Azərbaycan nümayəndə heyəti “PostEurop” təşkilatının rəsmiləri ilə görüşüb

17-09-2025 / 20:13

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “PostEurop” təşkilatının (Avropa Poçtu) Baş katibi Botond Szebeni və İdarə Heyətinin sədri Elena Fernandez-Rodriguez ilə görüşüb.

Xeberler.az bildirir ki, görüşdə Azərbaycanın ÜPİ-nin Poçt Əməliyyatları Şurası və Administrativ Şuraya namizədliyinə dəstək ifadə olunub, poçt sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin poçt rabitəsi xidmətlərində innovativ yanaşmalar və rəqəmsallaşmanın tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb.

“PostEurop” təşkilatının rəsmiləri qurumun Baş Assambleyasının gələn il Azərbaycanda keçirilməsini təklif ediblər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə