Azərbaycan internet istifadəçilərinin və mobil abunəçilərin sayına görə dünya orta göstəricisini müvafiq olaraq 2 dəfə və 14,3% qabaqlayır. Bütün ev təsərrüfatlarının 53,2%-nin kompüteri, 71,6%-nin isə internetə çıxışı mövcuddur.
Xəbərlər-in verdiyi məlumata görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil edilən “Azərbaycan müasir dünyada” mövzusundakı konfransın materialları arasında yer alan “Heydər Əliyevin İKT siyasəti – uğurlu inkişaf modeli” adlı məqaləsində deyilir.
Nazir qeyd edib ki, Azərbaycanda internetə bütün müasir vasitələrlə çıxış imkanları yaradılıb: “İndi əhalinin 73%-i internet, 55%-i isə genişzolaqlı internet istifadəçisidir, hər 100 nəfərə düşən mobil telefonların sayı 110-a çatıb”.
Onun sözlərinə görə, Azərbaycanda İKT sektoru hazırda aparıcı iqtisadiyyat sahəsi kimi inkişaf edir, eyni zamanda, digər sosial-iqtisadi sahələrin inkişafında və ümumilikdə cəmiyyətin həyatında fəal rol oynayır: “Son 10 il ərzində ölkədə İKT sektorunun həcmi təqribən 20-25% orta illik artım tempi ilə artaraq 2.0 milyard ABŞ dollarını ötüb. Bu müddətdə sektora 3.0 milyard ABŞ dolları qoyuluşu həyata keçirilib və bunun da 80%-ə yaxını yerli və xarici strukturları tərəfindən yatırılıb. Cəmiyyətdə İKT-dən istifadəyə şəraitin yaradılması, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, biznes fəaliyyətinin müasir tələblərə uyğun qurulması üçün məqsədyönlü işlər görülüb”.
Ə.Abbasov bildirib ki, Azərbaycan İKT sahəsinin inkişafı üzrə əldə edilmiş bir çox nailiyyətlərə görə MDB məkanında liderlər sırasındadır: “Məsələn, MDB ölkələri arasında ilk dəfə Azərbaycanda sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb, bütün yaşayış məntəqələri telefonlaşdırılıb və bölgə mərkəzləri fiber-optik şəbəkə ilə birləşdirilib. Ölkənin əhali yaşayan ərazisi tamlıqla çoxproqramlı radio və televiziya yayımı ilə əhatə edilib. Сənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında rəqəmli televiziya yayımı ilk dəfə Azərbaycanda tətbiq olunmağa başlanıb və hazırda bu yayım texnologiyası əhalinin 99%-nin yaşadığı əraziləri əhatə edir”.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri