Məlumat veriyimiz kimi, NETTY 2016 İnternet Mükafatının “İlin İKT hadisəsi” nominasiyası üzrə namizədlərin seçilməsi mərhələsi başa çatıb.
Xeberler.az-ın məlumatına görə, bu il qeyd edilən nominasiya üzrə qaliblər aşağıdakı namizədlər arasından seçiləcək:
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi: malların və nəqliyyat vasitələrinin gömrükdə elektron bəyan edilməsi sistemi;
Eurodesign şirkəti: Bakı-2015 – İlk Avropa Oyunlarının IT-infrastrukturunun yaradılması layihəsi;
Azərbaycan Qadınları İKT-də — FEMMES DIGITALES Klubu;
“Microsoft Imagine Cup 2015” layihəsi: Azərbaycan olan komandanın “İnnovasiyalar” kateqoiyası üzrə ikinci yerə layiq görülməsi;
Əlavə olaraq, namizədlərin seçimi zamanı aşağıdakı layihələr də nəzərdən keçirilib:
AccessBank QSC: “myAccess” layihəsi
WOWOMAN: Tech Tech Xanım layihəsi
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti: SAP texnologiyası bazasında vahid idarəetmə platforması;
Qafqaz Universiteti: EQUE elektromobilləri
Qeyd edək ki, yuxarıda qeyd edilən xidmətlərdən ikisi – Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin malların və nəqliyyat vasitələrinin gömrükdə elektron bəyan edilməsi sistemi və AccessBank QSC-nin “myAccess” internet bank platforması “Asan İmza” texnologiyası ilə inteqrasiya edilib və elektron xidmətlərin göstərilməsi prosesində mobil elektron imzadan istifadə edir.
Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi prosesində şəffaflığın və səmərəliliyin ən yüksək səviyyədə təmin edilməsi və bu sahədə vətəndaş-məmur təmasının minimuma endirilməsi məqsədilə ölkədə elektron gömrük bəyannamələrinin tətbiqinə başlanılıb.
Belə ki, cari ilin 4 aprel tarixindən etibarən Elektron Hökumət Portalında (www.e-gov.az) Dövlət Gömrük Komitəsinin malların və nəqliyyat vasitələrinin gömrük sərhədində bəyan edilməsinə dair elektron xidməti fəaliyyət göstərir. Sözügedən elektron xidmətdən “Asan İmza” mobil elektron imza vasitəsilə istifadə edərək vətəndaşlar xaricdən gətirdikləri malları və nəqliyyat vasitələrini gömrük təmsilçiliyi institutu çərçivəsində operativ olaraq onlayn şəkildə gömrük rəsmiləşdirməsindən keçirə bilər.
Elektron gömrük bəyanetmə sisteminin tətbiqi gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılmasına xidmət edir.
Qeyd edək ki, “Asan İmza” texnologiyasının elektron gömrük bəyannaməsi prosesinə uğurlu tətbiqi Dövlət Gömrük Komitəsi ilə bu sahədə səmərəli əməkdaşlıq nəticəsində mümkün olmuşdur və ölkədə gömrük işinin təşkilinə innovativ yanaşmanın bariz göstəricisidir.
AccessBank QSC-nin “myAccess” elektron platforması bankın müştərilərinin öz vəsaitlərini fasiləsiz rejimdə idarə etmək imkanı verən müasir internet bank sistemidir. “myAccess” platforması müştərilərə bank xidmətlərindən asanlıqla və təhlükəsiz şəraitdə istifadə etməyə imkan verən “Asan İmza” mobil elektron imza xidmətini dəstəkləyir.
“myAccess” istifadəçiləri bank hesablarının, kartların, əmanətlərin və kreditlərin idarə edilməsi, pul vəsaitlərinin köçürülməsi və digər əməliyyatlardan yararlana bilər.
“Asan İmza” texnologiyası elektron mühitdə fərdi məlumatların və əməliyyatların tam təhlükəsizliyini və toxunulmazlığını təmin edir, bu isə bu texnologiyanın elektron mühitdə şəxsiyyətin təyin edilməsi məqsədilə istifadə olunan digər ənənəvi alətlərlə müqayisədə ən mühüm üstünlüyüdür.
Bu xususiyyətlərinə görə “Asan İmza” elektron/mobil hökumət infrastrukturunun açar komponentidir və elektron cəmiyyətin formalaşmasına xidmət edir.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri