“Robototexnika və Mühəndislik” Təhsil Mərkəzi yaradılıb

22-05-2015 / 13:51

Mayın 21-də  Bakı Modern Məktəbində "Robototexnika və Mühəndislik" Əlavə təhsil Mərkəzinin rəsmi açılışı olub.

Mərasimdə  Təhsil Nazirliyinin  Təhsil Sisteminin İnfromasiyalaşdırılması idarəsinin nümayəndəsi Orxan Abbasov, BDU-nun dosenti  Ramin Mahmudzadə, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz,  “Əməkdar müəllim” və informatika.az saytının rəhbəri Naidə İsayeva, AMEA  Informasiya Texnologiyaları İnstitunun nümayəndəsi Əlövsət Əliyev , Bakı nəşriyyatının müdiri Zaur İsayev, özəl və ictimai qurumların nümayəndələri, ekspertlər və valideynlər  iştirak edib.

Xeberler.az-ın məlumatına görə, İKT üzrə direktor müavini Gülnarə Səlimovanın rəhbərliyi və təşkilatçılığı ilə məktəbin informatika müəllimləri şagirdlərlə (ibtidai siniflərdə  oxuyan uşaqlar da daxil olmaqla) birlikdə robot texnologiyaları sahəsində fəaliyyətləri barədə  sadə robot və lego-konstruksiyalarını nümayiş etdiriblər.

Qeyd edək ki, tədbirdə robotlar  Mərkəzin işinə məsləhətçi kimi BDU-nun dosenti Ramin Mahmudzadə rəhbərlik edib. 

Tədbirdə məlumat verilib ki, şagirdlər robotları yazdıqları proqram kodları ilə idarə edirlər. Qeyd edilib ki, məktəbdə həftədə 2 saat informatika kursu və 1 saat Robototexnika kursu tədris olunur.

İştirakçılar uşaqların hazırladıqları robotlardan ibarət sərgi ilə tanış olduqdan sonra Dəyirmi Masada müzakirələrini davam etdiriblər.

Dəyirmi Masada məktəbin direktoru Gülarə Əfəndiyeva çıxış edib. O, 3 il ərzində İKT sahəsində məktəbin gördüyü işlər haqqında məlumat verib. Direktor eyni zamanda İKT nailiyyətlərin davam etdirilməsi üçün maddi mənəvi dəstəyin vacibliyini vurğulayıb.

Daha sonra İKT üzrə direktor müavini Gülnarə Səlimovanın çıxışı olub. O bildirib ki, hər il şagirdlərin uğurlu addım atması üçün güclü resursların olması vacibdir .

Tədbirdə AİF prezidenti  Osman Gündüz  çıxış edərək  uşaqların robot sərgisinin  xeyli uğurlu alındığını bildirib. O bildirib ki uşaqların  İKT-yə marağı  gələcəkdə onların maraqlı startap layihələri üzərində işləyə biləcəkləri  deməkdir. Onun sözlərinə görə, bu kimi tədbirlərdən də görünür ki, ölkənin inkişafında vacib rol oynayan İT mütəxəssisləri  artıq  formalaşır. O, Mərkəzin təcrübəsinin öyrənilməsi və digər məktəblərdə yayılmasının faydalı olacağını bildirib.

Naidə İsayeva isə  İKT sahəsinin daha da müasirləşdirilməsi, uşaqların təəfəkkürünün inkişaf etdirilməsində belə  addımların atılmasının vacib olduğunu diqqətə çatdırıb.

Ramin Mahmudzadə  bildirib ki, İKT –nin təhsildə tətbiqi sahəsində əldə olunan  uğurlar  Azərbaycanda bu sahənin inkişafı üçün kifayət qədər resursların olmasını göstərir. 

Dəyirmi Masada AMEA İTİ-nin nümayəndəsi  Əlövsət Əliyev, TSİİ-nin   Data Mərkəzinin nümayəndəsi Orxan Abbasov, Bakı nəşriyyatının müdiri Zaur İsayev , Milli Aviasiya Akademiyasının nümayəndəsi Fuad Dadaşov , Edumedia-nın nümayəndəsi Elxan Əzizov , Ombudsman Aparatından Anara Novruzov və digərləri də çıxış edərək  görülən işləri yüksək dəyərləndirib və maraqlı təkliflər irəli sürüblər.

Şagirdlər qonaqlara tədris meydançalarında özləri yığdıqları robotları nümayiş ediblər, həmçinin  onları idarə edən proqramlar barədə məlumat veriblər.

Tədbirdə qeyd olunan Mərkəzin daha da genişləndirilərək uşaqlar üçün Texno Parka çevrilməsi istiqamətində təkliflər də səsləndirilib.

Ruhəngiz Muradova 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə