Previous Next
Bağla

Azərbaycan kinoteatrlarının heç birində tam formada onlayn bilet satışı yoxdur

13-04-2015 15:11
Azərbaycan kinoteatrlarının heç birində tam formada onlayn bilet satışı yoxdur

İnformasiya cəmiyyətinin inkişafı nəticəsində   insanlar artıq ehtiyaclarıının çox hissəsini elektron formada həyata keçirməyə üstünlük verirlər.

Bu baxımdan müxtəlif sahələrdə onlayn bilet satışının mövcud olması mühüm əhəmiyyət kəsb edən məslələrdəndir.

Bir müddət öncə Xəbərlər nəqliyyat sistemində onlayn bilet satışı məsələsini araşdırıb. Araşdırma zamanı müəyyən olunub ki, əslində avtobus və qatarlar üçün onlayn bilet satışı alayarımçıq formadadır. Onlayn olaraq alınan bileti mütləq oflayn olaraq kassalardan götürmək lazım gəlir. 

Bu dəfə isə Xəbərlər kinoteatrlara onalyn bilet satışı məsələsini araşdırıb.
Sosial həyatda  insanların üz tutuqları məkanlardan kinoteatrlar həmişəki yerini qoruyub saxlayır.
Əksər insanlar asudə  vaxt tapan kimi, dostları, əzizləri ilə film izləməyi daha üstün tutur. Lakin bəzən işdən və ya hər  hansı səbəbdən dolayı insanlar hər dəfə kino bileti üçün kinoteatrların kassalarına gedə bilmirlər və biletləri onlayn əldə etmək istəyirlər.
Yəni, onlayn biletin əhəmiyyəti odur ki, kinoya baxmaq istəyən şəxslər real bileti elektron formada, kino-teatrın kassasına getmədən əldə edə bilirlər. Bu da insanlara vaxt qazandırır və onlar  elektron biletlərini özləri çap edib, rahat şəkildə  növbə gözləmədən filmə daxil ola bilirlər.

Görəsən ölkəmizdə fəaliyyət göstərən kinoteatrlara onlayn bilet almaq  mümkündürmü? Ümmumiyyətlə, bu fəaliyyət necə həyata keçirlir?

“Ödənişi 30 dəqiqə ərzində yerinə yetirmək lazımdır, əks təqdirdə bron ləğv edilir”.

 “28 Cinema” kinoteatr mərkəzində biletləri onlayn əldə etmək mümkündür. Bunun üçün Cinema-nın saytında göstərilənləri izləmək lazımdır. Belə ki, sayta daxil olanda “bilet almaq” bölməsi var. Bölmədə filmi, tarixi, seansın vaxtını seçib “Zalı göstərmək” düyməsini basmaq lazımdır.
Saytda sifarişçilər üçün bəzi məqamlar vurğulanıb. Qeyd edilir ki, “yükləmə” mesajını uzun müddət gözləyirisinizsə, səhifəni yenidən yükləmək lazımdır. Bakcell istifadəçiləri isə hər həftənin cümə axşamı “Ulduzum” kodunu təqdim etməklə hər ikinci kino biletini pulsuz əldə edə bilirlər.
“28 Cinema”dan onlayn bilet əldə etmək üçün göstərilən bəzi məqamları diqqətə almaq lazımdır. 
Qeydiyyatdan keçərkən zalın sxemində boş yerləri seçmək, kredit kartının tipini seçib  və “Sifarişi rəsmiləşdirmək” düyməsinə basmaq lazımdır.
Bilet alışı xidmətindən istifadə etmək üçün şəxsi məlumatlar – E-mail ünvanı və telefonu daxil etmək  zəruridir.  Sifariş edilən kino biletinin kodu e-mail ünvanına  göndərilir.

Lakin bir məqamı vurğulayaq ki, kodlar e-mailə göndərilsə də, istifadəçilər  onlara göndərilən kodu - elektron bileti çap edə bilmirlər. Belə ki, bununla sistem  yalnız yerləri sifarişçi üçün bron edir.   Ödənişi 30 dəqiqə ərzində yerinə yetirmək lazımdır, əks təqdirdə bron ləğv edilir.  Sifarişin nömrəsini istifadəçi özündə qeyd edir, sonra  filmin başlamasına bir neçə dəqiqə qalmış onu kinoteatrın kassasında təqdim edir və yalnız həmin vaxt ona real bilet verilir.

Sifarişin detallarına bir daha nəzər salmaq üçün,  ödəniş həyata keçdikdən sonra istifadəçi   kinoteatrın saytına geri yönləndirilir. (http://28cinema.az)

 “Cinema City”-dən onlayn bilet əldə etmək üçün xüsusi bölmə yoxdur. Əvvəlcədən bilet əldə etmək üçün +99412) 428 27 82 nömrəsi ilə əlaqə saxlamaq lazımdır. ( www.cinema-city.az)

“Bron olunmuş yerlər seansa 40 dəqiqə qalmış satışa çıxarılır”. 

Park Cinema-nın (https://parkcinema.az) müxtəlif yerlərdə yerləşən (ParkCinema ParkBulvar, ParkCinema Flame Towers. ParkCinama MetroPark, ParkCinama Amburan, ParkCinama Zaqulba) bölmələrindən əvvəlcədən bilet sifariş etmək üçün (+994 12) 598 74 14 nömərisi və ya ödənişlik 119 qısa nömrəi islə əlaqə saxlamaq  mümkündür.Həmçinin bu saytda da yerləşdirilən filmlərin üzərinə  klik edib, bəzi  mərhələlərdən keçməklə onlayn bilet əldə etmək mümkündür. 

Park Cinema-dan bron olunmuş yerlər seansa 40 dəqiqə qalmış satışa çıxarılır.
Qeyd edək ki,  burada da “28 Cinema”-da olduğu kimi, yerlər bron edilir. Yəni yenə də elektron bileti real kağız formasında çap etmək mümkün olmur.
Onlayn formada  əldə olumuş biletin   kodunu  kinotetrın kassasında olan aparata  daxil etməklə  və yaxud  kassalarından  əldə etmək olar.

Nizami Kinoteatrından verilən məlumata görə,  kinoteatrdan onlayn bilet almaq mümkün deyil. Yalnız kassaya yaxınlaşıb bilet almaq olur.

Məsələ ilə bağlı İT   sahəsində çalışan mütəxəssislər fikirlərini Xəbərlər-lə bölüşüb.Onlar əslində onlayn biletin nə demək olduğunu və necə həyata keçirilməsi barədə danışıblar.

“Buna onlayn bilet satışı demək düzgün deyil. Müştəri sadəcə  bileti  müvəqqəti olaraq bron edir”.

Müxtəlif ölkələrdə xeyli sayda mobil və ya veb resurslar tapmaq olar ki, onların vasitəsilə kino-teatrlara onlayn bilet əldə etmək mümkündür. Ölkəmizdə isə hələlik bu tip resurslar azdır.
Bir müddət öncə   kino seçiminə köməklik məqsədilə  KinoTap (www.kinotap.com) yaranıb. Layihənin  rəhbəri isə startapçı Şaiq Muradovdur.
Qeyd edək ki, KinoTap- da kino biletlərinin onlayn satışı ilə maraqlanırdı və saytda bu imkanın da olacağı  gözlənilirdi.
Məsələ ilə bağlı Şaiq Muradov bildirib ki,   kinotap.com -da hələlik onlayn  bilet sifariş etmə imkanı yoxdur.

GoldenPay şirkətinin və Hesab.az portalının yaradıcısı Fərid İsmayılzadə deyir ki, portaldan “Park Cinema”nın bütün kinoteatrlarına  onlayn bilet almaq mümkündür. O qeyd edib ki, bu əslində biletlərin bron olunması anlamına gəlir. Yəni , istifadəçiyə göndərilən kod filmə bir neçə dəqiqə qalmış kassadakı xüsusi aparata daxil edilir , yaxud  kassirə təqdim olunur və o zaman müştəriyə  real bilet verilir:

“Bunun ən böyük üstünlüyü kinoteatrda yerin rezerv edilməsidir. Yaxşı yer seçmək üçün kinoteatra saatlar öncə getməyə ehtiyac yoxdur”.

 Onun sözlərinə görə, portalda yaxın vaxtlarda “28 Cinema”-nın da kinoteatrlarına onlayn bilet (bron) almaq olacaq.

 Fərid İsmayılzadə onu da qeyd edib ki, ölkədə onlayn bilet satışı kinoteartların saytlarından başqa yalnız hesab.az portalında mümkündür.

Xatırladaq ki,  hesab.az-da həm də Azərbaycanda və xaricdə təşkil olunan konsertlərə, tədbirlərə, idman oyunlarına biletlərin satışı nəzərdə tutulub.

"Azərbaycanda bileti geri qaytarmaq sistemi də yoxdur".

Happy Baku şirkətinin direktoru Vüsal İsayev ölkəmizdəki kinoteatrların bu sahədəki fəaliyyətindən danışıb. O, həmçinin dünya təcrübəsində onlayn bileti necə əldə etmək olduğunu da qeyd edib.
Vüsal İsayev deyib ki, elekron bilet odur ki, elektron qaydada bilet alınır və mail ünvana xüsusi kod ilə  bilet göndərilir və budan sonra istifadəçi  həmin kodla  seçdiyi filmin biletini real  bilet formasında çap edə bilir.
“Bu o deməkdir ki, vətandaş  həmin kodla filmə kassaya yaxınlaşmadan da  daxil ola bilər “-deyə,  Vüsal İsayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən heç bir konoteatrda bu imkanlar mövcud deyil. Yəni, onlayn bilet əldə etmək olmur, sadəcə əvvəlcədən sifariş (bron) etmək mümkündür:

“Buna onlayn bilet satışı demək düzgün deyil. Müştəri sadəcə  bileti  müvəqqəti olaraq bron edir.  Çünki o, mütləq kinonun başlamasına 40 dəqiqə qalmıs kodla kassaya yaxınlaşmalıdır. Həmin vaxt bilet çap edilir.  Bundan sonra  müştəri  kino zalına daxil ola bilir. Bu,  müvəqqəti bronlaşdırmadır. Çünki müştəri film başlayan vaxt gedib çata bilməsə, onun  ödənişini  etdiyi bilet başqa adam tərəfindən alına bilir, yəni kassa onu satır”.

Vüsal İsayev onlayn kino bileti ilə bağlı bəzi məqamlara da aydınlıq gətirib.
O deyib ki, yaxınlarda “28 Cinema”-dan onlayn bilet sifariş   etmək istəyib, lakin vaxtını yanlış qeyd edib. Sonra biletin vaxtını dəyişmək istəsə də, mümkün olmayıb  və o, məcburən yenidən ödəniş edərək bilet alıb.

Vüsal İsayev vurğulayıb ki,  Azərbaycanda bileti geri qaytarmaq sistemi də yoxdur.

Kinoteatrlardan onlayn bilet almaq istəyən vətəndaşlar da məsələ ilə bağlı narazılıqlarını bildiriblər.

"Seans bitəndən sonra kod gəlir".

ParkCinema-dan onlayn bilet alan Fuad Hacıyev deyir ki, tez-tez onlayn bilet sifariş edir. Hər dəfə isə problemlə qarşılaşır.

“Əslində bizə kod gəlir, biz o kodla bileti çap edə bilərik. Amma həmişə problem olur və kod gəlmir. Amma hesabımızdan pul çıxılır. Qeyd olunur ki, sistemdə texniki problem olur. Bəzən də, seans bitəndən sonra kod gəlir və buna görə kod gəlməyəndə məcbur qalıb kassadan yenidən  bilet alırıq”.

Məltəm Talıbzadə

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Onlayn bilet satışı sistemində problemlər yaranıb

09-12-2015

Hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq

22-06-2018

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb

08-05-2025

Sərnişinlər geri dönüş biletini onlayn ala bilmir- Problem

29-09-2015

Dəmir Yolunda onlayn bilet satışı bərpa olundu

29-01-2016

“Biletim.az” ilə onlayn bilet alanların sayı 2 dəfə artıb

05-06-2025

AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

08-04-2026

Ulduzum abunəçiləri üçün Park Cinema-dan pulsuz bilet

28-12-2015

Sərnişinlər onlayn bilet ödənişlərini "Apple Pay" və "Google Pay"dən edə biləcək

12-01-2026

Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

03-09-2025

“Biletim.az” üzərindən onlayn bilet satışı 2 dəfə artıb

10-03-2026

"Biletim.az" portalına yeni funksiya əlavə olunub

05-05-2026

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artır

11-07-2025

Onlayn bilet satışında nə problem var?

22-12-2015

Bakı-Gəncə qatarına onlayn bilet satışı müvəqqəti dayandırılacaq

10-11-2022

Onlayn bileti əldə etmək üçün kassaya getməlisiniz - Problem

27-03-2015

Şuşa, Ağdam və Füzuliyə getmək istəyənlərin nəzərinə-Onlayn bilet satışı başlayır

24-11-2022

Facebook onlayn bilet satışına başlayır

05-12-2015

Elektron bilet satışı ləğv olunmayıb - Rəsmi açıqlama

08-02-2016

Park Cinema şəbəkəsi Hesab.az-a qoşuldu

28-11-2014

Heydər Əliyev Mərkəzinin mobil tətbiqi istifadəyə verilib

02-07-2015

Muzey ziyarətləri üçün onlayn bilet almaq mümkün olacaq

19-02-2019

Qanunsuz bilet satan şəxslər saxlanılıb

10-12-2025

Events.az-dan yeni xidmət

16-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə