Tayvanın “Acer” şirkəti “Kür” zavodunun portativ və planşet kompyuterlərin istehsalı sahəsindəki imkanları ilə tanış olub. Mingəçevırdə yerləşən zavodun infrastrukturu “Acer” şirkəti ilə müzakirə edilən bu cür təklifi nəzərə almağa imkan verir.
Xəbərlər-in verdiyi məlumata görə, bununla yanaşı, Cənubi Koreyanın LG şirkəti ilə işıq-diod işıqlandırma mənbələrinin (LED) istehsalı ilə əlaqədar danışıqlar aparılır. LG şirkətinin müvafiq şöbəsi də “Kür” zavodunun istehsal imkanları ilə yerində tanış olub. Əsas məsələ layihəyə xarici kapitalın cəlb edilməsindən və hazır məhsulun xarici bazarlara çıxarılmasından ibarətdir. Azərbaycan tərəfinin LG şirkəti ilə danışıqlarının predmeti layihə üçün biznes-strukturun yaradılması, eləcə də investisiyaların bölüşdürülməsi və hazır məhsulun satış perspektividir.
İşıq-diod işıqlandırma mənbələri adi közərmə lampalarından fərqli olaraq, sərf edilən elektrik enerjisinə 80 faizə qədər qənaət etməyə imkan verən ekoloji təmiz vasitə hesab olunur.
“Kür” zavodu Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” istehsal birliyi ilə “Sinam” şirkətinin birgə müəssisəsidir. Zavod 2005-ci ildə yaradılıb və Cənubi Qafqaz regionunda kompüter texnikası və elektrotexnikanın konveyer sistemi ilə istehsalı ilə məşğul olan yeganə istehsal müəssisəsidir. (AZƏRTAC)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri