Previous Next
Bağla

Azərbaycan İT şirkətləri vakansiya elan edib-Tələblər

25-12-2017 10:59
Azərbaycan İT şirkətləri vakansiya elan edib-Tələblər

“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” (AZİNNEX) Özbəkistan nümayəndəliyi üçün Ölkə meneceri vakansiyası üzrə işçi axtarır.

Bu barədə Xeberler.az-a AZİNNEX-dən məlumat verilib.

Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu Azərbaycanın 10 ən qabaqcıl İT şirkətləri tərəfindən yaradılmışdır.

Konsoriumun işi, üzv şirkətlərin məhsul və xidmətlərinin beynəlxalq bazarlarda tanıtımını və satışını təşkil etməkdir. Ölkə menecerinin Özbəkistan Respublikasında yerləşəcək nümayəndəliyə rəhbərlik etməsi və adıçəkilən ölkədə fəaliyyət göstərməsi nəzərdə tutulur.

Yaradılacaq nümayəndəliyin əsas fəaliyyət istiqamətləri “Azərbaycan İnnovasiyalar İxracı Konsorsiumu”nun fəaliyyətini Özbəkistanda təşkil etmək, Özbəkistanda mövcud tenderləri araşdırmaq, uyğun tenderlərlə bağlı məlumatları toplamaq, tenderlərə müraciətlər etmək, tender elan etmiş şirkət və ya qurumlarla görüşlər keçirərək AZİNNEX haqqında məlumatlandırmaqdır.

Ölkə menecerinin əsas vəzifələri:

Özbəkistan Respublikasında Azərbaycanın istehsalı olan innovativ məhsulların potensial müştərilərə çıxışını təmin etmək, ölkə iqtisadiyyatının təhlili və onun Konsorsiumun marketinq fəaliyyətinə təsirinin müəyyən edilməsi

Potensial müştərilərdən müraciətlərin qəbulunu həyata keçirmək, özəl və dövlət qurumlarıyla əməkdaşlıqlar qurmaq və bu qurumlardan daxil olan müraciətləri araşdırmaq və aidiyyəti üzrə cavablandırmaq, ölkədə mövcud dövlət proqramlarını, inkişaf konsepsiyalarını araşdırmaq və əməkdaşlığın həyata keçirilməsi üzrə təkliflər hazırlayaraq Bakı ofisinə çatdırmaq;

Özbəkistanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla və biznes subyektlərlə qarşılıqlı əlaqələr yaratmaq və birgə layihələri həyata keçirmək üçün təkliflər planı hazırlamaq;

Mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsi və yeni məhsulların bazara çıxarılması ilə bağlı müvafiq təhlillərin hesabatların hazırlanması və təqdim edilməsi;

“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun müvafiq fəaliyyət mexanizminə uyğun olaraq Özbəkistan Respublikasının müxtəlif bölgələrində forumların, konfransların, sərgilərin və ya bu kimi tədbirlərin keçirilməsinə dair təkliflər hazırlamaq;

Fəaliyyət istiqaməti üzrə Özbəkistanın müvafiq qurumları ilə sazişlərin (o cümlədən, müqavilə, anlaşma memorandumu, niyyət protokolu və s.) layihələrinin hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək;

Ölkə üzrə, özəl və dövlət sektorunda həmçinin beynəlxalq təşkilatlar tərəfindən keçirilən tenderlərin araşdırılması, emal edilməsi və katibliyə ötürülməsi;

Konsorsium tərəfindən seçilmiş olan tenderlərdə iştirak üçün tələb olunan sənədlər barəsində məlumatlar toplamaq, həmin tenderlərdə konsorsium nümayəndəsi şəklində çıxış etmək;

Azərbaycan İnnovasiyaların İxracı Konsoriumun (AZİNNEX) fəaliyyəti ilə bağlı bilavasitə İcraçı Direktorun və Konsorsiuma üzv şirkətlərin xidməti tapşırıqlarını yerinə yetirmək;

Konsoriumun işinin təşkili və tənzimlənməsi haqqında təlimata riayət etmək.

Namizədə tələblər:

Tələb olunan namizədlər aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:

Biznesin idarə edilməsi və təşkili, İT Management, İnnovation Management, Beynəlxalq iqtisadi münasibətlər, Marketinq üzrə tam ali təhsil (MBA və EMBA üstünlükdür);

İnformasiya texnologiyaları və innovasiyalar sahəsində son innovativ yeniliklərdən və trendlərdən xəbərdar olmalı;

Rus və ingilis dillərini səlis bilmək (özbək dilini bilməsi üstünlükdür);

Müvafiq sahədə minimun 3 il iş təcrübəsi;

Satış və araşdırma bacarıqlarına malik olmaq;

Lazım olduqda Azərbaycana çağırılma və ya Özbəkistanın müxtəlif regionlarına və ya başqa ölkələrə ezam olunmağa hazır olmaq;

Xüsusi layihə idarəetmə vasitələrini bilməsi (Layihənin İdarəetmə metodikası, logframe və s.)

Yüksək səviyyədə təşkilatçılıq səriştəsi;

Təşəbbüskarlıq, innovasiyalar sahəsi üzrə vizyona malik olmaq

Qərarvermə qabiliyyəti;

Analtik araşdırma bacarıqlarına malik olmaq;

Tenderlərdə iştirak təcrübəsi.

Əmək haqqı – sabit maaş olaraq razılıq əsasında müəyyən ediləcəkdir. Əmək haqqına əlavə olaraq satışdan əldə olunan gəlirdən öncədən razılaşdırılmış faiz bonus şəklində ödəniləcəkdir.

Özbəkistanda daimi yaşayış yeri olmayan şəxsə kirayə ev Konsorisum tərəfindən təmin ediləcək.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Özbəkistan-koordinator” başlığı altında [email protected] elektron ünvanına 15 yanvar 2018-ci ilə qədər göndərə bilərlər. 

Xeberler.az

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AZİNNEX və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

09-10-2019

Dövlət Agentliyinin sədri AZİNNEX üzvləri ilə görüşüb

03-09-2020

“İnnovasiyaların İxracı Konsorsiumu”nun iclası keçirilib

15-12-2017

Azərbaycan innovasiyalarının ixracı üçün Asiya və Afrika diqqət mərkəzindədir

23-07-2019

AZINNEX–in hesabat tədbiri keçirilib

23-11-2018

İT şirkətlərimiz ixracı artırmaq üçün birləşdi

07-07-2017

AZINNEX Özbəkistanda nümayəndəlik açır

02-04-2018

AZINNEX-in İdarə Heyətinin növbəti görüşü keçirilib

30-03-2018

Azərbaycan İnnovasiyalar Evi niyə İT şirkətlərinin deyil, SOCAR-ın dəstəyi ilə yaradılıb?

21-02-2020

İİTKM-də informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

15-03-2021

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019

İKT Konsorsiumu 2018-in hədəflərini açıqlayıb

14-02-2018

Özbəkistanın dövlət qulluqçuları “ASAN xidmət”in təcrübəsini öyrənirlər

03-02-2025

Azərbaycanın “ASAN xidmət” modeli Daşkənddə təqdim olunub

02-06-2025

AZCON-un vəzifə və hüquqları açıqlanıb

15-01-2025

Azərbaycan və Özbəkistan IT şirkətləri daha sıx əməkdaşlıq edir

04-06-2025

İT şirkət məhsullarını Afrika bazarına çıxarır

05-03-2018

Özbəkistan blockchain və kriptovalyutaları leqallaşdırdı

11-07-2018

İnnovasiyalar Mərkəzi proqramçı axtarır- Tələblər

18-01-2018

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində AZİNNEX üzvləri ilə görüş keçirilib

08-04-2021

Özbəkistanla sosial əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

27-12-2024

İnnovasiyalar Agentliyinin Nizamnaməsi təsdiqlənib

23-02-2019

Şirkətlər xarici dilləri bilən İT mütəxəssis axtarır

21-11-2015

AZINNEX: "İT məhsulları 30-dan çox ölkəyə ixrac edilir"

25-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə