Previous Next
Bağla

Azercell paralimpiyaçılara dəstək olur

03-08-2017 14:46
Azercell  paralimpiyaçılara dəstək olur

Azercell Telekom MMC-nin dəstəyi ilə yaradılan Uşaq Paralimpiya Komitəsi fəaliyyətini uğurla davam etdirir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, komitədə idman növlərinin sayı artırılaraq 6-ya çatdırılıb.

İndi uşaqlar burda boccia, üzgüçülük, stolüstü tennis, cüdo, qolbol və əlil arabasında idman rəqsi ilə məşğul olurlar. Mərdəkan və Gənclik bərpa mərkəzlərində 32 uşaq boccia, Sumqayıt Paralimpiya kompleksində 40 nəfər üzgüçülük, Qaradağ tennis məktəbində 6 nəfər stolüstü tennis, Sumqayıt Paralimpiya Kompleksində 32 nəfər cüdo, Korlar Cəmiyyətinin binasında 20 nəfər qolbol, AF Mall ticarət mərkəzinin rəqs zalında isə 1 nəfər əlil  arabasında idman rəqsi ilə məşğul olur. Bundan əlavə, Azercell-in dəstəyi ilə iyun ayında Naftalan Qaşaltı otelində təlim-məşq toplantısı keçirilib və bir qrup paralimpiyaçı uşaq müalicə-müayinə olunub.

Uşaq Paralimpiya Komitəsinin bu il üçün planları da artıq hazırdır. 4-9 sentyabr  tarixlərində 2 idmançı Moskvada boccia idman növü üzrə keçirilən Beynəlxalq turnirdə iştirak edəcək. 2017-ci ilin noyabr ayında isə III Uşaq Paralimpiya İdman  Oyunları keçiriləcək.

2014-cü ildən Azercell şirkətinin dəstəyi ilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi və ölkəmizin müxtəlif ərazilərindən uşaq və gəncləri öz ətrafına toplayıb. Komitədə 50-dək uşaq idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb.

Onu da qeyd edək ki, yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəsini artırmaq üçün köməyini əsirgəməyən Azercell Telekom Uşaq Paralimpiya Komitəsinə dəstəyə görə Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) tərəfindən qiymətləndirilərək xüsusi mükafata layiq görülüb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

27-04-2016

Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya Oyunları keçirilib

11-11-2016

Azercell Uşaq Paralimpiya Komitəsinə dəstəyi davam etdirir

13-04-2018

Azercell Uşaq Paralimpiya İdman Oyunlarına dəstək olub

12-12-2017

"Azercell Telecom"un dəstəyilə “Uşaq Paralimpiya kuboku” turniri keçirilib

08-06-2023

Azercell-in dəstəyilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verilib

23-11-2021

Uşaq paralimpiyaçılarımız qələbə ilə döndü

11-09-2017

Uşaq paralimpiyaçılarımız beynəlxalq yarışda

19-08-2017

Azercell I Uşaq Paralimpiya Oyunlarını dəstəkləyir

06-11-2015

Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək

19-12-2025

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi "Azercell"i təltif etdi

18-01-2023

Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib

23-12-2025

Azercell və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir

10-04-2025

Azercell-in dəstəyi ilə V Uşaq Paralimpiya Oyunları keçiriləcək

31-10-2019

Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub

28-12-2021

IV Uşaq Paralimpiya oyunları keçirilib

15-11-2018

Uşaq Paralimpiya Komitəsi işini onlayn davam etdirir

01-05-2020

Azercell-in dəstəyi ilə beşinci Uşaq Paralimpiya Oyunları keçirilib

15-11-2019

Azercell Paralimpiyaçı idmançılarımıza da dəstək olur

24-08-2021

Azercell prezidenti mükafatlandırıldı

10-12-2016

Uşaq Paralimpiya Komitəsi ötən il reallaşdırdığı təşəbbüsləri açıqlayıb

29-01-2021

Azercell Tokio-2020-nin qaliblərini təbrik edib

13-10-2021

Azercell Milli Paralimpiya Komitəsi ilə 3 saylı Uşaq evini ziyarət edib

18-03-2026

Nar Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

19-06-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə