Previous Next
Bağla

Elektrikli avtomobillər təbii fəlakətlərdə xilaskar, yoxsa problemdir?

14-11-2022 22:16
Elektrikli avtomobillər təbii fəlakətlərdə xilaskar, yoxsa problemdir?

Elektrikli avtomobillər xüsusilə son 5 ildə çox populyarlaşıb. Bu avtomobillərin nə qədər müsbət tərəfi olsa da, bəzi insanlar  avtomobillərdə akkumulyator səbəbiylə meydana gələ biləcək risklərdən ehtiyat edirlər.

Bu məqamda elektrikli avtomobillərin zəlzələ, daşqın və yanğın kimi təbii fəlakətlərdə nə qədər təhlükəsiz olması ilə bağlı müzakirələr başlayıb. Digər tərəfdən, elektrik enerjisi olmayan bölgələrdə soyuducu və əsas ehtiyaclarını elektriklə işləyən avtomobillərindən təmin edənlər də olur. 

Xeberler.az xarici mediaya istinadən bildirir ki, ötən ay ABŞ-ın cənub-şərqini vuran "İan" qasırğası da bu müzakirələri gündəmə gətirib.

Xatırladaq ki, qasırğa Florida ştatında fəsadlar törədib. Qasırğanın təsirli olduğu bölgədə 400 min insan işıqsız qalıb və çox sayda evləri su basıb. Bundan əlavə, 95 min qeydiyytada olan elektrikli avtomobili olan əyalətdə elektriklə işləyən avtomobillərin yanması xəbəri də gündəmə gəlib. Duzlu suya məruz qalan avtomobillərin akkumulyatorlarının korroziyaya uğraması elektrik avtomobillərinin alışmasına səbəb olub. 

Qasırğadan nə qədər elektrik avtomobilinin zərər çəkdiyi hələlik məlum deyil.

Elektrikli avtomobillər daxili yanma mühərrikli avtomobillərdən daha təhlükəsiz hesab olunur. Bütün elektrikli nəqliyyat vasitələrinin enerji mənbəyi olan litium-ion batareyalarının alışqan olduğu məlumdur. Zədələndikdə qısaqapanma yarada bilən güc elementləri səbəbindən yanğına səbəb ola bilər. Bununla belə, daxili yanma mühərrikli nəqliyyat vasitələrinin istifadə etdiyi benzinlə müqayisədə litium-ion batareyalarının yanğın riski xeyli azdır.

Elektrikli avtomobillərin yanması xəbəri paylaşılsa da, qasırğanın elektrik xətlərində yaratdığı problemin həlli elektriklə işləyən avtomobillərdən gəlib. 

Bloomberg-in hesabatına görə, Westley və Sarah Ferguson adlı cütlük Ford F-150 Lightning-ə bağladıqları uzatma kabeli sayəsində soyuducularını, televizorlarını və lampalarını enerji ilə təmin edə biliblər. Beləliklə, elektrik avtomobil ehtiyat batareya kimi işləyib.

Zəlzələ, sel və fırtına kimi təbii fəlakətlər dünyanın mühüm gündəmlərindən biri olacaq sektor daxilində müzakirə edilən təhlükəsizlik şübhələrini artırır. Ancaq bu iki ifrat nümunə bu müzakirəyə yeni bir ölçü gətirsə də, görünür ki, təhlükəsizlik məsələsinin gələcəyi batareya sahəsindəki Ar-Ge araşdırmaları ilə müəyyən ediləcək.


Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektirikli avtomobillər üçün yollar çəkilir

00-00-0000

Ev üçün elektrik batareyalarının istehsalına başlanılır

02-05-2015

Tesla 11 min avtomobili geri çağırdı

14-10-2017

Elektrikli təyyarə hər kəsi təəccübləndirdi

15-07-2015

Azərbaycan elektromobil idxalını 9 dəfədən çox artırıb

15-02-2023

Tesla 53 min avtomobilini geri çağırır-Səbəb

22-04-2017

Naxçıvan Avtomobil Zavodunda elektromobil istehsal olunacaq

04-10-2018

İlk elektrikli motosiklet hazırlanıb

24-12-2014

Elektrikli avtomobillərin satışı 59 faiz artıb

17-05-2018

Azərbaycan elektromobil idxalını 7 dəfədən çox artırıb

14-07-2023

Avtomobillərin qiyməti dövlət qərarına uyğun tənzimləndi

13-12-2022

Batareyaların sərnişin təyyarələrində daşınması təhlükəli hesab edilir- Müzakirə

29-10-2015

Bu da elektrikli retro maşın

02-01-2011

“Azsamand” avtomobillərinin istehsalı və satışı dayandırılıb

17-11-2010

Las-Veqas tunellərində sürücüsüz “Tesla” avtomobili sınaqdan keçirilir

29-08-2025

Azərbaycan BƏƏ ilə elektrikli avtobusların alışını müzakirə edib

12-02-2026

İnsan enerjisi ilə işləyən batareyalar kəşf edildi

25-12-2009

Azərbaycanda ilk dəfə elektrikli avtomobillərin sərgisi keçiriləcək

02-03-2023

Avtomobilləri enerji ilə doldurmaq üçün yol yaradılır

12-08-2015

Bu ev əşyaları daha çox enerji sərf edir

10-08-2018

Azərbaycanda elektromobillərdən istifadə ediləcək

29-12-2016

Davos 2025: “İntellektual əsrdə sənayelər”

23-01-2025

Sürücüsüz taksilər ekologiyanı yaxşılaşdıracaq

07-07-2015

Azərbaycan gələn ildən yeni avtomobil modelinin istehsalına başlayacaq

11-11-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə