurum öz  səlahiyyətlərini icra edə bilirmi ?
Şübhə edirəm.
 Əgər qurum yerində olsaydı hansısa bir şirkət yarım ildə 166 dəfə tenderdə qalib  gəlib dövlət büdcəsindən 48 milyon ala bilməzdi.
Heç olmasa 160 dəfə başqa bir şirkətlər  bu vəsaiti əldə edə bilərdi və daha rəqabətli mühit formalaşardı və daha ədalətli olardı.

Əgər Antiinhisar qurumu yerində olsaydı NRYTN  3 ildə heç olmasa bir özəl provayderi  dövlət resursu olan Kabel-Kanal sisteminə daxil olmasına imkan verərdi. Hazırda bu imkandan yalnız dövlət provaydreləri bəhrələnir.

Əgər Antiinhisar qurumu yerində olsaydı NRYTN-nin dövlət telekommunikasiya operatorları gecələr özəl provayderlərin müştərilərini oğurlaya bilməzdi.

Əgər Antiinhisar yerində olsaydı magistral (backbone) provaydrein 70% qiymət endirimini internet bazarının 50%-nə nəzarət edən  dövlət provayderləri rədd edə bilməzdilər.

Əgər Antiinhisar yerində olsaydı NRYTN-nin  Teleradio İB monopol qurumu  MTRŞ-i vecinə almayaraq hər ildə 4-5 dəfə ölkənin bütün efir məkanını söndürə bilməzdi.

Əgər Antiinhisar qurumu yerində olsaydı hansısa bir İT şirkəti hansısa bir Nazilriyi aladadıb, sadə bir İT həll təqdim edib, ilkin kodları verməməklə özündən asılı vəziyyətə salıb hər il milyonları sora bilməzdi. Və ya  realda mövcud olamayan bir İT infrastrukturun servisi və ya yenilənməsi üçün hansısa şirkətə 20 milyon büdcə vəsaiti verilə bilməzdi.

Əgər Antiinhisar qurumu yerində olsaydı rəqəmsal sektorda, xüsusilə mobil operatorlar tərəfindən aramsız olaraq  hüququ pozulan istifadəçilərin hüquqlarının qorunmasına bir əncam çəkilərdi.

Bu cür misallar çoxdur.

Hiss olunur ki hökumət bu istiqamətdə nəsə etməyə çalışır. Dövlət satınalmaları ilə bağlı qanun təkmilləşdirilib, elektron satınalmaya hazırlıq gedir. E-satınalmalarla bağlı yeni Portal yaradılıb.

Lakin, qəribədir ki , MDB məkanının bəlkə də ən zəif portallarından biri hazırlanıb. Heç bir funksionalllığı, effektivliyi, maraqlı tərəflər üçün faydalılığı, hesabatlılığı  yetərli olmayan bir resurs ortaya qoyulub. Heç olmasa , Kazaxstanın, Rusiyanın , qonşu Gürcüstanın müvafiq resurslarına baxmaq istəməyiblər.

Maraqlananda məlum oldu ki, Portalın sifarişçisi, adı olub özü olmayan qurum, həmin keçmiş Antiinhisar Dövlət Xidməti, hazırlayan isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi , VXSİ Dövlət Agentliyinin ElektronHökumətin İnkişafı Mərkəzidir.
Portalın aşağısında məhz bu qurumun – İN-nin Dövlət Xidmətinin  adı qeyd edilib.
Diqqət yetirin, qurum Dövlət Xidmətidir, əslində məntiqlə  sifarişçi Prezidentin fərmanına görə yeni mərkəzi icra qurumu, Antiinhisar Dövlət Agentiliyi olmalıydı.

Lakin təəssüf ki belə biri qurum hələlik yoxdur.

Beləliklə , baxmayaraq ki, Prezident konkret sahə üzrə konkret bir göstəriş verib, lakin icra köhnə mexanizmlərlə həyata keçirilir.

Nəticə.

Əgər biz istəyiriksə ki rəqabətli mühit inkişaf etsin, dövlət resurslarından səmərəli istifadə olunsun, şəffaflıq olsun, özəl sektor inkişaf etsin, istehlakçıların və sahibkarların hüquqları qorunsun, onda Prezidentin müvafiq sərəncamı icra olunmalıdır.

Adı çəkilən mərkəzi icra orqanı yaradılmalıdır, quruma ciddi, nəhəng təbii inhisar subyektləri ilə “vuruşmağı” bacaracaq bir rəhbər təyin olunmalıdır.

Dövlət qurumu hansısa xidmət və ya məhsulu almaq istəyirsə əsaslandırma tələb olunmalıdır. Əgər ağlabatan əsaslandırma yoxsa dövlət satınalması olmamalıdır.

Baş tutmayan və rəqabətsiz keçən tenderlərin səbəbləri analiz olunmalıdır.

Satınalmalarla bağlı Portal tam olaraq yendiən hazırlanmalıdır.
Dövlət nəzarəti gücləndirilməli və ictimai nəzarət imkanları genişləndirilməlidir.


Osman Gündüz
22.07.2019

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İstehlakçıların hüququnu qoruyan qurumun rəhbəri kim olacaq - ekspert rəyi

08-06-2018

Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

13-05-2020

Mikayıl Cabbarov haqsız rəqabətin qarşısını ala biləcəkmi ?

24-10-2019

Azərbaycanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb

27-08-2024

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin edilib

12-02-2025

Antiinhisar Dövlət Xidmətində görüş keçirilib

27-04-2022

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020

Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

16-08-2019

Dövlət Xidmətinin nümayəndələri Naxçıvanda seminarlar keçiriblər

02-10-2024

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Agentliyə çevrilib

12-02-2025

Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

02-08-2019

"Aztelekom” və “Baktelecom" qiymətlərlə manipulyasiya edir?

07-12-2022

“Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.

15-01-2024

Rəqəmsal mühitdə istifadəçi hüquqlarını kim qorumalı?

18-01-2018

Ekspert: eSatınalma portalı dövlət qurumları üçün problemə çevrilib

24-05-2021

Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

06-11-2019

Nazirliklə Bakcell arasında mübarizə davam edir

06-08-2019

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000

Dövlət satınalmaları sahəsində islahatlar təqdim olunub

25-01-2019

Əhali və sahibkarlara göstərilən xidmətlər üzrə sahələrin rəqəmsallaşdırılmasına başlanılıb

17-02-2021

130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

06-04-2019

Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

28-02-2019

Reklam fəaliyyətinə nəzarətlə bağlı İşçi qrup yaradılacaq

04-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə