Bu gün Bakıda Dünya İqtisadi Forumunun IV Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi açılıb və “Dördüncü sənaye inqilabında trendlər” mövzusunda tədbir keçirilib.
Xeberler.az bildirir ki, tədbirdə nazir Mikayıl Cabbarov, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, bir sıra dövlət qurumlarının, elm və təhsil müəssisələrinin rəhbər şəxsləri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkət və startap mərkəzlərinin nümayəndələri iştirak edib.
İqtisadiyyat Nazirliyinin IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev və Dünya İqtisadi Forumunun İcraçı Komitəsinin üzvü, Avropa, Asiya və Yaxın Şərq regionu üzrə rəhbəri Mirek Duşek çıxış edib, davamlı, dayanıqlı inkişafın təmin olunmasında rəqəmsallaşmanın və müasir texnologiyaların rolunu qeyd edib, özəl sektorun bu sahənin inkişafına daha geniş cəlb edilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, Azərbaycanda rəqəmsal iqtisadiyyat ekosisteminin inkişafı üçün böyük potensial var.
Tədbir çərçivəsində “Dördüncü sənaye inqilabına əsaslanan iqtisadiyyat” sessiyası keçirilib. Sessiyada sualları cavablandıran M/Cabbarov 4Sİ texnologiyalarının və rəqəmsallaşmanın dünya iqtisadiyyatının gələcək inkişafına təsirləri barədə fikirlərini bölüşüb. O, bildirib ki, bu prosesdə Azərbaycanın mövqeyinin gücləndirilməsi və aparıcı ölkələr sırasında yer alması qarşımızda duran məqsədlərdəndir. Bu istiqamətdə Dünya İqtisadi Forumu və onun Dördüncü Sənaye İnqilabı Şəbəkəsi ilə əməkdaşlıq, dünyada az sayda olan IV Sənaye İnqilabı mərkəzlərindən birinin Azərbaycanda fəaliyyətə başlaması mütərəqqi texnologiyaların sürətli tətbiqinə, vətəndaşlara və ictimai marağa xidmət göstərməsinin təmin edilməsinə, rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək.
B.Brende MDB regionunda ilk dəfə Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinin Bakıda mərkəzinin açılmasının əhəmiyyətini, iqtisadiyyatın şaxələndirilməsi və investisiyaların cəlb edilməsi baxımından önəmini vurğulayıb. O, qeyd edib ki, Azərbaycanın rəqəmsallaşmanın genişləndirilməsi hədəfi üzrə qətiyyəti ölkəmizin regional bilik mərkəzinə çevriləcəyinə əminlik yaradır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri