Azərbaycanın “AS Group Investment” şirkətinə daxil olan “AS-Prom” məhdud məsuliyyətli cəmiyyəti bu il resursqoruyucu texnologiyalardan istifadə edilməklə yüksək texnologiyalı tikinti məmulatları istehsalına başlamağı planlaşdırır.
Xeberler.az Azərtac-a istinadən məlumat verir ki, bu müəssisə Rusiyanın Sverdlovsk vilayətinin Verxnyaya Salda şəhərindəki “Titanovaya dolina” xüsusi iqtisadi zonasında (XEZ) yerləşir.
Layihəyə əsasən, yüksək məhsuldarlıqlı – bir saatda 1800 divar bloku istehsal etməyə imkan verən texnoloji xətt yaradılması nəzərdə tutulur. Layihəyə 185 milyon rubl sərmayə qoyulması planlaşdırılır.
Məlumatda bildirilir ki, cari ilin may ayında şirkət XEZ ərazisində 2,7 hektar torpaq sahəsinin icarəyə götürülməsi barədə müqavilə bağlayıb.
Azərbaycanın “AS Group Investment” şirkəti keçən ilin axırlarında “Titanovaya dolina” XEZ-in rezidenti olub. Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyi yanında Ekspert Şurası bu xüsusi zonada üç yeni layihənin həyata keçirilməsini bəyənib. Onlardan biri “AS-Prom” şirkətinin “Resursqoruyucu texnologiyalardan istifadə edilməklə yüksək texnologiyalı tikinti məmulatları istehsalının yaradılması” layihəsidir.
“AS-Prom” şirkəti bu layihəni beton qarışıqları istehsalı üçün İspaniyada yaradılmış tullantısız texnologiya əsasında “Titanovaya dolina” XEZ-də həyata keçirməyi planlaşdırır. Müəssisənin istehsal gücü bir saatda 1800 divar blokuna, layihənin öz xərcini çıxarma müddəti altı ilə bərabərdir. Azərbaycan şirkəti öz nomenklaturu üzrə regional tikinti materialları bazarının 5-6 faizini mənimsəməyini nəzərdə tutur.
XEZ iqtisadiyyatın yüksək texnologiyalı sahələrinə, idxalı əvəz edən istehsalatlara, gəmiqayırma və turizm sahələrinə Rusiyadan və xarici ölkələrdən birbaşa investisiyalar cəlb edilməsi yolu ilə Rusiya regionlarının inkişafına yönəlmiş geniş miqyaslı layihədir.
Qeyd etmək lazımdır ki, bu layihə “AS Group Investment” şirkətinin Rusiyada həyata keçirdiyi ilk layihə deyil. Məsələn, bu qrupun 2013-cü ildə təsis edilmiş “AS-Stroy” törəmə şirkəti Nijni Tagil şəhərində yaşayış kompleksi tikintisini həyata keçirir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri