Previous Next
Bağla

Qlobal ödəniş sistemlərinin Azərbaycanda tətbiqi niyə ləngiyir?

21-12-2019 08:47
Qlobal ödəniş sistemlərinin Azərbaycanda tətbiqi niyə ləngiyir?

"Gözlənilirdi ki bu ilin sonunadək Apple Pay, Google Pay və.s bu kimi qlobal ödəniş sistemləri Azərbaycanda tətbiq ediləcək. Bir neçə ildir ki, rəsmilər bu haqda açıqlamalar verirlər. Xatırlayıram ki, bu istiqamətdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bir neçə Memorandumu da olmalıydı. Yeri gəlmişkən qeyd edim ki, bu ödəniş sistemləri artıq xeyli vaxtdır Rusiyada, Qazaxıstanda, Gürcüstanda və digər qonşu ölkələrdə geniş şəkildə tətbiq edilir. Bizdə hələlik təmassız ödənişlər sahəsində problemlər qalmaqdadır".

Xeberler.az bildirir ki, bunu ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, söhbət kartlar vasitəsilə deyil, birbaşa mobil telefon aparatı vasitəsilə, POS terminallardan istifadə edərək ödənişi gerçəkləşdirməkdən gedir:

"NFC adlanan bu texnologiya ilə kartdan istifadə etmədən, mobil telefonu POS terminala, və ya hansısa bu tip turniketə yaxınlaşdrımaqla ödəniş etmək mümkündür. Bir sıra ölkələr ictimai nəqliyyatda, alış-veriş mərkəzlərində, müxtəlif xidmətlərin ödənişində bu texnologiyadan effektiv istifadə edirlər.

Xatrılayıram ki, Master Card da ölkəmizdə ilin sonunadək mobil telefonlar vasitəsilə kontaktsız ödəmələrin işə düşəcəyini bildirmişdi. Memorandumlardan sonra hətta bəzi rəsmilər saat, üzük, bilərzik vasitəsilə də təmassız ödənişlər edə biləcəyimizi bildirirdilər. Hələlik isə yalnız Azərbaycan Beynəlxlaq Bankı Visa ilə əməkdaşlıq çərçivəsində Android baza üçün mobil telefon vasitəsilə təmassız ödənişə imkan verir. Digər banklardan, digər ödəniş sistemlərinin tətbiqindən xəbər yoxdur.

Strateji Yol Xəritəsində, 2018-2020-ci illər üçün rəqəmsal ödənişlərin inkişafı üzrə dövlət proqramında nəzərdə tutulmasına baxmayaraq bizdə rəqəmsal ödənişlərin payı çox ləng artır. Ciddi səbəblərdən birisi də “Ödəniş xidmətləri və ödəniş sistemləri” ilə bağlı qanunun qəbul edilməməsidir. Rəqəmsal sahəni tənzimləyəcək bir qanunun bu qədər uzanması sonradan ciddi fəsadlar verəcək.

Maliyyə-bank sektorunda baş verənlər bir daha göstrədi ki, bu qanunun qəbul edilməsində maraqlı olmayan qüvvələr var. Parlament də buraxılıb. Yeni tərkbin formalaşması üçün də bir neçə ay tələb olunacaq.

Prezident son çıxışlarında nağdsız ödənişlərin həcminin artırılmasına xüsusi diqqət yetirib. Dəfələrlə bu istiqamətdə çıxışları olub. Müəyyən irəliləyişlər də əldə olunub. Lakin görünən odur ki, bu sahədə işlər çox ləng gedir. Görünən həm də odur ki, qonşu ölkələr bu sahədə üstünlük əldə etməyə çalışırlar".

Ekspert problemin həlli üçün öz təkliflərini də verib:

"Düşünürəm ki, maliyyə-bank sektorunda ciddi liberallaşma getməlidir. Banklar üçün uzun illər mövcud olan konservativ təlimatlar ləğv edilməlidir. Rəqəmsal bankçılığa mane olan baryerlər aradan qaldırlmalıdır.

Məlum olduğu kimi artıq ASAN-nın AsanFinans kimi müstəqil, alternativ, ciddi bir rəqəmsal bank platforması da var. Hərdən düşünürəm ki, bəlkə AsanPay-ə səlahiyyət verək ki, Apple Pay, Google Pay, PayPal, Samsung Pay və s. adında “Pay” sözü olan bütün qlobal ödəniş sistemləri ilə müqavilələr imzalasın və onların Azərbaycanda tətbiqi sürətlənsin. Adı çəkilən qanunun qəbulunun hələ uzun müddət ləngiyəcəyini nəzərə alaraq, düşünürəm ki, bu prosesləri Prezident Fərmanları ilə daha da sürərtləndirmək olardı".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Çoxları maraqlanır ki, Google Pay istifadəçiyə hansı üstünlüyü qazandıracaq ?

Ekspert: Çoxları maraqlanır ki, Google Pay istifadəçiyə hansı üstünlüyü qazandıracaq ?

23-08-2022
Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

23-08-2022
Azərbaycanda "Apple Pay" və "Google Pay"lə ödənişlərin ümumi məbləği artıb

Azərbaycanda "Apple Pay" və "Google Pay"lə ödənişlərin ümumi məbləği artıb

12-03-2026
Apple Pay və Google Pay-in tətbiqi üçün infrastruktur yaradılır

Apple Pay və Google Pay-in tətbiqi üçün infrastruktur yaradılır

10-09-2019
Nağdsız hesablaşmalar niyə inkişaf etmir?

Nağdsız hesablaşmalar niyə inkişaf etmir?

01-08-2019
Azərbaycanda Apple Pay-la ödəniş  Google Pay-dan 8 dəfə artıq olub

Azərbaycanda Apple Pay-la ödəniş Google Pay-dan 8 dəfə artıq olub

15-02-2023
Google Pay Yelo Bank-da!

Google Pay Yelo Bank-da!

05-09-2022
"Asan Pay" fəaliyyətə başlayıb

"Asan Pay" fəaliyyətə başlayıb

09-01-2015
Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

16-06-2022
Bakı-Sumqayıt qatarlarında elektron ödəniş aktivləşdi

Bakı-Sumqayıt qatarlarında elektron ödəniş aktivləşdi

27-07-2023
Azərbaycanda “Apple Pay” və “Google Pay” ilə aparılmış ödənişlərin məbləği açıqlandı

Azərbaycanda “Apple Pay” və “Google Pay” ilə aparılmış ödənişlərin məbləği açıqlandı

13-06-2023
Apple Pay daha iki ölkədə istifadəyə veriləcək

Apple Pay daha iki ölkədə istifadəyə veriləcək

30-10-2015
Bütün avtobuslarda NFC ödənişləri aktivləşdirilib

Bütün avtobuslarda NFC ödənişləri aktivləşdirilib

29-12-2025
Mastercard Azərbaycanda “Apple Pay kampaniyalarının” başladıldığını elan edib

Mastercard Azərbaycanda “Apple Pay kampaniyalarının” başladıldığını elan edib

03-11-2021
Androd Pay ilə proqram daxili  ödəniş sistemi yaradıldı

Androd Pay ilə proqram daxili ödəniş sistemi yaradıldı

16-12-2015
Ötən il “Apple Pay” və “Google Pay” ilə edilən ödənişlər 2 dəfə artıb

Ötən il “Apple Pay” və “Google Pay” ilə edilən ödənişlər 2 dəfə artıb

10-03-2025
“Apple Pay” və “Google Pay” ödəniş üsulları ilk dəfə “Azercell” tətbiqində

“Apple Pay” və “Google Pay” ödəniş üsulları ilk dəfə “Azercell” tətbiqində

23-12-2024
“iPhone 6” istifadəçilərinin əksəriyyəti “Apple pay”-dən ödəniş edir

“iPhone 6” istifadəçilərinin əksəriyyəti “Apple pay”-dən ödəniş edir

23-05-2015
Bu gündən "BakuBus"larda bank kartları ilə ödəniş mümkün olacaq

Bu gündən "BakuBus"larda bank kartları ilə ödəniş mümkün olacaq

25-12-2025
Samsung Pay sistemindən istifadə edənlərin sayı artıb

Samsung Pay sistemindən istifadə edənlərin sayı artıb

27-10-2015
Sərnişinlər onlayn bilet ödənişlərini  "Apple Pay" və "Google Pay"dən edə biləcək

Sərnişinlər onlayn bilet ödənişlərini "Apple Pay" və "Google Pay"dən edə biləcək

12-01-2026
Bu ölkələr Apple Pay-i qəbul edəcək

Bu ölkələr Apple Pay-i qəbul edəcək

12-06-2015
Alış-veriş zamanı səslə ödəniş imkanı yaradılıb

Alış-veriş zamanı səslə ödəniş imkanı yaradılıb

04-03-2016
Smartfonlar NFC texnologiyasını dəstəkləyəcək

Smartfonlar NFC texnologiyasını dəstəkləyəcək

18-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə