Previous Next
Bağla

Azərbaycan xarici bazara yeni məhsul ixrac etməyə başladı

10-08-2018 14:17
Azərbaycan xarici bazara yeni məhsul ixrac etməyə başladı

Dünyada Made in Azerbaijan markasını təmsil edən Sumqayıt Texnologiyalar Parkı (STP) daha bir ilkə imza atıb.

Xeberler.az məlumat verir ki, STP Azərbaycanda ilk dəfə olaraq xarici bazara yanğına davamlı halogen-free kabel məhsullarının ixracını həyata keçirib

Müəssisə Qazaxıstanın ərazisinə və əhalisinə görə ən böyük şəhərlərindən biri olan Qızıl Ordada yeni Kyzylorda Plaza layihəsinin icrası üçün böyük həcimdə kabel məhsulları ixrac edib.

Qeyd edək ki, ümumi sahəsi 30 min kvadrat metr ərazidə inşa edilən Kyzylorda Plaza Qazaxıstanın ən iri alış-veriş mərkəzlərindən biri olacaq. Xarici bazarda məhsulları ilə geniş yer alan müəssisə ümumilikdə kabel ixracı ilə bağlı Gürcüstan, Qazaxıstan, Tacikistan və Qırğızıstan ilə iri məbləğdə müqavilələr bağlayıb. Hazırda imzalanmış müqavilələr icra edilməkdədir. STP gələcəkdə Asiya bazarına olan əməliyyatlarını artırmaq, həmçinin Qərbi Avropa və Afrika bazarlarına da daxil olmağı hədəfləyir.

Bildirək ki, müəssisənin kabel Zavodunda 28 min çeşiddə 500 kV-a qədər orta, yüksək və ifrat yüksək gərginlikli güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar rəqabətqabiliyyətli olub, həm yerli, həm də xarici bazarlarda geniş yayılıb.

STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statustu alıb. Regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartları da tətbiq olunur.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sumqayıt Texnologiyalar Parkı daha bir ilkə imza atdı

08-10-2018

STP beynəlxalq sertifikatlar əldə edib

20-04-2018

STP-nin Kabel Zavodu daha bir ilkə imza atıb

30-06-2016

Sumqayıt Texnologiyalar Parkı 148 yaşlı qlobal şirkətlə anlaşdı

26-02-2019

Azərbaycanda ilk dəfə gəmi istehsalında yerli kabellərdən istifadə ediləcək

08-05-2023

Tacikistan nümayəndə heyəti STP-in fəaliyyəti ilə tanış olub

17-07-2017

STP Rusiyanın ən iri şirkətləri ilə əməkdaşlıq edəcək

05-04-2019

STP-nin son 2 il ərzində əldə etdiyi nailiyyətlər uğurlu kadr siyasətinin nəticəsidir

07-02-2019

Azərbaycan kabel ixracına başlayır - I rübdə 14.4 milyon dollarlıq satış

29-04-2023

Azərbaycanda Macarıstanın “İkarus” avtobusları istehsal ediləcək

26-04-2023

Azərbaycan Texnoparklarının uğurları davam edir

14-08-2019

Azərbaycanda istehsal edilən məhsul və xidmətlərin ixrac portalı yaradılıb

24-10-2016

YTP məhsulları Azexport-la ixrac olunacaq

16-04-2018

AMEA-nın "Yüksək Texlonogiyalar Parkı"nda diod və mikrosxem istehsal ediləcək

10-01-2022

Sumqayıt Texnologiyalar Parkında yeni Baş İcraçı Direktor təyin olunub

22-01-2021

Prezident İlham Əliyev Sumqayıtda SOCAR karbamid zavodunun açılışında iştirak edib

16-01-2019

“Azexport” Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib

17-06-2025

Naxçıvanda Sənaye Parkı yaradılacaq

05-06-2023

Azərbaycanlı alim Xəlil Kələntər AMEA Yüksək Texnologiyalar Parkının qonağı olub

04-05-2022

“Təcrübə-Sənaye Zavodu” festivala rəqabətə dözümlü məhsullar təqdim edəcək

04-05-2022

"Azexport" daha bir məhsula Sərbəst Satış Sertifikatı verib

09-10-2025

Yüksək Texnologiyalar Parkının yaranmasından 4 il ötür

07-11-2020

Azərbaycanda ilk sənaye partlayıcıları zavodu inşa edilir

15-02-2023

Prezident sərəncam imzalayıb

20-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə