Apple-dan yeni maraqlı layihə

08-02-2018 / 10:38

Apple şirkəti istənilən səthdə, hətta havada yaza bilən stilusu patentləşdirib. Bu, noutbuk və ya monitorlarda quraşdırılan kameranın sensorları sayəsində mümkün olub.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, patent “elektron daxiletmə qurğusundan istifadə etməklə, elektron olmayan səthlərdə məzmunun yaradılması” adlandırılıb.

Bu, o deməkdir ki, Apple Pencil istənilən səthdə hərəkətini rəqəmsallaşdıra biləcək.

Apple mühəndisləri tərəfindən xatırlanan digər alternativ daxiletmə metodu bütün hərəkətləri qeydə alan və basılma gücünə həssas olan ucluqdan istifadə olacaq.

Qələmin üçölçülü sahədə sərbəst hərəkət etdirilməsi 3D-layihələrlə işləməyə imkan verəcək. Patentdə üçölçülü fiqurların çəkilməsi, həmçinin əlyazma qeydlərin yazılması üçün stilusdan istifadə nümayiş etdirilir.

Qeyd edək ki, Apple Pencil hələ ki, yalnız iPad Pro ilə işləyir. Şirkətin bu qurğu ilə bağlı böyük planları olduğu bildirilib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə