“Auriemma Consulting Group” (ACG) şirkətinin məlumatına görə, hazırda ABŞ-da “iPhone 6” istifadəçilərinin 46 faizi uğurla “Apple Pay” mobil ödəniş sistemindən istifadə edir.
Xəbərlər-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ekspertlər qeyd edib ki, iki ay əvvəl belə istifadəçilərin sayı 42 faiz təşkil edib. Bununla yanaşı, “iPhone 6” istifadəçilərinin 63 faizi "Apple Pay”-dən gündəlik yararlanıb.
Tədqiqat zamanı ABŞ-da 500 “iPhone 6” istifadəçisinin rəyi öyrənilib. “Apple Pay”-dən istifadə edən respondentlərin 67 faizi indi alış-verişi bu ödəniş xidmətini qəbul edən ticarət nöqtələrindən edir.
Bundan başqa, rəyi soruşulanların 51 faizi bildirib ki, “Apple Pay”-dən sonra digər ödəniş üsullarından, o cümlədən nağd ödənişlərdən az istifadə etməyə başlayıb. Bununla bərabər, respondentlərin 45 faizində “Apple” ödəniş həllinin quraşdırılmasında problem yaranıb. “Apple Pay”-də əsas çatışmazlıq kimi istifadəçilər bu ödənişləri qəbul edən pərakəndə satış nöqtələrinin az olmasını hesab edirlər.
“Apple Pay” sistemi istifadəçilərə “MasterCard”, “Visa” və “American Express” kartlarındakı məlumatları “Passbook” əlavəsinə daxil edərək sonradan onlardan alış-veriş ödənişləri üçün istifadəyə imkan yaradır. Ödəniş “iPhone 6” modelinə quraşdırılan “NFC” çipi vasitəsilə həyata keçirilir.
“Apple Pay” vasitəsilə ödənişlər edilərkən yeni kart yaradıldığına görə satıcılar əsas vəsaitlərin olduğu çıxış məlumatlarını almır. Hazırda “Apple”ın ödəniş servisi “McDonalds”, “Apple Store”, “Walgreens”, “Macy's”, “Disney” və digər mağazalar tərəfindən dəstəklənir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri