Previous Next
Bağla

STP-nin son 2 il ərzində əldə etdiyi nailiyyətlər uğurlu kadr siyasətinin nəticəsidir

07-02-2019 17:16
STP-nin son 2 il ərzində əldə etdiyi nailiyyətlər uğurlu kadr siyasətinin nəticəsidir

Sumqayıt Texnologiyalar Parkı (STP) Azərbaycanın və regionun sənaye malları istehsal edən ən iri mərkəzlərindən biridir.

Xeberler.az  bildirir ki, bu gün Texnoparkda 2000-ə yaxın  əməkdaş fəaliyyət göstərir və bu say tələbin artması ilə on min nəfərə qədər yüksələ bilər. Təbii ki, bu da minlərlə yeni vakansiyaların açılması deməkdir.

Son iki il ərzində STP haqqında yalnız müsbət xarakterli xəbərlər əldə edilir. Xüsusi ilə də yeni məhsulların yaradılması, mövcud məhsulların iri həcmli layihələrə təchiz olunması, müxtəlif ölkələrə edilən uğurlu ixracat əməliyyatları kimi aktiv fəaliyyətləri misal çəkə bilərik. Təbii ki, bütün bunlar son iki ildə Texnoparkın rəhbərliyinin apardığı uğurlu kadr siyasətinin nəticəsidir.

Xüsusi ilə vurğulamaq lazımdır ki, Texnopark son 1 il ərzində Qazaxıstan, Tacikistan, Rusiya, Türkiyə, Gürcüstan, Almaniya, Danimarka, İngiltərə kimi ölkələrə müxtəlif adlarda məhsullar ixrac etməyi bacarıb. Əldə olunmuş bu nailiyyətlərdə istifadə olunan ən son texnologiyaların, keyfiyyətli xam maddələrin, nəzarət olunan xüsusi tələblərin əhəmiyyəti çox böyükdür. Amma hesab edirik ki, bu uğurun arxasında gizlənən başlıca səbəb STP-nin apardığı uğurlu kadr siyasətidir. Çünki müasir avadanlıqların çalışması üçün yüksək kvalifikasiyalı əməkdaşlar tələb olunur.

Sumqayıt Texnologiyalar Parkı uğurlarını artırmaq məqsədilə yüksək kvalifikasiyalı əməkdaşların cəlb edilməsi üçün tələb olunan müasir çalışma mühiti yaratmağı bacarıb.  Əməkdaşları üçün yeniliklərə açıq olan şirkət, rəqabətli mühit, müxtəlif növ imtiyazlar təklif edir. İşə qəbul olunmaq istəyən bacarıqlı və təcrübəli kadrlar üçün isə bunlar seçim zamanı ən önəmli meyarlardan biridir. 

Şirkətin böyüklüyü və əməkdaşlarının sayının çox olması təlim və akkreditasiya işlərini daim davam edən prosesə çevirir. Bu baxımdan STP-də çalışmaq  işləyən  şəxslər daim üzərlərində işləməli, nəzəri və praktiki biliklərini artırmalı və iş prosesində standartların tələblərinə riayət  etməlidir. Çünki beynəlxalq şirkətlərlə çalışan Sumqayıt Texnologiyalar Parkı məhz bu standartların tələblərinə cavab verməsi ilə rəqiblərindən müsbət mənada seçilir.

Ümumiyyətlə şirkətin fəaliyyət göstərdiyi sahələr çox spesifikdir. Sumqayıt Texnologiyalar Parkı Neft və qaz, Kənd təsərrüfatı, Energetika, İnşaat, İKT kimi sektorlara çox çeşidli məhsul və xidmət növləri təklif edir. Bütün bunlar isə ən son texnologiyalara əsaslanaraq həyata keçirilir. Zavodlar kompleksindən ibarət olan STP-nin 11 zavodunda 30-dan çox müxtəlif çeşidli istehsal sahəsi var. Zavodlarda 500 kV-a qədər gərginlik səviyyəsi olan, alçaq, orta və yüksək gərginlikli güc kabelləri, polimer borular, PVC və alüminium profillər, alüminium kompozit və sendviç panellər, polikarbonat lövhələr, Pivot suvarma sistemləri və başqa bu kimi yüksək keyfiyyətli sənaye məhsulları istehsal olunur.

Bu məhsulları istehsal edə bilmək üçün son zamanlarda onlarla yeni vakansiyalar elan etmiş STP istər istehsal, istərsə də inzibati ofis üçün dəyərli kadrlar cəlb etməyə çalışır.  İşçilərin seçimində STP tam şəffaflığı qoruyaraq,  yalnız vakansiyaya uyğun bilik və bacarıqlı  şəxsləri işə götürür. Texnologiyalar parkındakı iş imkanları ilə şirkətin rəsmi səhifəsindəki “Karyera” bölməsi vasitəsi ilə https://stp.az/vakansiyala tanış ola bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 STP beynəlxalq sertifikatlar əldə edib

STP beynəlxalq sertifikatlar əldə edib

20-04-2018
Sumqayıt Texnologiyalar Parkı daha bir ilkə imza atdı

Sumqayıt Texnologiyalar Parkı daha bir ilkə imza atdı

08-10-2018
Azərbaycan xarici bazara yeni məhsul ixrac etməyə başladı

Azərbaycan xarici bazara yeni məhsul ixrac etməyə başladı

10-08-2018
STP Rusiyanın ən iri şirkətləri ilə əməkdaşlıq edəcək

STP Rusiyanın ən iri şirkətləri ilə əməkdaşlıq edəcək

05-04-2019
Sumqayıt Texnologiyalar Parkı 148 yaşlı qlobal şirkətlə anlaşdı

Sumqayıt Texnologiyalar Parkı 148 yaşlı qlobal şirkətlə anlaşdı

26-02-2019
Tacikistan nümayəndə heyəti STP-in fəaliyyəti ilə tanış olub

Tacikistan nümayəndə heyəti STP-in fəaliyyəti ilə tanış olub

17-07-2017
Azərbaycanda Macarıstanın “İkarus” avtobusları istehsal ediləcək

Azərbaycanda Macarıstanın “İkarus” avtobusları istehsal ediləcək

26-04-2023
Azərbaycanda ilk dəfə gəmi istehsalında yerli kabellərdən istifadə ediləcək

Azərbaycanda ilk dəfə gəmi istehsalında yerli kabellərdən istifadə ediləcək

08-05-2023
 STP-nin Kabel Zavodu daha bir ilkə imza atıb

STP-nin Kabel Zavodu daha bir ilkə imza atıb

30-06-2016
Azərbaycan kabel ixracına başlayır - I rübdə 14.4 milyon dollarlıq satış

Azərbaycan kabel ixracına başlayır - I rübdə 14.4 milyon dollarlıq satış

29-04-2023
Azercell-in Futbol Turnirinin qalibi-Foto

Azercell-in Futbol Turnirinin qalibi-Foto

12-10-2017
Yüksək Texnologiyalar Parkı innovasiya festivalında təmsil olunub

Yüksək Texnologiyalar Parkı innovasiya festivalında təmsil olunub

29-04-2022
Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında olub - FOTO

Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında olub - FOTO

04-04-2023
Sumqayıt Texnologiyalar Parkında yeni Baş İcraçı Direktor təyin olunub

Sumqayıt Texnologiyalar Parkında yeni Baş İcraçı Direktor təyin olunub

22-01-2021
Elektrik Avadanlıqları Zavodu AzTU-da laboratoriya quracaq

Elektrik Avadanlıqları Zavodu AzTU-da laboratoriya quracaq

19-06-2020
“Sənaye 4.0 Hazırlıq” çərçivəsində yerli müəssisələrlə görüş keçirilib

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində yerli müəssisələrlə görüş keçirilib

15-10-2025
Sumqayıt Texnologiyalar Parkı bəyanat yaydı

Sumqayıt Texnologiyalar Parkı bəyanat yaydı

06-10-2017
Yüksək Texnologiyalar Parkının yaranmasından 4 il ötür

Yüksək Texnologiyalar Parkının yaranmasından 4 il ötür

07-11-2020
YTP məhsulları Azexport-la ixrac olunacaq

YTP məhsulları Azexport-la ixrac olunacaq

16-04-2018
Texnoparklar innovativ iqtisadiyyatın inkişafında mühüm rol oynayır

Texnoparklar innovativ iqtisadiyyatın inkişafında mühüm rol oynayır

26-10-2015
Mingəçevirdə Texno Park və Sənaye Parkı yaradılır

Mingəçevirdə Texno Park və Sənaye Parkı yaradılır

27-02-2015
Azərbaycandakı ödəniş terminalları vətəndaşlara çətinliklər yaradır

Azərbaycandakı ödəniş terminalları vətəndaşlara çətinliklər yaradır

17-04-2019
“Texnologiyaların tətbiqi iqtisadiyyatın inkişafında mühüm rol oynayır”

“Texnologiyaların tətbiqi iqtisadiyyatın inkişafında mühüm rol oynayır”

25-04-2018
Azərbaycan Texnoparklarının uğurları davam edir

Azərbaycan Texnoparklarının uğurları davam edir

14-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə